Torpağın alınma prosesinin şəffaflığı və ədalətliliyi:Daşınmaz Əmlakın əldə edilməsi prosesləri aydın və şəffafdır və ədalətli kompensasiya çevik surətdə ödənilir.
12
1
Qeydiyyat statusundan asılı olmayaraq bütün hüquqların özgəninkiləşdirilməsi üçün kompensasiya ödənilir.
A – Ədalətli kompensasiya, istər nəğd istərsə də natura şəklində olmaqla qeydiyyat statusundan asılı olmayaraq özgəninkiləşdirilən Daşınmaz Əmlakda hüquqları olan(sahiblik, istifadə, əldə etmə hüquqları və s.) hamıya ödənilir.
B – Kompensasiya, istər nəğd istərsə də natura şəklində olmaqla ödənilir lakin qeydiyyatdan keçməyən hüquqlar üçün kompensasiyanın səviyyəsi əvvəlki sosial və iqtisadi statuslarını saxlamağa imkan vermir.
C – Kompensasiya, istər nəğd istərsə də natura şəklində olmaqla bəzi qeydiyyatı olmayan hüquqlar üçün (sahiblik, yaşama və s. kimi) ödənilir lakin digər qeydiyyatdan keçməyən hüquqlar üçün (heyvanların otarıldığı sahələr, istifadə, meşə məhsullarının toplanması və s. daxil olmaqla) adətən kompensasiya ödənilmir.