Bu tədbirlər risklərin layihəyə təsirini ya azaldır, ya da tamamilə aradan götürür. Risklərə nəzarət sisteminə antirisk tədbirlərinin tətbiqi və risklərin sənədləşdirilməsi üzrə əlavə vəzifələr də daxildirlər.
İşçi heyətinin idarə edilməsi Layihə ofisinə müxtəlif ixtisasa malik olan mütəxəssislər cəlb edilir. Layihənin icrası müddətində cəlb edilən işçi heyətinin sayı müxtəlif ola bilər.
İşçi heyətinin idarə edilməsi üzrə funksiyalara daxildir:
kollektiv işlər üçün iş atmosferinin və şəraitinin yaradılması;
meydana çıxan münaqişəli halların aradan qaldırılması və s.
İşçi heyətinin idarə edilməsi layihə məqsədlərinə nail olmaq üçün əmək ehtiyatlarından optimal şəkildə istifadə olunmasına yönəlməlidir. Aşağıdakı sxemdə işçi heyətinin idarə edilməsi PMBOK kitabına əsasən göstərilmişdir.