Əldə etmə
|
Mülküyyət üzərində hüquqlaları əldə etmə və saxlamaad.
|
Ad valorem
|
Latın sözü olub “dəyərə əsasən’ mənasını verir.
|
Hökm çıxarma
|
İnsanların Daşınmaz Əmlak üzərində mövcud olan hüquqlarının və iddialarının yekun və rəsmi olaraq müəyyən edilməsi prosesi.
|
Məhəl qoymadan yiyələnmə
|
Torpağa dinc yolla uzun müddətə yiyələnmək və ya yaşamaqla sahib olmaq. Məhdud istifadə müddətindən sonra əgər hüquqi olaraq müdafiə olunan iddia yoxdursa torpağa sahib çıxmaq hüquqi.
|
Qiymətləndiril miş vergi
|
Mülkiyyətin dəyərinin qiymətləndirilməsinə əsaslanan vergiqoyma.
|
Qiymətləndiril miş dəyər
|
Mülkiyyətin dəyərinin bazar qiymətinə əsasən dövlət qurumu tərəfindən qeydiyyatdan keçirilməsi.
|
Tikintiyə icazə
|
Daşınmaz Əmlakdan istifadə və orada mülkün tikilməsi və ya yenilənməsi planının yerli dövlət qurumu tərəfindən təsdiq edilməsi.
|
Tikinti standartları
|
Binaların və ya daşınmaz obyektlərin tikilməsi və yenilənməsi üçün gözlənilməli standartların müəyyən olduğu qaydalar və təlimatlar. Binaların hündürlüyü, yoldan və qonşulardan nə qədər aralı olması daxil olmaqla və s. nümunələr. Əgər belə standartlar gözlənilməzsə yerli qurumlar cərimələr təyin edə bilər və tikintiyə dəyişiklərin edilməsi üzrə təlimatlar verə bilər.
|
Kadastr
|
Kadastr bir qayda olaraq Daşınmaz Əmlak üzərində maraqların qeydiyyatını özündə göstərən və Daşınmaz Əmlak informasiya sisteminə əsaslanan və yenilənən Daşınmaz Əmlak parçasıdır. (FIG 1995)1
|
Təsnifat
|
Təsnifat qərarverməyə yardım etmək üçün Daşınmaz Əmlakdan istifadə və idarəetmə mexanizmidir. Təsnifat sahiblik tipinə və ya Daşınmaz Əmlakla/mülkiyyətlə bağlı hüquqlara deyil Daşınmaz Əmlakdan istifadəyə əsaslanır.
|
Kollektivhüquqlar
|
Təbii ehtiyyat üzərində kollektiv sahiblikhər hansı verilmiş təbii ehtiyyat üzərində hüquqların sahibləri kollektiv qrup kimi aydın müəyyən olduğu təqdirdə verilir və onların hüquqları vardır ki, üçüncü tərəfləri bu hüquqlardan məhrum etsinlər.
|
Ümumi mülkiyyət
|
Ümumi mülkiyyət fərd və ya qrup şəklində müəyyən olunmuş benefisiarların ümumi sahə üzərində spesifik ümumi hüquqları olan tipik Daşınmaz Əmlakdır və ya digər ehtiyyatlardır Kolletiv özü kollektiv mülkiyyətdən istifadəyə nəzarət edir vəona üzv olmayanları ondan istifadə etməkdən kənarlaşdıra bilər.
|
Güzəşt
|
Güzəşt ictimai Daşınmaz Əmlakın böyük hissəsini özəl tərəfə verən məhdud istifadə hüququdur və spesifik məqsəd üçün verilir (məsələn, meşəçilik, bio-yanacaq, mədəniyyət/turizm və s.).
|
İctimai Daşınmaz Əmlak
|
İctimaiyyətin hüquqları olan və ondan istifadə imkanı olan Daşınmaz Əmlak. İctimaiyyətin Daşınmaz Əmlak üzərində hüquqi baxımdan tanınan və tanınmayan sahibliyi. Bəzi hallarda məsələn Dövlət belə sahib kimi nəzərdə tutula bilər.
|
Kondominiumlar
|
Kondominium fərdi ev mənzillərindən ibarət Daşınmaz Əmlak üzərində tikilmiş binadır. Fərdlərin belə kompleks/bina üzərində şəxsi hüquqları vardır lakin onlar ümumi sahələrdən, məsələn zallar, pilləkənlər və xarici sahələrdən də istifadə edə bilərlər. Onlar tipik olaraq mülkiyyətə daxil olan ümumi mülkiyyət sahələridir onlara həmin yerin sakinləri tərəfindən rəhbərlik edilir.
|
Əmlak və hüququn həvalə edilməsi
|
Daşınmaz Əmlak əmlakının və üzərində hüququn başqasına həvalə olunması həmin Daşınmaz Əmlakın faktiki transfer prosesidir.
|
Sahiblik müddəti
|
Torpağa qanuna uyğun surətdə sahib olmaq. Daşınmaz Əmlak haqqında qanun Daşınmaz Əmlakdan istifadə hüquqlarını tənzimləyir digər məsələlər isə yazılmış və məcəllə qanunları ilə tənzimlənir. Razılışdırılmış, qəbul edilmiş standartlar, social normalar və praktikalar deməkdir.
|
Desentralizasiya
|
Desentralizasiyasiyasi qərarvermə və səlahiyyət məsuliyyətlərinin dövlət qurumlarının yerli səviyyələrinə həvalə edilməsi prinsipidir.
|
Əqd
|
Hüquqi fəaliyyəti etibarlı sayan yazılmış və ya çap olunmuş instrumentdir satış üçüm kontrakt kimi
|
Sərəncam
|
Mülkiyyət üzərində hüquqların ləğvi, təyin edilməsi və həvaləsi üçün lazım olan tədbirdir.
|
Mübahisələrin həlli
|
Ölkədə tipik olaraq bir sira mübahisələrin həlli mexanizmləri mövcuddur. Bunlar iki böyük sinfə qruplaşdırılırlar: formal həll mexanizmləri və qeyri-formal həll mexanizmləri. Formal həll mexanizmlərinə formal məhkəmə sistemi eləcə də bir sıra digər variantlar daxildir ki, buraya inzibati həll yolları və dövlət tərəfindən idarə olunan və sanksiya olunan alternativ mübahisələrin həlli mexanizmləri aiddir. Qeyri-formal sistemlərə isə icma rəhbərləri, kənd ağsaqqalları və ya mübahisələrin həlli komitələri daxildir. Onlar qanunla dövlət tərəfindən formal surətdə bəzən tanınırlar bəzən yox.
|
Servitut
|
Servitutlar bir Daşınmaz Əmlak parçası sahibləri tərəfindən hüquqların digər Daşınmaz Əmlak sahəsi üzərində icrasıdır.
|
|