Layihə “Azərbaycan-2020: gələcəyə baxış”


ç) Sağlamlıq imkanları məhdud olan



Yüklə 237,34 Kb.
səhifə2/4
tarix25.12.2017
ölçüsü237,34 Kb.
#35946
1   2   3   4

ç) Sağlamlıq imkanları məhdud olan

insanlar və əlillər arasında

  • Sağlamlıq imkanları məhdud olan insanlar və əlillər arasında bədən tərbiyəsi və idmanın onların reabilitasiyasına, bədən tərbiyəsi və idman vasitəsilə sosial adaptasiyası və həyata inteqrasiya olunmalarına yönəldilməsi haqqında ölkədə geniş təbliğat işlərinin təşkili və aparılması;

  • Bu qrup insanların daha çox sayda olduqları yaşayış yerlərində, icmalarda və regionlarda ixtisaslaşdırılmış idman qurğularının inşa edilməsi;

  • Ölkədə fəaliyyətdə olan idman qurğuları və obyektlərində sağlamlıq imkanları məhdud olan insanlar və əlillərin də məşğul ola bilmələri üçün imkan və şəraitlərin yaradılması;

  • Ölkədə Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya hərəkatını genişləndirə biləcək Dövlət İnkişaf Proqramının hazırlanması və 2015-ci ildə Respublika Nazirlər Kabinetinə təsdiqə təqdim edilməsi;

  • Bədən tərbiyəsi və idman yönümlü təşkilatların sağlamlıq imkanları məhdud olan insanlar və əlillərlə aparılacaq işlərin onların əsasnamə (nizamnamə) öhdəliyi və vəzifələrinə daxil edilməsi. Bu sahə üzrə fəaliyyətlərinin yekunları haqqında müvafiq dövlət orqanlarına illik xüsusi hesabatların 2014-cü ildən başlayaraq təqdim edilməsi;

  • İdman Tibb dispanserinin, poliklinikaların və digər tipli tibbi-müalicə müəssisələrinin sağlamlıq imkanları məhdud olan insanların və əlillərin bədən tərbiyəsi və idman vasitəsilə reabilitasiyası üzrə fəaliyyətlərinin canlandırılması və genişləndirilməsi;

  • Əlillərin bədən tərbiyəsi və idman təyinatlı bərpa avadanlıqları sənayesinin inkişaf etdirilməsi, onlar üçün bədən tərbiyəsi bərpa xidmətləri mərkəzləri və məntəqələrin yaradılması;

  • Sağlamlıq (əqli) imkanları məhdud olan insanlar və əlillərin fiziki tərbiyə və idman məşğələlərinin müasir elmi əsaslandırılmış proqram, metod və texnologiyasının hazırlanması;

  • Respublikanın Milli Yığma Komandalarının Paralimpiya, Deflimpiya oyunlarına hazırlığının tələb olunan səviyyədə təmin edilməsi məqsədilə 2015-ci ilə kimi Bakı şəhərində xüsusi təyinatlı ixtisaslaşdırılmış İdman Kompleksinin inşa edilməsi;

  • Fiziki və əqli inkişafında çatışmamazlıqlar olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ixtisaslaşdırılmış təhsil müəssisələrində xüsusi idman-adaptiv klublarının yaradılması, bədən tərbiyə dərslərinin, bədən tərbiyəsi və idman işlərinin bu sahə üzrə hazırlanmış mütəxəssislərin köməkliyi ilə tələb olunan səviyyəyə qaldırılması;

  • Uşaq-gənclər idman məktəblərində sağlamlıq imkanları məhdud olan və əlil uşaqlar üçün xüsusi bölmələrin, eləcədə uşaq-gənclər idman adaptiv məktəblərinin yaradılması və fəaliyyətlərinin təşkil edilməsi üçün normativ sənədlərin hazırlanması və 2014-cü ildən gec olmayaraq Nazirlər Kabinetinə təsdiqə təqdim edilməsi;

  • Sağlamlıq imkanları məhdud olan insanlar və əlillərdən komplektləşdirilmiş respublikanın milli yığma komandalarının Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya Oyunlarına mərkəzləşmiş formada hazırlıqlarının təmin edilməsi məqsədilə “Əlillərin reabilitasiyası və idman mərkəzi” dövlət səviyyəli müəssisənin ölkənin bir sıra regionlarında filiallarının da fəaliyyətlərinin təşkili ilə birlikdə 2015-ci ilə kimi yaradılması;

