Çalışma 6. float tipli 10 elementdən ibarət B massivi və y göstəricisi elan edən proqram qurun. B massivinin elementlərinə müxtəlif qiymətlər mənimsədin. y göstəricisinə ardıcıl olaraq B massivinin hər-bir elementinin ünvanını mənimsədin. y göstəricisindən istifadə edərək B massivinin hər-bir elementinin ünvanını və qiymətini çap edin.
Çalışma 7. int tipli 10 elementdən ibarət X massivi və y göstəricisi elan edən proqram qurun. y göstəricisindən istifadə etməklə x massivinin elementlərinə müxtəlif qiymətlər mənimsədin və onları çap edin.
Çalışma 8. int tipli 5 elementdən ibarət X massivi və y göstəricisi elan edən proqram qurun. x massivinin elementlərinə müxtəlif qiymətlər mənimsədin. x massivinin elementlərinin ünvanlarını və qiymətlərini çap edin. y göstəricisinə X massivinin ikinci elementinin ünvanın mənimsədin. y göstəricisindən istifadə edərək X massivinin ikinci elementinin ünvanını və qiymətini çap edin. y göstəricisinin qiymətini 1 vahid artırın. y göstəricisinin istinad elədiyi ünvanı və həmin ünvandakı qiyməti çap edin.
Çalışma 9. int tipli 10 elementdən ibarət Z massivi və y göstəricisi elan edən proqram qurun. Z massivinin elementlərinə müxtəlif qiymətlər mənimsədin. Z massivinin elementlərinin ünvanlarını və qiymətlərini çap edin. y göstəricisinə Z massivinin dördüncü elementinin ünvanın mənimsədin. y göstəricisindən istifadə edərək Z massivinin dördüncü elementinin ünvanını və qiymətini çap edin. y göstəricisinin qiymətini 2 vahid azaldın. y göstəricisinin istinad elədiyi ünvanı və həmin ünvandakı qiyməti çap edin.