Layihənin adı “Mənim Dünyam” Layihənin əhatə etdiyi dövr Başlamatarixi (gün/ay/il)



Yüklə 20,68 Kb.
tarix07.01.2022
ölçüsü20,68 Kb.
#84720

Layihənin adı

Mənim Dünyam”


Layihənin əhatə etdiyi dövr

Başlamatarixi (gün/ay/il)

Bitmətarixi (gün/ay/il)

Layihənin formatı

 İKT
 Təlim


 Teatr
 Musiqi
 Kino
 Animasiyavəbədiifilmlər
 Memarlıq
 Dizayn
 Rəsm
 İxtira
 Festival
 Sərgi

Digər
Layihənin qısa təsviri

Mənim Dünyam” Layihəsi məktəblilər arasında maarifləndirmənin formal və qeyri-formal təhsil metodundan istifadə edərək həyata keçirilməsinə xidmət edəcək. “ İdman ölkəsi” , “Təmizlik ölkəsi”, “ Ekologiya ölkəsi”, “Vitaminlər ölkəsi”, “Sərvətlər ölkəsi”, “İnformasiya ölkəsi”, “Müharibə və sülh ölkəsi” , “Mənəviyyat ölkəsi” , “İslam ölkəsi” , “İqtisadiyyat ölkəsi” və başqa ölkələr yaradılır. İlkin olaraq layihəyə qatılacaq şagirdlər “Xəyalımdakı dünyam” rəsm və əl işləri müsabiqəsinə qatılacaqlar. Müsabiqəyə qatılacaq şagirdlər çəkdikləri rəsmlərdə, əl işlərində öz ölkələrində görmək istədiklərini nümayiş etdirəcəklər. Daha sonra lahiyədə iştirak edən hər sinif “Mənim Dünyam”a daxil olan ölkələrdən biri haqqında bukletlər hazırlamalıdır. Lahiyə açıq havada nümayiş olunacaq. Layihə sonda ekspertlər tərəfindən qiymətləndiriləcək. Yekun olaraq Layihə iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunacaqlar.

Problemin qoyuluşu

Təbiətin, ətraf mühitin qorunması, təmizliyə riayət, ekologiyanın, sağlamlığın qeydinə qalınması, sağlam qidalanmağın yolları, sosioloji problemlər, psixoloji vəziyyətin, havanın təmizliyinin və s. qorunub saxlanmasıyla birbaşa bağlıdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürur kimi də hallanır. Çünki təbiətin ətraf mühiti və qorunaqla dövlətimizə millətimizə olan sevgini və hörməti dəfələrlə artırmış oluruq.   İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə, vətənpərvərlik tərbiyəsinə, o cümlədən cəmiyyətin mədəni tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.



Layihənin məqsədi və vəzifələri

Şagirdlərdə təbiətə olan marağı artıraraq, şagirdlərin ekoloji yöndə bilik və bacarıqlarını inkişafına dəstək olmaqdır.



  • Şagirdlər arasında maarifləndirmə işinin aparılması

  • Ətraf mühitin mühafizəsində şagirdlərin iştirakçılığının artırılması

  • Rəsm müsabiqəsi və əl işləri vasitəsilə cəmiyyətə informasiyanın ötürülməsi

  • Ekoloji maarifləndirmə sahəsində qeyri-formal təhsil metodunun alətlərindən istifadəsi

  • Və s.


Layihədən faydalananlar

  • Layihənin birbaşa iştirakçısı olmuş 7-17 yaş arası 300 nəfər şagird

  • Layihə çərçivəsində keçiriləcək sərgidə iştirak edən insanlar

  • Layihənin rəsmi səhifəsinin izləyiciləri

Layihənin çərçivəsində görüləcək işlər :

Layihənin həyata keçirilməsi üçün görüləcək işlər 3 mərhələdə həyata keçiriləcək

I mərhələ - Hazırlıq

II mərhələ - Rəsm müsabiqəsi və əl işləri (“Mənim Dünyam ”)



III mərhələ - Hesabatlılıq mərhələsi

Hazırlıq mərhələsi

  • Layihə haqda müvafiq dövlət qurumlarına rəsmi məktubun hazırlanması və göndərilməsi

  • Layihənin logo və dizayn eskizlərinin hazırlanması

  • Layihənin ekspert və təlimçilər qrupunun təyin edilməsi

  • Layihənin iştirakçılarının seçim prosesinin aparılması üçün eventin yaradılması

  • İştirakçıların seçilməsi və layihənin gedişatı haqda təlimatların verilməsi


Layihənin keyfiyyət və kəmiyyət indikatorları aşağıdakılardır:

Eventə baxış sayı

Sosial çarxlara baxış sayı

Foto və video hesabat

Layihədən gözlənilən nəticələr və davamlılıq

Nəticələr

  • Şagirdlərin maarifləndirilməsi

  • “Mənim Dünyam” mövzusunda şagirdlər arasında rəsm sərgisinin keçirilməsi

  • Açıq qapı” prinsipinin tətbiq olunması

  • Cəmiyyətin problemlərə diqqətinin artırılması

  • Lahiyədə şagirdlərin fərdi və sosial inkişıfa, onların cəmiyyətin fəal üzvü olması üçün çalışılır.

Yüklə 20,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin