Layihə təklifi



Yüklə 80.19 Kb.
tarix21.10.2017
ölçüsü80.19 Kb.

LAYİHƏ TƏKLİFİ


Təkilatın adı: “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı

Operator təşkilat: “Mülki cəmiyyətə doğru” Mərkəzi

Layihənin rəhbərinin adı və vəzifəsi: Abil Bayramov, “Mülki cəmiyyətə doğru” Mərkəzinin direktoru

Ünvan: Bakı ş., 9-cu mikrorayon, Cavadxan küçəsi, 4/164

Telefon: (+994 12) 513 25 03, (+994 50) 327 91 82

E-mail: abil_bayramov@yahoo.com

Layihənin adı: “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının iinkişafına institusional dəstək
Ümumi büdcə: $ 67,408
Tələb olunan məbləğ: $20,956
Layihənin müddəti: 12 ay

I. PROBLEMIN TƏSVIRI
Azərbaycanda yerli özünüidarənin inkişafı istiqamətində müntəzəm layihələr həyata keçirən 10-dan artıq QHT fəaliyyət göstərir. Lakin yerli özünüidarə problemləri üzrə ixtisaslaşmış təşkilatlar arasında qarşılıqlı əlaqə və əməkdaşlığın olmaması QHT-lərin bələdiyyələr sahəsində həyata keçirdikləri tədbirlərin effektivliyini aşağı salır. Belə ki, bəzən ayrı-ayrı QHT-lər bir-birindən xəbərsiz fərqli donorların maliyyələşdirdiyi eyni xarakterli layihələri bir neçə illik zaman fərqilə eyni bələdiyyələrdə reallaşdırırlar. Digər tərəfdən, ayrı-ayrılıqda həmin təşkilatların hər birində bələdiyyə problemləri üzrə ixtisaslaşmış kadrlar var. Lakin onlar arasında əməkdaşlıq münasibətləri və təcrübə mübadiləsi təmin olunmadıqda kadr resurslarından səmərəli istufadə imkanları azalır. Halbuki eyni məqsəd ətrafında formalaşan, lakin pərakəndə fəaliyyət göstərən QHT-lərin əməkdaşlığı, onların resurslarının birləşdirilməsi yerli özünüidarə problemləri sahəsində daha samballı ideya və təşəbbüslərin tapılmasına, müxtəlif təşkilatların tamamilə bir-birini təkrarlayan plagiat fəaliyyətlərinin aradan qalxmasına gətirib çıxara bilər. Bundan əlavə, təcrübə göstərir ki, rəsmi dövlət qurumları fərdi, yaxud ayrıca götürülmüş bir QHT ilə müqayisədə alyans formatında fəaliyyət göstərən QHT forumlarının təklif və təşəbbüslərinə daha həssas reaksiya nümayiş etdirir.

Elə bu səbəbdən də 2007-ci ilin dekabr ayında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı naminə fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı vətəndaş cəmiyyətinin gücləndirilməsində, demokratik dəyərlərin möhkəmləndirilməsində, iqtisadi və sosial tərəqqinin əldə olunmasında, vətəndaşların keyfiyyətli ictimai xidmətlərlə təmin olunmasında bələdiyyələrin əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alaraq öz səylərini mövcud yerli özünüidarə sisteminin təkmilləşdirilməsi və inkişafı yönündə birləşdirmək məqsədilə “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansını yaradıb. Alyansın əsas məqsədi yerli özünüidarə (bələdiyyə) sisteminin inkişafına dair mükəmməl strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi, bələdiyyələrin təşkilati, institusional potensialının gücləndirilməsi və inkişafı üçün bu sahədə fəaliyət göstərən milli QHT-lərin səmərəli əməkdaşlığına və fəaliyyətlərin əlaqələndirilməsinə nail olmaq idi. 2009-cu il mayın 2-də Alyansın Ümumi Yığıncağı Alyansın buraxılması haqqında qərar qəbul edib. Alyansın buraxılmasında əsas məqsəd birgə fəaliyyətin daha səmərəli təşkili məqsədilə onun yenidən təçkil edilməsi olub. Alyansa daxil olmuş təşkilatların əksəriyyəti 2009-cu il mayın 6-da toplaşaraq yeni formatda “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansını təsis ediblər.

Alyansa aşağıdakı təşkilatlar daxildir: İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, Aran Humanitar Regional İnkişaf İctimai Birliyi, “Mülki cəmiyyətə doğru” Mərkəzi, “Vətəndaş cəmiyyəti uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Qadınlar Arasında Həmrəylik İctimai Birliyi.

Yenidən təşkil olunmuş Alyans “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansının öz qarşısına qoyduğu strateji məqsədlərə nail olma istiqamətində fəaliyyətlərini davam etdirmək niyyətindədir (Ötən dövr ərzində “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansı yerli özünüidarə ilə bağlı müxtəlif mövzularda bir neçə dəyirmi masa keçirib, bələdiyyə problemlərinin mətbuatda daha geniş işıqlandırılması məqsədilə jurnalist tədqiqatları təşkil edib. Alyans Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy hazırlayıb və 2009-cu il aprelin 24-də təşkil etdiyi konfransda həmin rəyin geniş müzakirəsini keçirib. Alyansın fəaliyyətinə ilkin dəstəyi Böyük Britaniyanın Oxfam təşkilatı verib). Lakin “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının qarşısına qoyduğu strateji məqsədlərə çatması üçün ciddi institusional dəstəyə ehtiyacı var. Bu layihədə də əsas məqsəd belə dəstəyi əldə etməkdir.


II. LAYIHƏNIN MƏQSƏD VƏ VƏZIFƏLƏRI


Layihənin məqsədi – “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının gücləndirilməsi yolu ilə yerli özünüidarə sahəsində daha mükəmməl strategiyalar və alternativlər təklif etməkdir.
Layihənin vəzifələri:

  • “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının qarşısına qoyduğu strateji məqsədlərə nail olması üçün ona təşkilati və maddi-texniki baxımdan zəruri şərait yaratmaq;

  • yerli özünüidarə problemləri üzrə ixtisaslaşmış ən müxtəlif QHT-lərin «beyin mərkəzi»ni yaratmaq;

  • bələdiyyə məsələlərilə əlaqədar ən yaxşı ideya və təşəbbüsləri birgə və intensiv müzakirələr əsasında daha da təkmilləşdirmək;

  • həmin ideya və təşəbbüsləri reallaşdırmaq üçün resurslardan birgə istifadəyə nail olmaq.



III. Layihə üzrə görüləcək işlər, Layihənin həyata keçirilməsi üsulları və yolları
Layihə çərçivəsində Alyansın qarşısına qoyduğu strateji məqsədlərə uyğun olaraq aşağıdakı fəaliyyətlər həyata keçiriləcək:


  1. Alyans üçün ofisin kirayəsi və zəruri işçi heyətinin seçilməsi. Alyans üçün ofis icarəyə götürüləcək. Ofis Alyansın daha səmərəli fəaliyyət imkanlarını genişləndirəcək. Alyansın daha çevik işini təmin etmək üçün zəruri işçi heyəti seçiləcək. İşçi heyətinə koordinator, proqramlar üzrə menecer, ictimai əlaqələr üzrə mencer və maliyyə meneceri daxil olacaq. Bütün Alyans uzvlərin ofisin imkanlarından bərabər faydalanacaqlar.

  2. Alyansın fəaliyyətinin strateji istiqamətlərinə uyğun siyasət sənədlərinin hazırlanması. Alyans üzvləri ümumi müzakirə nəticəsində siyasət sənədlərinin əhatə etməli olduğu mövzuları müəyyənləşdirəcəklər. Alyansın fəaliyyətinin strateji istiqamətlərinə uyğun dörd siyasət sənədi hazırlanacaq. Siyasət sənədlərində mövcud problemlərin həllinə yönəlik alternativlər öz əksini tapacaq. Təklif olunan alternativlər hökumətə daha təkmil siyasi qərarlar qəbul etməyə yardım edəcək. Siyasət sənədlərini hazırlayacaq təşkilatlar Alyansdaxili müsabiqə nəticəsində müəyyənləşdiriləcək.

