4.10Texniki Əsaslandırma Seminarı və Strateji Dialoq Görüşü Texniki Əsaslandırma Seminarı
LGAF prosesinin nəticələrini müzakirə etməkdirvə müxtəlif mövzular arasında əlaqənin hamılıqla başa düşülməsi və LGAF-ın tədqiqatlarını müfəssəl təqdim etmək üçün iki günlük ölkə üzrə texniki əsaslandırma seminarı aşağıdakı tədbirlər icrası məqsədilə təşkil olunur: i) nəticələrin uyğunluğunun təmin edilməsi; ii) LGAF-ın müxtəlif məzmun sahələri arasında qarşılıqlı fəaliyyət vasitəsilə nəticələrin inteqrasiyasının artırılması; iii) siyasi islahatın müzakirəsi və sahələrin prioritetləşdirilməsi; iv) LGAF prosesinə dayanıqlılığı təmin etmək üçün növbəti addımların təklif edilməsi.
Seminarın texniki xarakterini saxlamaq üçün dəvət olunan iştirakçılar Daşınmaz Əmlak sektorunda olan bilik və ekspertizasına görə seçilməlidir.Effektiv texniki müzakirələri təmin etmək üçün iştirakçıların sayı 40-50-dən yuxarı olmamalıdır.Seminar üçün iştirakçılar ekspert panellərinin üzvləri arasından seçiləcəklər; dövlət rəsmiləri, və vətəndaş cəmiyyəti təşkilatlarından Daşınmaz Əmlak ekspertləri (akademik qurumların nümayəndələri, QHT-lər, özəl sector təşkilatları, Daşınmaz Əmlak sektorunda praktikaçılar) əlavə olunmaqla.
Ölkə Koordinatoru iştirakçıların siyahısının hazırlanması, seminarın adekvat icrasının maddi-texniki təchizatının təmin edilməsi və şəbəkələmənin qurulması üçün məsuldur.Ölkə Koordinatoru qabaqcadan rəqəmsal və ya nəşr nüsxədə hesabatın layihəsinin nüsxələrini paylamalıdır.
Tədbirin təklif olunan formatı aşağıdakı kimidir:
|