  • Xüsusi qayğıya ehtiyacı və əqli imkanları məhdud olan yeniyetmə və gənclərin bədən tərbiyəsi və idman vasitəsilə bərpası və cəmiyyətə inteqrasiyası, eyni zamanda onların respublika və beynəlxalq yarışlarda iştirakının təmin olunması məqsədilə idman yönümlü təşkilatların bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi, bütün dövlət qurumları və ictimai təşkilatlar səviyyəsində Azərbaycan Xüsusi Olimpiya Komitəsinə fəaliyyətini daha yaxşı səviyyədə qura bilməsi üçün daimi köməkliyin göstərilməsi, imkan və şəraitin yaradılması;


d)Uşaq-yeniyetmə idmanının və ehtiyat qüvvəsi

hazırlığı sisteminin inkişafı üzrə

  • 2015-ci ilə kimi respublikanın milli yığma komandalarına ehtiyat qüvvəsinin hazırlanması üçün uşaq-gənclər idman məktəbləri, ixtisaslaşdırılmış olimpiya ehtiyatı məktəbləri, Ali idman ustalığı məktəbləri və olimpiya hazırlığı mərkəzləri sisteminin perspektiv inkişaf Konsepsiyasının hazırlanması və Nazirlər Kabinetinə təsdiqə təqdim olunması;

  • İdman hazırlığı üzrə dövlət müəssisələri sistemini (uşaq-gənclər idman məktəbləri, Olimpiya hazırlığı mərkəzləri, ixtisaslaşdırılmış olimpiya ehtiyatı uşaq-gənclər idman məktəbləri, idman təmayüllü internat məktəbləri və liseylər) müasir tələblər səviyyəsində inkişaf etdirmək;

  • İdman ehtiyat qüvvəsinin hazırlığı ilə biləvasitə məşğul olan bədən tərbiyəsi və idman təşkilatları, birliklər və idman növləri üzrə respublika federasiyalarına dövlət dəstəyi olaraq büdcədən vəsaitlərin ayrılması qaydası və mexanizminin hazırlanması;

  • İcma və məhəlli uşaq idmanının inkişafının təmin edilməsi üçün bələdiyyələrin strukturunda fəaliyyət göstərəcək bələdiyyə uşaq-idman klublarının yaradılması;

  • Ayrı-ayrı idman növləri üzrə istedadlı, perspektiv gənc idmançıların aşkar edilməsi üçün elmi əsaslandırılmış spesifiki seçim normalarının işlənib hazırlanması;

  • Uşaq, yeniyetmə və gənclər arasında keçirilən seçim xarakterli idman yarışlarının sayının artırılması iki ildə bir dəfə keçirilən Yeniyetmələrin Respublika Oyunlarının proqramını genişləndirmək, ən yüksək təşkilatı və texniki səviyyəsini təmin etmək;

  • İdman hazırlığı təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək və inkişaf etdirmək;

  • 2020-ci ilə kimi ölkədə fəaliyyət göstərən bütün tipli idman hazırlığı təhsil müəssisələrinin xüsusi təlim-idman bazalarının olmasını təmin etmək;

  • İdman hazırlığı sistemində işləyən məşqçi-müəllimlərin hazırlığı və peşə təsnifatının artırılması üzrə müasir effektiv sistemin hazırlanması. Bu sahə üzrə 2016-cı ilə kimi ölkədə kadr çatışmamazlığı probleminin həll edilməsi;

  • Ehtiyat qüvvəsinin hazırlığı ilə məşğul olan mütəxəssislərin əməyinin stimullaşdırılmasının yeni mexanizminin hazırlanması;

  • 2015-ci ilə kimi ölkədə fəaliyyət göstərən müxtəlif tipli bütün idman hazırlığı məktəblərinin inkişaf etdirdikləri idman növləri üzrə təlim-məşq proqramları ilə təchizinin təmin edilməsi;


e)Yüksək səviyyəli idmançıların hazırlanması üzrə

  • Yüksək səviyyəli idmançıların hazırlığı sisteminin modernləşdirilməsi;

  • Yüksək səviyyəli idmançıların təlim-məşq prosesi və yarış fəaliyyətlərinin effektiv elmi-metodiki planlaşdırılması və proqramlaşdırılmasının həyata keçirilməsi;

  • Olimpiya idman növlərinin, xüsusən Azərbaycan Respublikası üçün prioritet sayılan idman növlərinin 2020-ci ilə kimi İnkişaf Proqramının hazırlanması və təsdiqi;

  • Prioritet idman növləri üzrə respublika və regional Olimpiya hazırlığı mərkəzlərinin yaradılması və 2015-ci ilə kimi plan üzrə fəaliyyətlərinin təşkili;

  • Milli yığma komandaların hazırlığı ilə bağlı elmi-metodiki işlərin təşkili və təkmilləşdirilməsi. 2016-cı ildən başlayaraq Olimpiya, Paralimpiya və Deflimpiya idman növləri üzrə milli yığma komandaların nəzdində daimi fəaliyyət göstərən və müvafiq qurumlar tərəfindən maliyyələşdirilən Elmi Kompleks Qruplarının (EKQ) yaradılması və fəaliyyətlərinin təmin edilməsi;

  • Yüksək səviyyəli idmançıların məşq prosesinin məzmunu və strukturunun tibbi-bioloji texnologiyasının işlənib hazırlanması və tətbiqi;

  • Perspektiv və yüksək səviyyəli idmançıların hazırlıq prosesi və yarışlar ərəfəsində mütəmadi olaraq dopinq nəzarətinə götürülməsi və yoxlanılması;


ə)Bədən tərbiyəsi və idmanın inkişafının kadr təminatı

və elmi bazasının yaradılması üzrə

  • Ölkədə bədən tərbiyəsi və idman sahəsində kadr siyasətinin təkmilləşdirilməsi. Bu sahə üzrə kadrların hazırlanması imkanlarının genişləndirilməsi;

  • 2020-ci ilə kimi bədən tərbiyəsi və idmanın inkişafı dinamikasına uyğun olaraq, ölkədəki kadr çatışmamazlığı və ildən-ilə artan təlabatı nəzərə alaraq bədən tərbiyəsi və idman sahəsi üzrə mütəxəssislərin hazırlanması haqqında 2015-ci ilə kimi Dövlət Sifarişinin hazırlanması;

  • Ali təhsil müəssisələrinin məzunlarının təlabat və sifarişlərə uyğun regionlara, şəhər və rayonlara, xüsusən qəsəbə və kəndlərə dövlət təyinatı ilə göndərilməsi. Dağ rayonlarına və kənd yerlərinə təyinat almış gənc kadrların əlavə əmək haqqı və yataqla təmin edilməsi məsələlərinin dövlət səviyyəsində həlli;

  • Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının nəzdində ən azı 50 nəfər müdavimi olan daimi respublika kurslarının təşkil edilməsi;

  • Respublika Təhsil Problemləri institutunun nəzdində fiziki tərbiyə və ibtidai hazırlıq bölməsinin yaradılması;

  • “Azərbaycan məktəbi” jurnalının əlavəsi kimi “Məktəblərdə bədən tərbiyəsi” bülleteninin nəşrinin bərpa edilməsi;

  • Təhsil nazirliyinin şəhər və rayon idarələrində bədən tərbiyəsi üzrə metodist vəzifələrinin 2014-cü ildən yenidən təsis olunması;

  • Bədən tərbiyəsi və idman sahəsində ölkədə aparılmış elmi-tədqiqat işlərinin təcrübədə istifadə edilməsi üzrə əməli tədbirlərin həyata keçirilməsi;

  • Bədən tərbiyəsi və idman sahəsi üzrə aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsi, səviyyələrinin yüksəldilməsi və işlək olmalarının təmin edilməsi;

  • 2020-ci ilə kimi Azərbaycanda Bədən tərbiyəsi və idman sahəsi üzrə Respublika Elmi-tədqiqat institutunun yaradılması;

  • Müasir təhsil standartlarına uyğun olan dərsliklərin, ayrı-ayrı idman növləri üzrə dərs vəsaitlərinin, təlim-məşq proseslərinin təşkili və aparılması üçün digər əyani vəsaitlərin işlənib hazırlanması;




  1. Hədəflər

Milli Strategiya bədən tərbiyəsi və idman sahəsindəki hədəfləri müəyyən edir və bu hədəflərə çatmaq üçün tərəfdaşlıq şəraitində işləməyin yeni yollarını axtarır.