  3. Ölkədə yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı müntəzəm monitorinqin aparılması və illik rəyin hazırlanması. Alyans müntəzəm olaraq yerli özünüidarə sahəsində müxtəlif qurumların (dövlət orqanları, bələdiyyə assosiasiyaları, bələdiyyələr, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və s.) həyata keçirdikləri fəaliyyətləri müşahidə və təhlil edərək illik rəy hazırlayacaq. Rəy elə tərtib olunacaq ki, yerli özünüidarə ilə bağlı bütün istiqamətlərdə dəyişiklikləri (inkişaf və tənəzzülü), dinamika və tendensiyaları qiymətləndirmək mümkün olsun.

  4. Dövlət hakimiyyət orqanlarının, bələdiyyələrin və ekspertlərin iştirakı ilə bələdiyyələrin konkret problemlərinin həlli bağlı dövri müzakirələrin (Dəyirmi masaların) təşkili. Alyans üzvləri müntəzəm görüşlər və məşvərət əsasında bələdiyyələrin ən vacib, ictimai müzakirəyə ehtiyac duyulan problemlərini müəyyən edəcək. Dəyirmi masalar həm regionlarda (4 dəyirmi masa), həm də Bakı şəhərində (6 dəyirmi masa) təşkil olunacaq. Bu cür tədbirlər həm bələdiyyələrin problemlərinin ictimailəşməsinə, həm də yerli özünüidarə qurumlarının perspektiv həll istiqamətlərinə dair ortaq həll yollarının tapılmasına mühüm töhfə verə bilər.

  5. Bələdiyyə institutunun illik fəaliyyətinin yekunlarına dair ümumölkə miqyasılı forumun keçirilməsi. Bu tədbir hər ilin sonuncu ayının birinci yarısında keçiriləcək. Tədbirdə səlahiyyətli dövlət qurumlarının, bələdiyyələrin və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı təmin ediləcək. Bu forumlar ölkə miqyasında bələdiyyələrin cari fəaliyyətinin qiymətləndirilməsi nəticəsində hökumətin və ictimaiyyətin diqqətini yerli özünüidarə problemlərinə cəlb etməyə, həmin problemlərin həll yollarının tapılması ilə bağlı «dövlət-bələdiyyə-vətəndaş cəmiyyəti» formatında dialoqun yaranmasına imkan verəcək.

  6. Bələdiyyələrin fəaliyyətilə bağlı dövri mətbuatda jurnalist tədqiqatlarının təşkili. Bu cür tədqiqatlar həm ictimaiyyətin diqqətini bələdiyyələrə cəlb etmək, həm də QHT alyansı ilə media arasında əməkdaşlığın formalaşması baxımından ciddi töhfə verə bilər.

  7. Bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının ekspertizası. Həm qüvvədə olan qanunvericilik aktlarının, həm də müzakirədə olan layihələrin ekspertizası aparılacaq. Ekspertiza nəticəsində qanunvericilik aktlarındakı boşluqlar və ziddiyyətlər aşkar ediləcək və onların aradan qaldırılması üçün təkliflər veriləcək.

  8. Televiziyada talk show-ların təşkili. Layihənin icrası müddətində mərkəzi televiziyalarda 2, regional televiziyalarda isə 3 talk-show təşkil etmək nəzərdə tutulur. Hazırda Azərbaycanda ən çox tirajı olan mətbu orqan 10-12 min tirajla yayılır. Televiziya isə daha geniş auditoriyanı əhatə edir. Bu baxımdan televiziya verilişləri ictimaiyyətin məlumatlandırılması baxımından daha effektlidir.


IV. LAYIHƏ ÜZRƏ IDARƏETMƏ PLANI
Layihə aşağıda qeyd olunmuş “Layihə üzrə idarəetmə planı” və “Fəaliyyətlərin təqvim planı” üzrə idarə olunacaq. Layihədə nəzərdə tutulmuş proqram fəaliyyətlərinə layihənin işçi heyəti ilə yanaşı həmin fəaliyyətlərin həyata keçirilməsində bilavasitə iştirak edəcək təşkilatlar məsul olacaqlar. “Fəaliyyətlərin təqvim planı”nda nəzərdə tutulmuş bölgü bütün Alyans üzvləri ilə razılaşdırılmışdır.

Görüləcək işlər

Məsul şəxs

Müddət

Alyans üçün ofisin kirayəsi və zəruri işçi heyətinin seçilməsi.

Layihənin əlaqələndiricisi

1-ci ay

Alyansın fəaliyyətinin strateji istiqamətlərinə uyğun siyasət sənədlərinin hazırlanması

Layihənin əlaqələndiricisi, Ictimai əlaqələr üzrə menecer

4-cü, 7-ci, 11-ci aylar

Ölkədə yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı müntəzəm monitorinqin aparılması və illik rəyin hazırlanması.

Layihənin əlaqələndiricisi, Ictimai əlaqələr üzrə menecer

2-12-ci aylar

Dövlət hakimiyyət orqanlarının, bələdiyyələrin və ekspertlərin iştirakı ilə bələdiyyələrin konkret problemlərinin həlli bağlı dövri müzakirələrin təşkili.

Layihənin əlaqələndiricisi, Ictimai əlaqələr üzrə menecer

5-ci, 7-ci, 9-cu və 11-ci aylar

Bələdiyyə institutunun illik fəaliyyətinin yekunlarına dair ümumölkə miqyasılı forumun keçirilməsi.

Layihənin əlaqələndiricisi, Ictimai əlaqələr üzrə menecer

11-12-ci aylar

Bələdiyyələrin fəaliyyətilə bağlı dövri mətbuatda jurnalist tədqiqatlarının təşkili.

Layihənin əlaqələndiricisi, Ictimai əlaqələr üzrə menecer

Müntəzəm

Qanunvericiliyin ekspertizasının aparılması

Layihənin əlaqələndiricisi, Ictimai əlaqələr üzrə menecer

Müntəzəm

Televiziyada talk show-ların təşkili.

Layihənin əlaqələndiricisi, Ictimai əlaqələr üzrə menecer

5-ci, 8-ci, 11-ci aylar

Layihənin proqram hesabatlarının hazırlanması

Layihənin əlaqələndiricisi

Müqavilədə nəzərdə tutulan müddətlərdə

Layihənin maliyyə hesabatlarının hazırlanması

Layihənin əlaqələndiricisi,

Maliyyə meneceri



Müqavilədə nəzərdə tutulan müddətlərdə

Layihə fəaliyyətlərinin qiymətləndirilməsi

Layihənin əlaqələndiricisi, Ictimai əlaqələr üzrə menecer

7-ci və 12-ci aylar



V. FƏALIYYƏTLƏRIN TƏQVIM PLANI


Fəaliyyətlər

Həyata keçirilməsində iştirak edəcək təşkilatlar

Son tarix

1. Alyansın fəaliyyətinin strateji istiqamətlərinə uyğun siyasət sənədlərinin hazırlanması

Bu fəaliyyətin həyata keçirilməsində bütün Alyans üzvlərinin iştirak etmək imkanı olacaq. Nəzərdə tutulmuş istiqamətlər üzrə konkret mövzular Alyansın koordinasiya Şurasının iclasında müəyyənləşdiriləcək. Mövzular müəyyənləşdirildikdən sonra siyasət sənədlərinin hazırlanması ilə bağlı Alyansdaxili müsabiqə elan olunacaq. Təşkilatlar müsabiqədə ayrı-ayrılıqda və ya birgə iştirak edə biləcəklər.




1.1. Bələdiyələrin fəaliyyətinin hüquqi bazasının inkişafı ilə bağlı

Müsabiqənin nəticələri əsasında müəyyənləşəcək

31 oktyabr, 2009

1.2. Bələdiyyələrin maliyyə-iqtisadi potensialının gücləndirilməsi ilə bağlı

Müsabiqənin nəticələri əsasında müəyyənləşəcək

31 dekabr, 2009

1.3. Bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı

Müsabiqənin nəticələri əsasında müəyyənləşəcək

31 mart, 2010

2. Ölkədə yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı müntəzəm monitorinqin aparılması və illik rəyin hazırlanması.







2.1. Sorğuların keçirilməsi

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Aran Humanitar Regional İnkişaf İctimai Birliyi.

İki dəfə sorgu keçiriləcək

31 oktyabr, 2009

28 fevral, 2010


2.2. Foks qruplarla gorüşlər, müsahibələr vəs.

İqtisadi Tədqiqatlar Mərkəzi, “Mülki cəmiyyətə doğru” Mərkəzi, “Vətəndaş cəmiyyəti uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Qadınlar Arasında Həmrəylik İctimai Birliyi.


28 fevral, 2010

2.3. Rəyin hazırlanması

Rəyin strukturu hazırlandıqdan sonra Alyans üzvləri arasında struktura uyğun bölgü aparılacaq. Rəyin hazırlanmasında bütün Alyans üzvləri iştirak edəcək.

31 mart, 2010

3. Dövlət hakimiyyət orqanlarının, bələdiyyələrin və ekspertlərin iştirakı ilə bələdiyyələrin konkret problemlərinin həlli bağlı dövri müzakirələrin təşkili.

Müzakirələrin mövzusu Alyansın Koordinasiya Şurasının iclasında müəyyənləşdiriləcək. Bu fəaliyyətin həyata keçirilməsinə Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi və Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi bilavasitə məsuliyyət daşıyacaqlar.

30 sentyabr, 2009

30 noyabr, 2009

31 yanvar, 2010

31 mart, 2010



4. Qanunvericiliyin ekspertizasının aparılması

Ekspertizası aparılacaq qanunvericilik aktları Koordinasiya Şurasının iclasında müəyyənləşdiriləcək. Bu fəaliyyətin həyata keçirilməsinə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi və Mülki Cəmiyyətə Doğru Mərkəzi bilavasitə məsuliyyət daşıyacaq.

Bu fəaliyyət müntəzəm aparılacağından konkret tarix göstərilmir

5. Bələdiyyə institutunun illik fəaliyyətinin yekunlarına dair ümumölkə miqyasılı forumun keçirilməsi.

Forumun təşkilinə məsuliyyəti bilavasitə İqtisadi Tədqiqatlar Mərkəzi və Aran Humanitar Regional İctimai Birliyi daşıyacaq. Forumun mövzusu, gündəliyi, formatı, iştirakçıların tərkibi, təqdimatlar və s. məsələlər Alyans üzvlərinin müzakirəsi nəticəsində müəyyənləşdiriləcək.

30 aprel, 2010

6. Bələdiyyələrin fəaliyyətilə bağlı dövri mətbuatda jurnalist tədqiqatlarının təşkili.

Tədqiqat movzuları Alyans üzvlərinin birgə müzakirəsi nəticəsində müəyyənləşəcək. Fəaliyyətin həyata keçirilməsinə bilavasitə məsuliyyəti Qadınlar Arasında Həmrəylik İctimai Birliyi daşıyacaq.

Bu fəaliyyət müntəzəm aparılacağından konkret tarix göstərilmir

7. Televiziyada talk show-ların təşkili.

Talk show-ların da movzuları Alyans üzvlərinin birgə müzakirəsi nəticəsində müəyyənləşəcək. Mövzulara uyğun olaraq təşkilatların ekspertləri talk show-da iştirak edəcək. Fəaliyyətin həyata keçirilməsinə bilavasitə məsuliyyəti İqtisadi Tədqiqatlar Mərkəzi daşıyacaq.

31 oktyabr, 2009

31 dekabr, 2009

31 mart, 2010



VI. LAYIHƏNIN GÖZLƏNILƏN NƏTICƏLƏRI VƏ UZUNMÜDDƏTLI TƏSIRI
Fəaliyyətlərin nəticələri (Outputs)

Layihə çərçivəsində yerli özünüidarə sahəsində mövcud problemlərin həllinə yönəlik alternativləri özündə əks etdirən dörd siyasət sənədi və ölkədə yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı illik rəy hazırlanacaq. Bundan əlavə keçirilmiş sorğuların, dəyirmi masalardakı müzakirələrin, monitorinqlərin, qanunvericilik aktlarının ekspertizasının nəticələri ümumiləşdiriləcək və Alyansın internet səhifəsində yerləşdiriləcək. İnternet səhifədə həmçinin layihə çərçivəsində yerli özünüidarə ilə bağlı aparılan jurnalist tədqiqatlarının, milli forumun nəticələri də öz əksini tapacaq.


Layihənin nəticələri (Outcomes)

Layihənin həyata keçirilməsindən aşağıdakı nəticələr əldə olunacaq:



  • Alyansın daha səmərəli fəaliyyət göstərmək imkanları genişlənəcək;

  • Yerli özünüidarə sahəsində konkret problemlərin həllinə yönəlik siyasət sənədləri hazırlanacaq və bu, qərar qəbul edənlərə müxtəlif yanaşmaları əks etdirən alternativləri qiymətləndirmək imkanı verəcək;

  • Yerli özünüidarənin movcud vəziyyətini əks etdirən illik rəy hazırlanacaq və həmin rəy bir illik dövrü daha obyektiv qiymətləndirmək imkanı verəcək;

  • Dövlət orqanlarının, bələdiyyə assosiasiyalarının, bələdiyyələrin, QHT-lərin və s. iştirakı ilə keçiriləcək dəyirmi masalar yerli özünüidarə qurumlarının problemlərinin perspektiv həll istiqamətlərinə dair ortaq həll yollarının tapılmasına kömək edəcək;

  • Milli forum «dövlət-bələdiyyə-vətəndaş cəmiyyəti» formatında dialoqun yaranmasına imkan verəcək;

  • Bələdiyyələrin fəaliyyətilə bağlı jurnalist tədqiqatları və televiziya verilişləri bələdiyyələrin problemlərinin ictimailəşməsinə təkan verəcək.


Layihənin təsiri (Impact)

Layihənin sonunda aşğıdakı dəyişikliklərin baş verəcəyi gözlənilir:



  • Alyansın yerli özünüidarə ilə bağlı mükəmməl strategiyalar işləyib hazırlamaq imkanları artacaq;

  • Dövlət-vətəndaş cəmiyyəti münasibətlərində qarşılıqlı inam elementi güclənəcək;

  • Yerli özünüidarə problemlərinə ictimaiyyətin və dövlətin diqqəti artacaq.

Layihənin həyata keçirilməsinin aşağıdakı uzunmüddətli təsirləri olacaq:

  • Yerli özünüidarə islahatlarının zəruriliyinə inam artacaq və islahatlar daha ardıcıl xarakter daşıyacaq;

  • Əksmərkəzləşmə prosesi sürətlənəcək və yerli demokratiya inkişaf edəcək.



VII. MONITORINQ VƏ QIYMƏTLƏNDIRMƏ


Layihə üzrə fəaliyyətlərin müntəzəm (hər 3 aydan bir) monitorinqi aparılacaq. Monitorinq zamanı konkret fəaliyyətlərin nəticələri nəzərdən keçiriləcək. Monitorinq zamanı layihə üzrə konkret fəaliyyətlər, onların həyata keçirilmə vaxtı və keyfiyyəti, onlara sərf olunan vəsait, qarşıya çıxan problemlər və s. kimi məsələlər əsas diqqət mərkəzində olacaq.
Layihə üzrə fəaliyyətlər həm kəmiyyət, həm də keyfiyyət indikatorları əsasında qiymətləndiriləcək. Qiymətləndirmə zamanı aşağıdakı indikatorlardan istifadə olunacaq:

  • Hazırlanan siyasət sənədlərinin sayı;

  • Təqdim olunan siyasət sənədlərinə hökumətin həssaslıq səviyyəsi;

  • Dəyirmi masaların sayı;

  • Dəyirmi masalarda iştirak edənlərin sayı;

  • Dəyirmi masalarda səsləndirilmiş təkliflərin sayı;

  • Televiziya verilişlərinin sayı;

  • Journalist tədqiqatlarının sayı;

  • Journalist tədqiatlarının əhatə səviyyəsi;

  • Milli foruma qatılan iştirakçıların sayı;

  • Müxtəlif qurumların milli forumda təmsilçilik səviyyəsi;

  • Ekspertizası aparılmış qanunvericilik aktlarının sayı;

  • Ölkədə yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı illik rəyin keyfiyyəti.

Keyfiyyət indikatorları əsasında qiymətləndirmə zamanı ekspert qiymətləndirməsindən istifadə olunacaq. Bununla yanaşı qiymətləndirmə sorğusu da keçiriləcək. Sorğuya müvafiq dövlət orqanlarının, bələdiyyələrin, bələdiyyələrin milli assosiasiyalarının, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, müstəqil ekspertlər və vətəndaşlar cəlb olunacaqlar.
VIII. RISKLƏR

Layihənin həyata keçirilməsi zamanı aşağıdakı potensial risk mümükündür:

  • Yerli icra hakimiyyəti nümayəndələri regionlarda dəyirmi masaların keçirilməsinə mane olurlar. Təcrübə göstərir ki, yerli icra hakimiyyəti orqanlarının belə hərəkətləri əsasən həyata keçirilən tədbirlərin mahiyyətini düz anlamamaqdan qaynaqlanır. Bu riskin aradan qaldırılması üçün dəyirmi masalar keçirilməzdən öncə yerli icra nümayəndələri ilə görüş keçiriləcək və layihə fəaliyyətləri haqqında onlara məlumat veriləcək;

  • Bir qayda olaraq, hökumətə təqdim edilən siyasət sənədləri hökumət tərəfindən laqeydliklə qarşılanır və hökumət həmin sənədlərə heç bir reaksiya vermir. Bu riskin azaldılması üçün hazırlanmış sənədlərin vəkillik kampaniyası aparılacaq. Vəkillik kampaniyası zamanı hökumətə və ictimaiyyətə siyasət sənədlərində təklif edilən alternativlərin zəruriliyi mesajı çatdırılacaq;

  • Televiziyalar efir vaxtı üçün tarifləri artırırlar və nəticədə talk show-ların təşkili çətinləşir. Bu halda Alyans donorlarla əlaqə saxlayacaq və layihə fəaliyyətlərində mümkün dəyişiklik imkanlarını müzakirə edəcək.



IX. LAYIHƏNIN ICTIMAI ƏLAQƏLƏR SAHƏSINDƏ VƏZIFƏLƏRI
Bu layihə həyata keçirilən zaman görülən işlər barədə ictimaiyyətə müntəzəm olaraq məlumat veriləcək. Layihə üzrə ictimai əlaqələrin məqsədi Alyansın yerli özünüidarə sahəsində həyata keçirdiyi fəaliyyətlərə münasibətdə ictimai fikrin öyrənilməsi və hazırlanacaq təkliflərə ictimai dəstək qazanmaqdır. Layihənin işçi heyətində ictimai əlaqələr üzrə menecerin olması bu fəaliyyətlərin daha səmərəli həyata keçirilməsi imkanlarlnl artırır. İctimai məlumatlandırma məqsədilə medianın imkanlarından geniş istifadə olunacaq.
X. LAYİHƏNİN DAVAMLILIĞI
“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansına daxil olan təşkilatlar öz səylərini mövcud yerli özünüidarə sisteminin təkmilləşdirilməsi və inkişafı yönündə birləşdirdiyindən Alyansın mövcudluğu daha uzunmüddətli dövrü əhatə edəcək və Alyansın fəaliyyəti layihə başa çatdıqdan sonra da davam edəcək. Alyans 2008-2013 cü illəri əhatə edən strateji plana malikdir. Bu layihə Alyansın strateji məqsədlərinin daha ardıcıl həyata keçirilməsinə kömək edəcək. Çünki zəruri institusional dəstək gələcəkdə yeni fondlar əldə etmə, təkmil strategiya və konsepsiyaların irəli sürülməsi, vacib siyasət sənədlərinin hazırlanması kimi fəaliyyətlərin həyata keçirilməsi işini asanlaşdıracaq.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə