using namespace std; int main (){ int i, x[5], *y; x[0] = 12; x[1] = 4; x[2] = 32; x[3] = 26; x[4] = 17; cout << "x -in elementleri evvel:\n"; for(i=0; i<5; ++i) cout << x[i] << " "; y = &x[2]; *y = 55; y = &x[4]; *y = 88; cout << "\nx -in elementleri sonra:\n"; for(i=0; i<5; ++i) cout << x[i] << " "; } Çalışmalar: Çalışma 1. int tipli a dəyişəni elan edən və onun ünvanını ekranda çap edən proqram qurun.
Çalışma 2. int tipli a dəyişəni və b göstəricisi elan edən proqram qurun. a dəyişəninə hər hansı qiymət, b göstəricisinə isə a-nın ünvanın mənimsədin. b göstəricisindən istifadə edərək xa dəyişəninin qiymətini və ünvanını çap edin.
Çalışma 3. int tipli z dəyişəni və b göstəricisi elan edən proqram qurun. z dəyişəninə hər hansı qiymət, b göstəricisinə isə x-in ünvanın mənimsədin. b göstəricisindən istifadə edərək z dəyişəninin qiymətini və ünvanını çap edin. b göstəricisindən istifadə edərək z dəyişəninə ayrı qiymət mənimsədin. z dəyişəninin yeni qiymətini çap edin.
Çalışma 4. int tipli x və z dəyişənləri və y göstəricisi elan edən proqram qurun. x və z dəyişənlərinə müxtəlif qiymətlər mənimsədin və onları çap edin. y göstəricisi ilə x dəyişəninə z dəyişəninin qiymətini mənimsədin. Hər iki dəyişənin qiymətlərini yenidən çap edin.
Çalışma 5. int tipli 5 elementdən ibarət A massivi və y göstəricisi elan edən proqram qurun. A massivinin elementlərinə müxtəlif qiymətlər mənimsədin. y göstəricisinə A massivinin ilk elementinin ünvanını mənimsədin. y göstəricisindən istifadə edərək A massivinin ilk elementinin ünvanını və qiymətini çap edin.