Milli Strategiyanının əsas hədəfləri:


  1. beynəlxalq idman aləmində Azərbaycanı fəal ölkəyə çevirmək

-bədən tərbiyəsi və idman hərəkatını genişləndirmək, bədən tərbiyəsi və idmanla məşğul olanların sayını ildən-ilə artırmaq.Bədən tərbiyəsi və idmanın qızlar arasında daha geniş və təsirli inkişafına nail olmaq. Sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) daha çox hissəsini bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb etmək. Bütün regionlarda, xüsusən kənd rayonlarında idmanın inkişafı üçün spesifik əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;

-imkansız ailələrdən olan uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanla daha kütləvi, ödənişsiz məşğul olmalarına şəraitin yaradılması, onların idmanda qalmaları və uğur qazanmaları bununla da həyatlarını zənginləşdirə bilmələri üçün konkret tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;



  1. Hər üç səviyyədə-idmanla məşğul olmağa başlamaqda, idmanda qalmaqda və idmanda uğur qazanmaqda insanlara kömək etmək. Yaşından, etnik mənşəyindən və ya sağlamlıq vəziyyətindən asılı olmayaraq hər kəsin idman fəaliyyəti dairəsinin genişləndirilməsi məsələsini həll etmək, idman və gənclər təşkilatlarının, klubların, məşqçilərin və könüllülərin dinamik şəbəkəsini yaratmaq və formalaşdırmaq, insanların idmanda qalması üçün davamlı infrastruktur yaratmaq;

  2. Bədən tərbiyəsi və idmanın kütləviliyi

Hazırda Azərbaycanda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı1.660.391nəfərdir. Bu əhalinin ümumi sayına nisbətdə 17.5%-ni, fəal yaş qruplarına (5-39 yaş) olan nisbətdə29.1%-ni təşkil edir. Ölkədə bədən tərbiyəsi və idmanla məşğul olan qızlar və qadınların sayı isə 660.124nəfərə çatır. Bu göstərici qızlar və qadınların ümumi sayının (4.594.000) 14.5%-ni təşkil edir.

İdman bölmələrində daim idmanla məşğul olanların ümumi sayı 444.473nəfərdən ibarətdir. Bu göstərici əhalinin ümumi sayının 4.8%-i, bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının isə 26.7%-i deməkdir.

Qızlar və qadınların bu sahədə göstəriciləri aşağıdakı kimidir:

-İdmanla məşğul olanlar – 88.788nəfər, qadınların ümumi sayına olan nisbətdə - 1.9%, bədən tərbiyəsi və idmanla məşğul olan qadınların ümumi sayına olan nisbətdə isə - 13.6%

Göründüyü kimi bədən tərbiyəsi və idmanla məşğulluq üzrə göstəricilər bu gün ölkədə son dərəcə aşağı səviyyədədir. Xüsusən qızlar və qadınlar arasında bu göstərici daha da aşağı (14.5%) vəziyyətdədir.

Müqayisə üçün qeyd etmək lazımdırki, bədən tərbiyəsi və idmanla məşğulluq göstəriciləri əhalinin ümumi sayının nisbətinə görə bir sıra ölkələrdə aşağıdakı vəziyyətdədir:

Finlandiya – 70%, Avstraliya – 57%, İngiltərə - 32%.

Yaranmış vəziyyətlə əlaqədar Milli Strategiyanın əsas hədəflərindən biri bədən tərbiyəsi və idmanın ölkədə kütləvi inkişafına nail olmaqdır.

Beləki 2020-ci ilədək respublikada bədən tərbiyəsi və idmanla məşğul olanların sayının (o cümlədən qızlar və qadınların) ildə 2-3% artırılması, 2020-ci ildə isə ölkə üzrə ümumi göstəricinin 25-30%-ə, qızlar və qadınlar arasında isə - 20-25%-ə çatdırılması qarşıya məqsəd qoyulur.

ç) Azərbaycanı qabaqcıl idman ölkəsinə çevirmək

-Yüksək səviyyəli idmançıların, komandaların hazırlanmasına nail olmaq. Onların köməkliyi ilə beynəlxalq yarışlarda – xüsusən Olimpiya Oyunlarında, Dünya və Qitə yarışlarında daima uğurlar qazanmaq. Azərbaycanı beynəlxalq idman aləmində ön cərgələrə çıxartmaq.

d)2024-ci il XXXIII Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə iddiaçı və sahib olmaq, Azərbaycanı Olimpiya ölkəsi etmək.


5.Milli Strategiyanının əsas istiqamətləri
1. Ölkədə bədən tərbiyəsi və idmanın vəziyyətinin dərindən öyrənilməsi;

2. Bədən tərbiyəsi və idmanın kütləvi inkişafının 2013-2020-ci illəri əhatə edən dövr üçün strateji planlaşdırılması;

3. Bədən tərbiyəsi və idmanın inkişafının regionların sosial-iqtisadi inkişaf proqramına uyğun ərazi prinsipi üzrə (şəhər və rayonlar) 2013-2020-ci illəri əhatə edən dövrə planlaşdırılması;

4. Təhsil müəssisələrində və yaşayış yerlərində bədən tərbiyəsi və idmanın infrastrukturunun inkişaf etdirilməsi;

5. Daha çox riskə məruz qalan və yoxsul təbəqələrdən olan uşaqlar, yeniyetmə və gənclər də daxil olmaqla bu yaş qrupları arasında idmanla məşğulluğa həvəs oyadan və maraqları artıran kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin sayının artırılması, sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) bədən tərbiyəsi və idmanla məşğul olmaları, yarışlarda çıxış etmələri və uğurlar qazana bilmələri üçün tələb olunan şərait və imkanların yaradılmasının təmin edilməsi;

6. Qızlar və qadınların bədən tərbiyəsi və idmanla məşğulluğa daha çox cəlb olunması üzrə fəaliyyətin yaxşılaşdırılması, onların məşğul ola bildikləri idman növlərinin sayının artırılması;

7. Ölkədə inkişaf etdirilən prioritet idman növlərinin müəyyənləşdirilməsi, onların regionlar üzrə dislokasiyasının təsdiqi, 2020-ci ilə kimi başqa idman növləri ilə əvəzlənməsinə yol verilməməsi;

8. Yüksək səviyyəli idmançıların hazırlanması və peşəkar idmanın daha geniş inkişafının təmin edilməsi üzrə konkret tədbirlərin və icraçı təşkilatların müəyyənləşdirilməsi. İdman nəticələrinin yaxşılaşdırılması, ölkə rekordlarının yeniləşdirilməsi və beynəlxalq uğurların artırılması;

9. Kadr tələbatının öyrənilməsi. Regionların və idman təşkilatlarının ixtisaslı peşəkar mütəxəssislərlə təmin olunmaları üzrə işin aparılması;

10. Regionlarda əhalinin say nisbətinə uyğun olaraq bədən tərbiyəsi və idman obyektlərinin, o cümlədən yaşayış yerlərində idman şəhərciklərinin inşasının planlaşdırılması;

11.Bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişafı və gücləndirilməsinin planlaşdırılması. İdman təşkilatlarının bütün idman qurğularının müasir idman avadanlıqları ilə təchizi. İdman sənayesinin yaradılması;

12.Bədən tərbiyəsi və idmanın inkişafı, yüksək səviyyəli idmançılar hazırlanması sahələri üzrə elmi tədqiqatların aparılması. İdman təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiq edilməsi. Təhsil müəssisələrində bədən tərbiyə dərslərinin saatlarının artırılması, dərslərin keyfiyyəti və istifadə olunan metodologiyanın təkmilləşdirilməsi, metodiki vəsaitlərin işlənib hazırlanması;

13.Ölkədə bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesinin təkmilləşdirilməsi, idman yönümlü qurumların sayının artırılması, bələdiyyələrin, yerli və regional qeyri-hökümət orqanlarının bu sahə üzrə fəaliyyətlərinin canlandırılması;

14.Bədən tərbiyəsi və idmanın inkişafına ayrılan maliyyə vəsaitinin həcminin ildən-ilə artırılmasının planlaşdırılması. Bu sahəyə investisiya qoyuluşuna özəl təşkilatların daha çoxcəlb edilməsi, sponsorluq fəaliyyətinin genişləndirilməsi və stimullaşdırılması;

15.Bədən tərbiyəsi və idman sahəsində Milli Strategiyanın tələblərinə uyğun olaraq dövlət siyasətinə, qanunvericilik aktlarına və direktiv-normativ sənədlərə yenidən baxılması;

16.2024-cü il Yay Olimpiya Oyunlarına iddiaçı və sahib olmaq.


6. Milli Strategiyanın prinsipləri
Xalqın sağlamlığının təmin edilməsinə, böyüməkdə olan gənc nəslin fiziki cəhətdən sağlam və güclü olmasına, xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınmasına, əhalinin əmək qabiliyyətinin yüksəldilməsinə, dövlətin müdafiə və iqtisadiyyatının möhkəmləndirilməsinə, beynəlxalq aləmdə Azərbaycan idmanının nüfuzunun yüksəldilməsinə yönəlmiş Milli Strategiya, ayrı-ayrı sahələr üçün yaradılan ənənəvi konsepsiya və proqramlardan fərqli olaraq çoxsahəlidir və geniş əhatə dairəsinə malikdir.

Bədən tərbiyəsi və İdmanın inkişafının Milli Strategiyası Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğundur, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Proqramının təsdiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasını təmin edir və milli maraqların qorunmasına xidmət edir.Milli Strategiyası beynəlxalq qurumların, BMT-nin , Avropa Şurasının müvafiq standartlarını, tələb və tövsiyələrini, baxılan sahə üçün mühüm olan və Azərbaycan Respublikası tərəfindən də qəbul olunmuş digər beynəlxalq aktlarının müddəalarını nəzərə alır.

Milli Strategiya ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsinin səmərəliyini təmin etmək və bu prosesdə bütün maraqlı tərəflərin (dövlət orqanları, qeyri-hökümət təşkilatları, beynəlxalq təşkilatlar, ictimai təşkilatlar, elm və tədris müəssisələri, özəl qurumlar və fiziki şəxslər) iştirakı üçün bərabər şərait yaratmaq məqsədi ilə aşağıdakı əsas prinsipləri müəyyən edir:
Maarifləndirmə prinsipi – bədən tərbiyəsi və idmanın insanlar üçün nə dərəcədə faydalı olması barədə geniş təbliğat işlərinin aparılmasını, onlarda bədən tərbiyəsi və idmanla məşğulluğa həvəs və marağın yaradılmasını qarşıya məqsəd qoyur. Bu prinsip bədən tərbiyəsi və idmanın insanların məişətinə daxil edilməsində xüsusi rol oynayır.

Elmilik prinsipi – bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində cəmiyyətin ümumi inkişafının obyektiv qanunlarından və bədən tərbiyəsi hərəkatının spesifik qanunauyğunluqlarından istifadə edir.Bu prinsipin mahiyyəti elmlə təcrübənin vəhdətindən ibarətdir.

Elmilik prinsipi bədən tərbiyəsi və idman hərəkatının təşkili və idarə edilməsinin elmi əsaslarla aparılmasına xidmət edir. Bu prinsipin əsas vəzifəsi problemlərin çoxsaylı həlli yolları içərisində ən səmərəli və məqsədəuyğun olanını aşkar edib təcrübədə tətbiqi istiqamətlərini müəyyənləşdirməkdir. Bu, bədən tərbiyəsi və idmanda daha az vaxt, qüvvə və vəsait sərf etməklə daha yüksək nəticələr əldə edilməsinə imkan yaradacaqdır.



Bərabərlik prinsipi – ölkədə fiziki, əqli və maddi imkanlarından, eləcədə aid olduqları idarə mənsubiyyətindən asılı olmayaraq əhalinin bütün sosial təbəqələri və yaş qruplarına öz bilik və bacarıqlarını reallaşdıra bilmələrinə,həyatlarına müsbət təsir göstərəcək sahələrdə, o cümlədən təhsil və sağlamlıqlarındahərtərəfli uğurlu inkişafa nail olmaları üçün eyni səviyyəli şərait və imkanlar yaradılmasını nəzərdə tutur.

Bərabərlik prinsipi bədən tərbiyəsi və idmanhərəkatında iştirak edən bütün vətəndaşların və qurumların bu sahədəki maraqlarını eyni dərəcədə nəzərə alaraq, onlara potensial imkanlarını nümayiş etdirə bilmələrinə xidmət edir.



Optimallıq prinsipi – bədən tərbiyəsi və idmanın inkişafının kütləviliyini və yüksək dərəcəli idmançıların hazırlanması məsələlərinin həllində daha səmərəli yolların axtarılmasını, bədən tərbiyəsi və idmanın inkişafına ayrılmış maliyyə vəsaitindən, idman qurğuları və avadanlıqlarından kadr potensialından, eləcə də digər mövcud imkanlardan bacarıqla, səmərəli istifadə edilməsinə xidmət edir.

Mərhələlik prinsipi –Milli Strategiyanın qarşısında duran əsas məqsəd və vəzifələrin müəyyən edilmiş mərhələlər üzrə həyata keçirilməsini nəzərdə tutur. Bu mərhələlər hər biri 4 ildən ibarət olan 2 Olimpiya dövrünü əhatə edir.

Hər bir mərhələdə MilliStrategiyanın müəyyən edilmiş istiqamətləri üzrə ölkədə bədən tərbiyəsi və idmanın inkişafının planlaşdırılmış səviyyədə reallaşdırılmasının təmin edilməsi məqsədilə xüsusi Dövlət Proqramları fəaliyyət göstərir. Mərhələlik prinsipi, eyni zamanda 4 illik Dövlət Proqramlarının müəyyən edilmiş mərhələlər üzrə icrasını nəzərdə tutur.



Millilik prinsipi – ölkədə bədən tərbiyəsi və idman hərəkatının təşkili və inkişafında azərbaycan xalqının milli tarixinə, mentalitetinə, adət və ənənələrinə, maraq və arzularına istinad edir. Ölkədə yaşayan digər millətlərin nümayəndələri ilə birlikdə, azərbaycanlı gənclərin daha çox sayda yüksək səviyyəli idmançı və mütəxəssis kimi hazırlanması, onların beynəlxalq idman aləmində uğurlar qazana bilməsi millilik prinsipinin əsas məqsədidir. Bu prinsip həmçinin azərbaycan xalqının sağlam və fiziki cəhətdən güclü bir millət olmasına xidmət edir.

Beynəlxalq əməkdaşlıq prinsipi – Azərbaycan Respublikasının Bədən tərbiyəsi və idman üzrə üzv olduğu bütün beynəlxalq təşkilatların həyata keçirdikləri layihələrdə fəal iştirakını, təcrübə mübadilələrini, xarici dövlətlərlə bu sahədə əməkdaşlığını nəzərdə tutur.
7. Milli Strategiyanın bölmələri və müddəti
Bütövlükdə Milli Strategiya aşağıdakı bölmələrdən ibarətdir:

    1. Təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafı

Bu bölmə Milli Strategiyanın əhatə etdiyi dövr ərzində ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində (orta, kollec, orta ixtisas, ali) o cümlədən özəl təhsil ocaqlarında aşağıdakı məsələlərin həllini nəzərdə tutur:

-idman zallarının, sadə idman meydançalarının və digər idman obyektlərinin olması;

-ümumtəhsil məktəblərində bədən tərbiyə dərslərində idman oyunlarıüzrə məşğələlərin keçirilməsi;

-təhsil müəssisələrində fiziki tərbiyənin tədrisi səviyyəsinin və onun statusunun yüksəldilməsi, pedoqoji kadrların peşə səviyyələrinin təkmilləşdirilməsi və ixtisaslarının artırılması;

-həftə ərzində bədən tərbiyəsi dərsləri də daxil olmaqla bədən tərbiyəsi və idmanla hər bir nəfərin ən azı 10 saat məşğul ola bilməsinin təmin edilməsi

-uşaq və yeniyetmələrin fiziki tərbiyəsinin inkişafı ilə bağlı elmi-praktiki əsasların işlənib hazırlanması;

-təhsil müəssisələrində idman klublarının yaradılması;

-orta ümumtəhsil məktəblərində idmanın ayrı-ayrı növləri üzrə ixtisaslaşdırılmış idman siniflərinin yaradılması;



II. İcmalarda, yaşayış yerlərində bədən tərbiyəsi və idmanın inkişafı

Bu bölmə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərindən kapital qoyuluşu və digər təşkilatların gəlirlərindənbu məqsədə ayrılmış vəsaitlər hesabına icmalarda, xüsusən yaşayış yerlərində idman-sağlamlıq mərkəzlərinin, qurğularının və bu yönümlü obyektlərin tikintisi, təchizatı və vətəndaşların istifadəsinə verilməsininəzərdə tutur.

Eyni zamanda yerlərdə bədən tərbiyəsi və idmanın inkişafının təşkili və idarə olunması məqsədilə bələdiyyələrdə, mənzil istismar və icma mənşəli təşkilatlarda bədən tərbiyəsi-sağlamlıq və idman işləri üzrə xüsusi ştatların, mövcud idman təşkilatlarının filiallarının (yerli idarələrinin) və digər yeni strukturların yaradılması planlaşdırılır.


  1. Yüklə 237,34 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin