Lev Tolstoy



Yüklə 186.99 Kb.
səhifə1/5
tarix20.01.2017
ölçüsü186.99 Kb.
  1   2   3   4   5
Din nədir və onun mahiyyəti nədədir ?

(Lev Tolstoy)

Hər zaman bütün insan cəmiyyətlərində, onların həyatlarının müəyyən dövrlərində elə bir zaman gəlirdi ki, əvvəlcə din öz əsas məzmunundan uzaqlaşırdı, sonra, daha da uzaqlaşaraq, öz əsas məzmununu itirirdi və, nəhayət birdəfəlik müəyyən edilmiş formalarda donub qalırdı. Bu zaman onun insanların həyatına təsiri get gedə azalırdı.

Belə dövrlərdə təhsil almış azlıq, mövcud dini təlimə inanmayaraq, yalnız gözdən pərdə asmaq üçün özünün ona inandığını göstərir, çünki bunu xalq kütlələrini mövcud həyat quruluşunda saxlamaq üçün zəruri hesab edir; xalq kütlələri isə, baxmayaraq ki, adət üzrə birdəfəlik müəyyən edilmiş formalara riayət edirlər, öz həyatlarında artıq dinin tələblərinə deyil, yalnız xalq adət ənənələrinə və hökumət qanunlarına əməl edirlər.

Müxtəlif insan cəmiyyətlərində bu hal dəfələrlə baş verib. Lakin indi bizim xristian cəmiyyətində baş verən hal, heç zaman olmayıb. Heç zaman elə bir hal olmayıb ki, xalq kütlələrinə ən böyük təsirə malik olan dövlətli, hakim və daha savadlı azlıq nəinki mövcud dini təlimə inanmasın, hətta əmin olsun ki, müasir dövrdə artıq heç bir din lazım deyil və etiqad edilən dinin həqiqi din olduğuna şübhə edən insanlara nəinki mövcud dini təlimdən daha aydın və məntiqi dini təlimi öyrətməsin, əksinə, insanların beyninə yeritsin ki, din, ümumiyyətlə, öz dövrünü sürüb qurtarıb və, insan orqanizmində kor bağırsaq olduğu kimi, hal hazırda insan cəmiyyətinin həyatında nəinki faydasız, hətta zərərli bir üzvünə çevrilib. Din bu insanlar tərəfindən, bizə daxili təcrübə nəticəsində məlum olan bir hadisə kimi deyil, əksinə, bəzi insanların tutulduğu və bizim yalnız zahiri simptomları ilə tədqiq edə biləcəyimiz bir xəstəlik, xarici bir hadisə kimi öyrənilir.

Bu insanların bəziləri düşünürlər ki, din bütün təbiyət hadisələrini canlandırmaq nəticəsində yaranıb(animizm), digərlərinin fikrincə - vəfat etmiş əcdadlarla münasibət yaratmaq mümkünlüyünün təsəvvüründən yaranıb, qalanlarının fikrincə - təbiyət qüvvələri qarşısında qorxu və acizlikdən əmələ gəlib.

Bizim dövrün elm adamlarının düşüncələrinə görə, bir halda ki, ağac və daşların canlı ola bilmədiyini, vəfat etmiş əcdadların dirilər etdiklərini artıq hiss edə bilmədiklərini və təbiyət hadisələrinin təbii səbəblərlə izah edildiyini elm sübuta yetirib, dinə və dini inanclar nəticəsində insanların özlərinə qoyduqları bütün məhdudlaşdırma və qadağalara olan ehtiyac aradan qalxıb. Alimlərin fikrincə cahillik – dini – dövr olub. Bu dövrü bəşəriyyət artıq çoxdandır ki, yaşayıb keçib, nadir, atavizim əlamətləri qalıb. Sonra metafizik dövr olub, o da ötüb keçib. Indi isə biz, maariflənmiş insanlar, elm dövründə yaşayırıq, dini əvəz edən və bəşəriyyəti elə bir yüksək ingişaf səviyyəsinə aparan pozitiv elm dövründə ki, bu səviyyəyə o hurufat dini təlimlərə itaət etməklə heç zaman yüksələ bilməzdi.

