Land Governance Assessment Framework


Torpağın İdarə edilməsi Göstəricisi 27



Yüklə 292,22 Kb.
səhifə97/100
tarix10.01.2022
ölçüsü292,22 Kb.
#108368
1   ...   92   93   94   95   96   97   98   99   100
Torpağın İdarə edilməsi Göstəricisi 27. Qərarvermə prosesində bərabərlik və qeyri-ayrıseçkilik: siyasətlər legitim qərarvermə prosesi vasitəsilə tərtib olunurlar və bütün aidiyyatı qurumların rəyləri nəzərə alınır.Hüquqi Proqramdə ayrı-seçkilik yoxdur və əmlak hüquqlarının icrasını təmin edən qurumların xidmətindən hamı istifadə edə bilər.

27

1

Daşınmaz Əmlak siyasətləri və qaydaları mövcuddur və iştirakçı qaydada işlənib-hazırlanır.




A – Müfəssəl siyasət mövcuddur və ya mövcud qanunvericiliyin olması bu fikri deməyə əsas verir. İcmanın bir qrupuna təsir edən Daşınmaz Əmlak siyasəti qərarları zərərçəkənlərlə konsultasiyalar əsasında qəbul edilir və onların fikirləri yekun qərarın formalaşmasında nəzərə alınır və yekun nəticə qərarında əks olunur.

B – Müfəssəl Daşınmaz Əmlak siyasəti mövcuddur və ya mövcud qanunvericiliyin olması bu fikri deməyə əsas verir. İcmanın bir qrupuna təsir edən Daşınmaz Əmlak siyasəti qərarları zərərçəkənlərlə konsultasiyalar əsasında qəbul edilir lakin onların fikirləri yekun qərarın formalaşmasında nəzərə alınmır və yekun nəticə qərarında əks olunmur.

C – Siyasət mövcuddur və ya mövcud qanunvericiliyin olması bu fikri deməyə əsas verir lakin buna baxmayaraq natamamdır (bəzi əsas aparıcı aspektləri əhatə etmir və ya yalnız şəhər ya da yalnız kənd sahələrini əhatə etməklə ölkənin bir hissəsinə şamil edilir) və ya icmanın bir qrupuna təsir edən Daşınmaz Əmlak siyasəti qərarları zərərçəkənlərlə konsultasiyalar əsasında qəbul edilmir.

D – Nə aydın Daşınmaz Əmlak siyasəti mövcuddur nə də mövcud qanunvericilik olması bu fikri deməyə əsas verir və Daşınmaz Əmlak siyasəti qərarları ümumiyyətlə zərərçəkənlərlə konsultasiyalar əsasında qəbul edilmir.

27

2

Daşınmaz Əmlak siyasətində bərabərlik məqsədlərinin əsaslı təsbiti və monitorinqi mövcuddur.




A – Daşınmaz Əmlak siyasətləri müntəzəm surətdə və lazımınca monitorinq edilmiş bərabərlik məqsədlərini özündə əks etdirir və onların bərabərlik məsələlərinə təsiri digər siyasət instrumentləri ilə müqayisə olunur.

B Daşınmaz Əmlak siyasətləri müntəzəm surətdə və lazımınca monitorinq edilmiş bərabərlik məqsədlərini özündə əks etdirir lakin onların bərabərlik məsələlərinə təsiri digər siyasət instrumentləri ilə müqayisə olunmur.

C - Daşınmaz Əmlak siyasətləri bərabərlik məqsədlərini müəyyən dərəcədə özündə əks etdirir və onlar müntəzəm surətdə və lazımınca monitorinq edilmir.


Yüklə 292,22 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin