LGAF prosesi Daşınmaz Əmlakın idarəçiliyi göstəriciləri Proqramı ilə aparılır ki, bu göstərilən tematik sahələri əhatə edir və idarəçiliyin əsas prinsipinə aiddir.27 sayda əmlakın/torpağın idarəçiliyi göstəriciləri (LGI) vardır.
Hər bir göstərici qlobal təcrübəyə əsaslanan əvvəlcədən kodlaşdırılan (A-dan D-yə qədər olan miqyasla) bir sıra “ölçü meyarlarına” bölünür. LGAF-da cəmi 120 ölçü meyarı vardır. Meyarlar aşağıdakı üç əsas kateqoriyalar üzrə təsnifatlaşdırılmışdır:
Siyasətlərin və qanunların olmasını təsvir edən göstəricilər (yəni,torpaq siyasətləri bərabərlik məsələlərini, kondominium (yaşayış binaları) haqqında qanunun və s. mövcud olmasını özündə əks etdirir);
Faizlərin hesablanmasını tələb edən göstəricilər (əhali, sahə, torpaq parçaları və s.);
Mövzular üzrə bölünən doqquz ekspert panelləri əvvəlcədən kodlaşdırılan cavablar sıyahısından (A-dan D-yə qədər) münasib cavabı seçməklə meyarı və ölçü meyarının dərəcəsini müzakirə edəcəkdir.Ən yaxşı dərəcə olan (A) verilmiş meyar üçün ən qənaətbəxş nəticə baxımından tərtib edilir.Panel müzakirələr hazırlıq məlumatının toplanması və “ekspert tədqiqatçı” tərəfindən aparılan təhlillərə əsaslanır.
LGAF-ın tematik sahələr, göstəricilər və meyarlar ierarxiyası3-cü Cədvəldə təmsil edilmişdir.Proqramnin müfəssəl variantında dahər bir meyar üçün dörd mümkün dərəcələmə və ya qiymətləndirmə nəzərdə tutulmuşdur ki, 2-ci Əlavədə təqdim edilmişdir.