Səlahiyyətlərin həvalə olunması - layihədəki işlərin yerinə yetirilməsinə hər hansı bir təşkilatın və ya ayrı-ayrı şəxslərin cəlb edilməsi deməkdir. Bu işdə mövcud vəziyyətdə konkret biliyi, gücü, özünü başqasının yerinə qoymağı, vaxtı və ehtiyatları qiymətləndirməyi bacarmaq lazımdır.
Layihə məsələlərinin işə götürülən əməkdaşın iştirakı ilə həll edilməsi və idarəetmə orqanının dəstəklənməsi prosesində müxtəlif liderlik metodları tətbiq edilir. Rəhbərlik ilə işçi qrupu arasında münasibətlər müxtəlif idarəetmə üslubları əsasında formalaşır. Əsaslandırmalar, əmrlər, stimullar və sanksiyalar liderliyin əsas elementləri sayılır.
4.Layihədə kommunikasiyaların qurulması və idarə olunması Kommuniksiya məlumatların səmərəli şəkildə ötürülməsini və partnyorlar arasında qarşılıqlı əlaqələrin yaradılmasını təmin edən vasitədir. Kommunikasiyadan işin əsaslandırılması və layihə iştirakçıları tərəfindən müvafiq qərarların qəbul edilməsi üçün səmərəli vasitə kimi istifadə edilir.
Kommunikasiya bir neçə formada (şifahi, yazılı, qrafik, statik və ya dinamik və s.) mətbuat vasitələri ilə (kağız üzərində, elektron daşıyıcılarında, müsahibə və s.) həyata keçirilə bilər. Kommunikasiya ünsiyyət zamanı, görüşlərdə, seminar və konfranslarda, o cümlədən fıkir mübadiləsi və hesabatlar zamanı da istifadə olunur. Layihə menecerliyinin mühüm aspektlərindən biri də onun layihə mühiti ilə əlaqələrin yaradılmasıdır.
Kommunikasiya bir çox hallarda ikimənalı olur. Məsələn, insanların reaksiyasının modelləşdirilməsi və bunun əsasında məlumatların şərh edilməsi. Layihələrdə kommunikasiya problemləri dərhal aşkara çıxarılmalı, təhlil və həll edilməlidir. Layihə menecerliyinin əsas keyfiyyəti kommunikasiyanın mümkünlüyü və kommunikasiya texnologiyası üzrə müvafiq kompetensiyaya malik olması ilə bağlıdır.
Layihələrin yerinə yetirilməsində əsas faktorlardan biri onun daxili parametrləridir. Daxili faktorlardan bir neçəsini nəzərdən keçirək.
-