4.LGAF-ın İCRA PROSESİ
LGAF mövcud inzibati məlumat, təftişlər, tədqiqat və digər məlumatdan istifadə etməklə yerli ekspertlər tərəfindən bir neçə ay ərzində aparılmalı olan qısa müddətli fəaliyyətdir. LGAF-a ilkin məlumat toplaması daxil deyildir lakin məlumat boşluqları və tədqiqat tələbatlarını müəyyənləşdirə bilər.
Yerli torpaq ekspertləri arasında dialoq və əməkdaşlığın təşviq edilməsi qiymətləndirmənin keyfiyyəti və nəticələrin əldə edilməsi üçün həlledici rola malikdir.
4.1Ölkə Koordinatoru
LGAF-ın icrası verilən ölkədə və ya Ştatda ya bir fərd ya da bir təşkiat vasitəsilə koordinasiya olunur (“Ölkə Koordinatoru” və ya ÖK). Bu tam-ştatlı iş deyildir.
Ölkə Koordinatoru torpaq idarəçiliyi məsələləri barəsində ekstensiv biliyə malik olan və sektorda yaxşı şəbəkəsi olan hörmət olunan və qərəzsiz şəxs olmalıdır.Ölkə Koordinatoru koordinasiya qrupları ilə iş təcrübəsinə, ekspertlər və yüksək səviyyəli dövlət rəsmilərindən ibarət fokus qrupları ilə dəyirmi masa aparmaq səriştəsinə və yazılı hesabat qabiliyyətinə malik olmalıdır.
Ölkə Koordinatoru torpaq idarəçiliyi göstəricilərinin spesifik toplusunun hər birinin üzərində işləyən yerli torpaq ekspertləri (ekspert tədqiqatçılar) seçməli və qrup təşkil etməlidir.Onlar müvafiq giriş tədqiqatları (göstəricilərin mövzusuna uyğun olaraq) toplamalı və göstəriciləri dərəcələyən panelistlərə təmin etməlidirlər.Ölkə Koordinatoru torpaq mütəxəsisləri qrupunun işə götürülməsi və qrupa nəzarət edilməsi üçün məsuldur.
Diaqnostik vasitənin müstəqil ekspert fikri vasitəsilə əldə edilməsini təmin etmək üçün Ölkə Koordinatoru bütün icra prosesi zamanı neytrallığını saxlayır və panel müzakirələrə və dərəcələməyə nüfuz etməkdən kənarda qalır.
Ölkə Koordinatoru LGAF qiymətləndirilməsinə başlayan təşkilat tərəfindən kontraktla işə götürülür.Texniki rəhbərlik Dünya Bankı və ya LGAF-ın regional koordinatorları tərəfindən təmin edilə bilər.Ölkə Koordinatoru üçün LGAF-ın icrası üçün birdəfəlik ödəniş nəzərdə tutulur.Ölkə Koordinatoru bu vəsaitdən sərf etdiyi vaxta görə; ekspert tədqiqatçıların məvacibi üçün; panellərin təşkili üçün; səfər, çap və tərcümə xərcləri kimi digər məsrəflər üçün istifadə edir.
Dostları ilə paylaş: |