Cari 1901 ci ilin əvvəlində tanınmış fransız alimi Berthelot nitq söylədi* və bu nitqdə o öz dinləyicilərinə dini dövrün ötüb keçməsinə və indi dinin elmlə əvəz olunmasının zəruriliyinə dair fikri elan etdi. Mən ona görə bu nitqi sitat gətirirəm ki, o birinci əlimə düşüb və elm dünyasının paytaxtında hamı tərəfindən qəbul olunmuş bir alim tərəfindən söylənilib, lakin bu fikir fəlsəfi traktatlardan tutmuş gəzet felyetonlarına qədər, hər yerdə və durmadan söylənilir. Cənab Berthelot bu nitqdə söyləyir ki, əvvəllər bəşəriyyəti hərəkətə gətirən iki qüvvə olub: güc və din. Indi isə bu hərəkətverici qüvvələr gərəksiz olublar, çünki onların yerini elm tutub. Elm deyəndə isə, cənab Berthelot, elmə inanan bütün insanlar kimi, yəqin ki, biri biri ilə həmahəng şəkildə bağlı olan və öz aralarında vaciblik dərəcəsinə görə bölüşdürülmüş, insan biliklərinin bütün sahəsini əhatə edən və elə bir üsullara malik olan elmi nəzərdə tutur ki, onun vasitəsi ilə əldə edilən bütün bilik və dəlillər şübhəsiz həqiqəti təşkil edirlər. Lakin əslində belə bir elm mövcud olmadığından və elm adlandırılan şey təsadüfi, biri biri ilə heç nə ilə bağlı olmayan və əksər hallarda təmamilə gərəksiz olan və nəinki şübhəsiz həqiqət olmayan, əksinə, başdan-başa, bu gün həqiqət kimi nümayiş edilən sabah isə təksib edilıən, ən kobut səhvlərdən ibarət biliklər toplusunu təşkil etdiyindən – aydın olur ki, cənab Berthelotun fikrincə, dini əvəz etməli olan obyekt özü mövcud deyil. Buna görə cənab Berthelotun və onunla həmfikir insanların dinin elmlə əvəz olunması haqda fikirləri təmamilə əsassızdır və heç nə ilə bəraət qazanılmayan təmamilə qüsursuz kilsəyə olan inama bənzəyən, qüsursuz elmə olan inama əsaslanır. Lakin bununla belə alim adlandırılan və hesab olunan insanlar təmamilə əmindirlər ki, dini əvəz etməli olan və edə biləcək belə bir elm artıq mövcuddur və hətta hal hazırda o artıq dinin yerini tutub.

“ Din dövrünü sürüb qurtarıbdır, elmdən başqa hər nəyə isə inanmaq cəhalətdir. Elm lazım olan hər şeyi yoluna qoyacaq(qaydasına salacaq) və həyatta yalnız elmi rəhbər tutmaq lazımdır”, alimlər özləri və elmdən çox uzaq olmaqlarına baxmayaraq alimlərə inanan, kütlədən olan bəzi insanlar bu cür düşünürlər və bunu deyirlər və alimlərlə birgə iddia edirlər ki, din köhnəlmiş hurufatdır və həyatda yalnız elmi rəhbər tutmaq lazımdır, yəni əslində heçnəyi, çünki elm öz məqsədinə görə - mövcud olan hər şeyin tədqiq edilməsi – insanların həyatında rəhbər yolu oynaya bilməz.




II
Bizim dövrün elm adamları belə bir qənaəti gəliblər ki, din artıq lazım deyil, elm onu əvəz edəcək, hətta artıq əvəz edib, halbuki nə əvvəl nə də indi, heç bir insan cəmiyyəti, heç bir insan cəmiyyəti, heç bir dərrakəli insan heç zaman dinsiz yaşamayıb və yaşaya bilməz (mən ona görə dərrakəli insan deyirəm ki, dərrakəsiz insan, heyvan kimi, dinsizdə yaşaya bilər). Dərrakəli insan isə ona görə dinsiz yaşaya bilməz ki, yalnız din dərrakəli insana nə etmək haqda və nəyi əvvəl nəyi isə sonra etmək haqda onun üçün zəruri olan bilik(руководство) verir. Dərrakəli insan məhz ona görə dinsiz yaşaya bilməz ki, dərrakə onun təbiətinin əsas xüsusiyyətini təşkil edir. Hər bir heyvan – öz istəklərini birbaşa razı salmaq ehtiyacına sövq edən hərəkətlərini nəzərə almasaq – öz hərəkətlərində onların ən yaxın nəticələrinə dair düşüncələrlə idarə olunur. Bu nəticələri ona xas olan dərk etmə vasitələri ilə anlayaraq, heyvan öz hərəkətlərini bu nəticələrlə uyğunlaşdırır və hər zaman tərəddüd etmədən eyni tərzdə bu anlama müvafiq hərəkət edir. Belə ki, məsələn, arı bal dalınca uçur və onu arı təknəsinə gətirir, çünki yığdığı bu qida qışda onun özü və balaları üçün lazım olacaq və o bu anlayışdan artıq heçnə bilmir və bilədə bilməz; eyni hərəkəti özü üçün yuva quran və şimaldan cənuba və geriyə uçan quşda edir. Eyni hərəkəti, birbaşa, indiki tələbatdan deyil, əksinə, gözlənilən nəticələrlə şertləndirilmiş bilqi və anlayışdan irəli gələn hərəkəti, hər bir heyvan edir. Lakin insan belə deyil. Insanla heyvanın fərqi ondadır ki, heyvanın anlama qabiliyyəti instinkt adlandırdığımız bacarıqla məhdudlanır, halbuki insanın əsas anlama qabiliyyəti dərrakədir. Qida yığan arının, gördüyü işin yaxşı yaxud pis əməl olduğuna dair heç bir şübhəsi ola bilməz. Insana gəldikdə isə, o biçilmiş taxılı yaxud məxsulu yığarkən, – qələcək üçün taxıl yaxud məhsul yetişməsini məhv edib etməməsi haqda və bu yığımla digər insanları qidasız qoyub qoymaması haqda düşünməyə bilməz. Yedizdirdiyi uşaqların gələcəyi və çoxlu sayda başqa məsələlər haqda da düşünməyə bilməz. Yaşamağa aid bir çox vacib həyat məsələləri, dərrakəli insan tərəfindən qəti olaraq həll edilə bilməzlər, çünki o bu məsələlərin çoxlu sayda nəticələri olduğunu görür. Hər bir dərrakəli insan bilməsədə hiss edir ki, həyata aid ən vacib məsələlərdə nə hisslərin şəxsi tələblərini nədə öz fəaliyyətinin ən yaxın nəticələrinə dair düşəncələri rəhbər tutmaq olmaz, çünki bu nəticələrin olduqca çoxlu sayda müxtəlifliyini və əksər halda ziddiyyətli olduğunu görür, yəni onun özü və başqaları üçün xeyirli olduğu kimi zərərli də ola biləcəyini görür. Belə bir rəvayət var ki, mələk yer üzünə mömin bir ailəyə enərək, beşikdə olan bir körpəni öldürür və ondan soruşanda ki: nə üçün o bunu etdi? – o başa salır ki, bu uşaq böyüyüb zalım bir olmalı və öz ailəsinə böyük bədbəxtliklər gətirməli idi. Lakin nəinki hansı insan həyatının faydalı, faydasız yaxud zərərli olmasına dair məsələlər – həyatın bütün vacib məsələləri dərrakəli insan tərəfindən, onların ən yaxın əlaqə və nəticələrini düşünərək, həll edilə bilməzlər. Dərrakəli insan heyvanların hərəkətini idarə edən anlamla, instinktlə məmnun ola bilməz. Insan özünü bu günün tələbləri ilə yaşayan heyvanlar arasında bir heyvan da hesab edə bilər, o özünü bir ailə üzvü, əsirlərlə yaşayan cəmiyyətin, xalqın bir üzvü də hesab edə bilər, o özünü əbədi yaşayan sonsuz aləmin bir hissəsi də hesab edə bilər və hətta hökmən hesab etməlidir (çünki buna onu qarşısı alınmaz bir şəkildə dərrakə sövq edir). Buna görə dərrakəli insan onun hərəkətlərinə təsir edə bilən sonsuz kiçik həyat hadisələrinə münasibətdə, riyaziyyatda inteqrallama adlanan şeyi(həlli) etməli idi və hər zaman edirdi, yəni ən yaxın həyat hadisələrindən başqa zaman və məkan baxımından sonsuz olan bütün aləmə, onu vahid bir tam kimi başa düşərək üöz münasibətini müəyyən etmək. Dərrakəli insan hər zaman özünü tamın bir hissəsi hiss edir və öz əməllərində onu rəhbər tuturdu. Tama qarşı olan münasibətin bu cür müəyyən edilməsi hər zaman din adlanırdı və adlanır. Buna görə din hər zaman özünü dərk etmiş insanın və özünü dərk etmiş bəşəriyyətin həyatının əsas, rəfedilməz şərti və zərurəy olub və indi də olmaya bilməz
III



Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə