İdarəetmə (Daşınmaz Əmlak)
|
Bu termin Daşınmaz Əmlakın əldə edilməsi və istifadəsi ilə bağlı edilmiş qərarlar və bu qərarların icra edilmə yolları və Daşınmaz Əmlak üzərində maraq toqquşması hallarının həlli prosesini əks etdirir Bu tərifin əsas elementlərinə daxildir: qərarvermə, icra və münaqişənin həlli və proses və nəticələrin ikili emfazı. (GLTN, 20083)
|
Qrup
|
Qrup yerlərdə məskunlaşmış və eyni təşkilat eləcə də dövlət tərəfindən tanınan və tanınmayan qaydalar və normalar daxilində fəaliyyət göstərən təsərrüfatlar toplusudur. Kənd rayonlarında bu qruplara yerli əhali, köçəri və pastoral(çoban) sakinlər daxildir. Şəhər kontesktində isə bu qruplara təşkil olunmuş qeyri-formal qəsəbələr, konkret bir ərazidə dəstə halında məskunlaşmış kollektiv miqrantlar və yerli sakinlərdən ibarət dəstələr daxildir.
|
Qeyri-rəsmi məskunlaşma
|
Hər hansı bir sahənin fərdlər (təsərrüfatlar) qrupu tərəfindən tutulması və belə ərazilərin həmin yeri tutanların adına hüquqi qeydiyyatın olmaması. Qeyri-rəsmi məskunlaşma formaları bəzən yalnız rəsmi qeydiyyatı olmayan lakin çox yaxşı salınmış və əla surətdə tikilmiş təsərrüfatlar şəklində bəzən də yol, kommunal xidmətlər və s. kimi infrastruktura əlaqəsi olmayan və ya pis surətdə planlanmış və müxtəlif cinsli ev qruplarına malik olmaqla müxtəlifdir
|
Yerli əhali
|
“Yerli əhali” termini məskun ərazi üçün dogma olan və çox hallarda spesifik mədəni ənənələri və praktikaları, xüsusilə Daşınmaz Əmlakla bağlı qaydaları olan və, cəmiyyətin əsas təbəqəsindən fərqlənən, sıxışdırılan və nisbətən zəif olan sakinləri bildirir. “Yerli əhalidən ibarət sakinlər” statusu qanunla da müəyyənləşdirilə bilər.
|
Daşınmaz Əmlakın inzibati-ifarəsi
|
Daşınmaz Əmlak idarəetmə siyasətlərini icra edərkən torpağa sahibliyin müddəti, dəyəri və istifadəsi ilə bağlı məlumatları müəyyən etmək, qeydə almaq və yaymaq prosesidir (UNECE 19964).
|
Daşınmaz Əmlak üzərindəmübahisə / münaqişə
|
Daşınmaz Əmlak üzərində mübahisə Daşınmaz Əmlak üzərində razılaşmanın olmamasıdır. Daşınmaz Əmlak üzərində mübahisə hər hansı bir fərdin və ya kollektiv maraqların Daşınmaz Əmlakla bağlı münaqişə olan zaman yaranır. Daşınmaz Əmlak üzərində mübahisələr həm beynəlxalq həm də qonşu fərdlər arasında olmaqla istənilən miqyasda baş verə bilər.
|
Daşınmaz Əmlakın idarə edilməsi
|
Daşınmaz Əmlakın idarə edilməsi ilə bağlı fəaliyyətlər.
|
Torpağa sahiblənmə sistemi
|
Torpağa sahiblənmə elə hüquq rejimə aid edilir ki, bu zaman Daşınmaz Əmlak üzərində hüquqlar eksklusiv olaraq hər hansı fərdə və ya quruma təyin edilir və həmin şəxs Daşınmaz Əmlakın “sahibi” olur.
Torpağa sahiblənmə sistemi Daşınmaz Əmlak üzərində hüquqların təyin edilməsi və qorunması, mülkiyyətlə bağlı əməliyyatlar, hüquqlar və mülkiyyətin hüdudları ilə bağlı münaqişələrin idarə edilməsi və hökmlərin çıxarılması qaydalarını bildirir.
|
Daşınmaz Əmlakdan istifadə planı
|
Daşınmaz Əmlakın idarə edilməsi məqsədilə təyin olunmuş istifadəni müəyyən edən plan. Təsnifatlaşdırma, resursların idarə olunmasının planlaşdırılması, gələcək inkişaf istfadəsi üçün yerlərin müəyyən olunması üçün yolun genişləndirilməsi də daxil olmaqla istfadə olunur.
|
İcarə
|
İcarə Daşınmaz Əmlak sahibi ilə Daşınmaz Əmlakın icarəyə götürən icarəçi arasında olan kontrakt müqaviləsidir.
|
|