Lev Tolstoy



Yüklə 186,99 Kb.
səhifə3/5
tarix20.01.2017
ölçüsü186,99 Kb.
#833
1   2   3   4   5

Bizim dövrün insanlarının nəinki həmin bu inamı yoxdur, onlar hətta bu inamın nə olduğunu anlamırlar, bilmirlər və inam deyəndə onalr, kilsə xristianlığı onları öyrətdiyi kimi, ya onlara inamın mahiyyəti kimi qələmə verilən sözlərin təkrarlanmasını, yaxud da arzuladıqları şeyi əldə etməyə kömək edən ayinlərin icrasını nəzərdə tuturlar.


VIII
Bizim dünyanın insanları təmamilə inamsız yaşayırlar. Insanların bir qismi – savadlı, zəngin azlıq, kilsə təlqinindən azad olaraq, heşnəyə inanmır, çünki hər bir inamı ya səfehlik, yaxud da yalnız kütlə üzərində hökmranlıq etmək üçün faydalı bir vasitə hesab edir. Yoxsul, savadsız böyük çoxluq isə, kiçik sayda həqiqətən inanan insanları istisna etməklə, gipnoz təsiri altında olaraq, düşünür ki, inam kimi ona təlqin edilən, lakin əslində insanın dünyadaki mövqeyinə nəinki aydınlıq gətirməyən, əksinə onu daha da qarışdıran və buna görə inam olmayan şeyə inanır. Elə bizim, xristian dünyası adlandırdığımız dünyanın həyatı, inamı olmayan, riyakar azlıqla hipnoz altında olan çoxluğun qarşılıqlı münasibətindən və bunun nəticəsində yaranmış vəziyyətdən ibarətdir. Istər hipnoz vasitələrini öz əllərində saxlayan azlığın, istərsədə hipnoza məruz qalan çoxluğun həyatı, hökmranlıq edənlərin amansızlığı və əxlaqsızlığı(na görə), böyük zəhmətkeş kütlələrin isə məzlumluğu və kütlüyünə görə dəhşət doğurur. Hər bir dinin, xüsusilə də xristian dininin əsas xüsusiyyəti olan – insan bərabərliyi, indiki dövrdə olduğu qədər heç bir vaxt, dini tənəzzülün heç bir mərhələsində bu qədər laqeydlik və unutqanlığa məruz qalmamışdır. Bizim dövrdə baş verən bir insanın başqa insana qarşı dəhşətli amansızlığının əsas səbəbini dinin yoxluğundan başqa, insanlardan onların əməllərinin nəticəsini gizlədən, həyatın incə mürəkkəbliyi təşkil edir. Atillalar, Çingiz-xanlar və onların adamları nə qədər amansız və qəddar olsalarda, onlar özləri şəxsən, üz-üzə insanları öldürəndə, qətl prosesi onlarda xoşagəlməz hisslər oyatmalı idi, ələxsus da qətliamın nəticələri – qohumların naləsi, meyitlər və s. Belə ki, amansızlığın nəticələri onu azaldırdılar. Müasir dövrdə isə, biz insanları elə bir mürəkkəb ötürmə yolu ilə məhv edirik ki və bizim amansızlığımızın nəticələri elə bir ustalıqla aradan götürülür və bizdən elə gizlidir ki, amansızlığın qarşısını alan heç bir təsir yoxdur və insanların bir-birinə qarşı amansızlığı getdikcə artır və bizim dövrdə heç vaxt görünməyən bir həddə çatıb.

Düşünürəm ki, əgər indiki zəmanədə nəinki hamı tərəfindən zalım kimi tanınan Neron, hətta ən adi iş adamı, zəngin xəstələrin çimməsi üçün savadlı həkimlərin göstərişi ilə insan qanından süni bir göl düzəltmək istəsə idi – o bu işi heç bir maneçilik olmadan təşkil edə bilərdi, bir şərtlə ki, o bunu qəbul edilmiş münasib formada edərdi, yəni insanların qanını onlara qarşı kobud şəkildə zor işlətməyərək alardı, yəni onları elə bir vəziyyətə salardı ki, onlar bunsuz yaşaya bilmsin və birdə ruhani və alimləri dəvət edərdi ki, birincilər yeni tikilmiş gölü təqdis etsinlər, necə ki onlar topları, tüfəngləri, həbsxanaları, dar ağaclarını təqdis edirdilər, ikincilər isə belə təsisatın zəruri və qanuni olmasına dair sübutları axtarıb tapsınlar, necə ki onlar müharibə və fahişəxanaların zəruriliyinə dair sübutlar axtarıb tapıblar. Hər bir dinin əsas prinsipi – insanların öz aralarında bərabərliyi prinsipi – etiqad edilən dinin cür bə cür ağlasığmaz ehkamlarının təsirindən o dərəcə unudulub, kənara qoyulub və ört-basdır edilib ki, elmdə isə həmin bu bərabərsizlik – daha bacarıqlının mövcud olma və yaşam uğrunda mübarizəsi adı altında (the fittest) – həyatın zəruri şərti kimi elə bir yekdilliklə qəbul edilib ki – hökmranlıq edən azlığın rahatlığı üçün millionlarla insan həyatının məhvi ən adi və zəruri həyat hadisəsi hesab edilir və daimə törədilir.

XIX əsrdə texnika əldə etdiyi parlaq, misli görünməyən, əzəmətli nailiyyətlər bizim dövrün insanlarında həddi-hüdudu olmayan fərəh hissi oyadıb.

Şübhə yoxdur ki, XIX əsrdə əldə edilən maddi müvəffəqiyyət, yəni təbiyət qüvvələrinə yiyələnmə, tarixdə heç zaman görünməyən həddə(səviyyəyə) catıb. Lakin ona da şübhə yoxdur ki, bizim xristian dünyası, gündən-günə heyvanlaşaraq, yaşadığı əxlaqsız, insanın heyvani meyllərinin qarşısını alan hər hansı bir qüvvədən azad həyat da tarixdə heç zaman olmayıb. XIX əsrdə insanlar əldə etdiyi maddi müvəffəqiyyət həqiqətən böyükdür, lakin bu müvəffəqiyyət bəşər tarixində hələ heç zaman, hətta Çingiz-xan, Atilla yaxud Neron dövründə görünməyən ən elementar əxlaq tələblərinə olan etinadsızlıq, laqeydlik nəticəsində əldə edilib və edilir.

Söz yox ki, zirehli gəmilər, dəmir uolları, kitab çapı, tunellər, fonoqraflar, rentgen şuaları və s. çox yaxşıdırlar. Bunlar hamısı çox gözəldir, lakin Ryoskinin dili ilə desək, insan həyatları da gözəldir, heçnə ilə müqayisə edilməz dərəcədə gözəl və bu həyatlar, nəinki dünyanı bəzəməyən, əksinə onu eybəcər edənzirehli gəmiləri, yolları, tunelləri əldə etmək üçün amansızcasına milyonlarla məhv edilirlər. Buna qarşı adətən deyirlər ki, artıq indi elə qurğular icad edilir və gələcəkdə icad ediləcək ki, onların sayəsində insan həyatları indi məhv edildiyi kimi məhv edilməyəcəklər – lakin bu həqiqət deyil, əgər bütün insanlar biri-birini qardaş gözündə görmürlərsə və insan həyatları ən müqəddəs şey sayılmırsa, elə bir şey ki, o nəinki məhv edilə bilməz, əksinə onun qorunması ən birinci, təxirəsalınmaz vəzifə hesab edilir – yəni əgər insanlar biri-birinə mömincəsinə münasibət bəsləmirlərsə, onlar həmişə öz şəxsi mənfəətləri üçün biri-birinin həyatını məhv edəcəklər. Heç bir axmaq, bilsə ki, yüz xərcləyərək və onun ixtiyarında olan bir neçə insan həyatını qurban verərək qarşısına qoyduğu məqsədə nail ola bilər, heç vaxt bu məqsədə çatmaq üçün minlər xərcləməyə razı olmaz. Çikaqoda hər il təxminən eyni sayda adam dəmir yollarının qurbanı olur. Lakin yol sahibləri təmamilə əsaslı surətdə elə bir qurğular inşa etmirlər ki, bu qurbanların qarşısını alsın, çünki hesablamalar göstərir ki, zərəl çəkmişlərə və onların ailələrinə xərclənən illik məbləğ, bu qurğuların inşaası üçün lazım olan məbləğin faizindən azdır.

Şübhəsiz ki, ola bilər ki, öz mənfəətləri üçün insan həyatlarını məhv edən insanları ictimayi rəylə utandırsınlar yaxud qurğu düzəltməyə məcbur etsinlər. Lakin əgər insanlar mömin deyillərsə və öz əməllərini Allah qarşısında deyil, insanlar qarşısında edirlərsə, onda insan həyatlarını qoruyan qurğuları bir yerdə inşa edərək, onlar başqa işdə yenə, asan qazanc əldə etmək üçün ən sərfəli material kimi, insan həyatlarından istifadə edəcəklər.

Insan həyatlarına rəhm edilməsə, təbiəti ram etmək və dəmir yolları, paraxodları, muzeyləri və s. düzəltmək asandır. Misir çarları öz ehramları ilə fəhr edirdilər, bizdə onlara heyran oluruq, lakin unuduruq ki, onların tikilişi zamanımilyonlarla qulun həyatı məhv edilmişdir. Həmçinin, biz sərgilərdə nümayiş edilən saraylarımızla, zirehli gəmilərlə, okean teleqrafları ilə öyünürük, lakin bütün bunlar nəyin bahasına başa gəldiyini unuduruq. Biz yalnız o zaman bunların hamısı ilə öyünə bilərdik ki, bunlar qulların deyil, azad insanların əməyinin nəticəsi olardı.

Xristian xalqları amerikan hindlilərini, hinduları, afrikalıları fəth və istila ediblər, indidə çinliləri fəth və istila edirlər və bununla fəhr edirlər. Lakin bu fəth və istilalar ona görə baş vermir ki, xristian xalqları ruhi cəhətdən istila edilən xalqlardan yüksəkdədirlər, əksinə bu ona görə baş verir ki, onlar ruhi cəhətdən müqayisə edilməz dərəcədə onlardan aşağıdadırlar. Hindu və çinliləri bir kənara qoysaq belə, hətta zuluslarında müəyyən əməlləri təyin edən digərlərini isə qadağan edən hər necə olsada müəyyən dini, məcburi qayda-qanunları var; bizim xristian xalqlarının isə heç nəyi yoxdur(heç bir qayda-qanunu yoxdur). Roma təmamilə dindən uzaqlaşandan sonra dünyanı fəth etdi. Eyni hall, lakin indiyə qədər görünməyən dərəcədə, indi xristian xalqları ilə də baş verir. Onlar hamısı eyni dinsizlik şəraitində yaşayırlar və buna görə, daxili çəkişmələrə baxmayaraq, hamısı federativ bir quldur dəstəsinə birləşiblər və bu dəstədə oğurluq, souğunçuluq, əxlaqsızlıq, ayrı-ayrı insanların öldürülməsi və kütlələrin məhv edilməsi – nəinki heç bir vicdan əzabı çəkilmədən, əksinə, bu günlərdə Çində baş verdiyi kimi, böyük özündənrazılıq hissi ilə törədilir. Bəziləri heçnəyə inanmırlar və bununla fəxr edirlər, digərləri öz mənfəətləri üçün, din pərdəsi altında, xalqa təlqin etdikləri şeyə yalandan inandıqlarını göstərirlər, qalanları isə - böyük əksəriyyət, bütün xalq – təsiri altında olduqları təlqini inam kimi qəbul edirlər və onlara hökmranlıq edən və heçnəyə inanmayan təlqinçilərin tələb etdikləri hər şeyə köləcəsinə tabe olurlar.

Təlqinçilər isə, həyatlarının boşluğunu nəiləsə doldurmağa calışan, bütün Neronlar tələb etdikləri şeyi – özlərinin ağlasığmaz, hər tərəfə şahələnən cah-cəlallarını təmin etməyi tələb edirlər. Cah-cəlal isə yalnız insanların əsarəti bahasına əldə edilir, əsarət olan yerdə isə, cah-cəlal artır; cah-cəlalın artması isə həmışə əsarətin artmasına gətirir, çünki yalnız ac, yoxsul, ehtiyac içərisində olan insanlar bütün ömrləri boyu yalnız onların ağalarının əylənməsi üçün lazım olan, onlara isə lazım olmayan işi görə bilərlər.
IX
Bıtiya kitabının VI fəslində d’rinm’nal; bir yer var. Orada Tövratın müəllifi yazır ki, Allah Nuh əyyəmindən əvvəl, – görəndə ki, ona xidmət etmək üçün insanlara verdiyi nəfəsi, onlar bütövlüklə öz cismlərinə xidmət etməyə istifadə ediblər – insanlara elə qəzəblənir ki, onları xəlq etməyinə peşman olur və insanları təmamilə məhv etməkdən əvvəl, onların həyatlarını 120 yaşa qədər qısaltmaq qərarına gəlir. Tövratda deyildiyi kimi, Allahın qəzəbinə və insan həyatlarının qısalmasına səbəb olan şey, indi bizim xristian dünyasının insanları ilə baş verib.

Dərrakə insanlara xas olan və onların dünyaya münasibətini müəyyən edən bir qüvvədir; və bütün insanların dünyaya münasibətieyni olduğundan bu münasibətin müəyyən edilməsi, yəni din, insanları birləşdirir. Insanların birləşməsi isə onlara mümkün olan ən böyük ruhi və cismani xoşbəxtlik gətirir.

Tam birlik – ən kamil, ən ali düşüncədə(dərrakədə) mümkündür, ona görə tam xoşbəxtlik bəşəriyyət can atdığı bir idealdır; lakin hər bir din, müəyyən cəmiyyəti təşkil edən insanların dünya nədir və onlar, bu dünyada yaşayan insanlar nədir sualına eyni cür cavab verərək – insanları öz aralarında birləşdirir və buna görə onları xoşbəxtliyə çatmağa yaxınlaşdırır. Lakin insan dərrakəsi ona xass olan fəaliyyətdən – yəni özünün Allaha münasibətini və bu münasibətə uyğun fəaliyyətini müəyyən etməkdən – uzaqlaşaraq, nəinki öz cisminə qulluq etməyə və nəinki digər insanlarla və başqa varlıqlarla amansız mübarizəyə yönələndə, hətta insan xüsusiyyətlərinə və vəzifəsinə zidd olan özünün bu yaramaz həyatına haqq qazandırmağa yönələndə, o zaman hal hazırda insanların böyük əksəriyyətinə iztirab verən dəhşətli bədbəxtliklər baş verir və elə bir vəziyyət yaranır ki, mənalı və xeyirhaqq həyata qayıdışı, demək olar ki, təsəvvür etmək mümkün olmur. Öz aralarında ənkobud dini təlimlə birləşmiş bütpərəstlər həqiqətin dərkinə bizim dövrün yalançı xristian xalqlarındandaha yaxındırlar, çünki xristian xalqları təmamilə dinsiz yaşayırlar və onalrın ən öndə gedən adamları əmindirlər və başqalarını inandırmağa çalışırlar ki, din lazım deyil və təmamilə dinsiz yaşamaq daha yaxşıdır.

Bütpərəstlər arasında elə insanlar tapıla bilər ki, öz inanclarının artmış bilikləri və dərrakələrinin tələbləri ilə uyğun gəlmədiyini anlayıb, xalqlarının ruhi vəziyyətinə(durumuna) daha münasib elə bir dini təlim düşünsünlər yaxud mənimsəsinlər ki, bu təlimi onların həmvətənliləri və din qardaşları da qəbul etsinlər. Lakin bizim dünyanın insanları, bir hissəsi, dinə, insanlar üzərində hökmranlıq etmək vasitəsi kimi bazdıqları üçün, digərləri dini mənasız bir şey hesab etdikləri üçün və qalanları – böyük əksəriyyət, bütün xalq – kobud yalanın təlqini altında olaraq, həqiqi dinə sahib olduqlarını zənn etdikləri üçün – irəliləmək və həqiqətə yaxınlaşmaq imkanından təmamilə məhrumdurlar.

Maddi, cismani həyat üçün yararlı olan yenilikləri ilə və nəinki özlərinin haqlı olduqlarını, hətta bütün bəşər tarixində yaşamış bütün xalqlar üzərində öz üstünlüklərini sübut etmək məqsədini güdən, özlərinin incə, mənasız əllamələri ilə fəxr edərək – onlar özlərinin əxlaqsızlıqları və cəhalətləri içərisində boğulurlar və bununla belə təmamilə əmindirlər ki, bəşəriyyət hələ indiyə qədər heç zaman yüksəlmədiyi bir zirvədədirlər və cəhalət və əxlaqsızlıq yolunda atdıqları hər addım onları maarif və tərəqqinin daha yüksək zirvəsinə qaldırır.
X
İnsana öz cismani – fiziki və əqli – rihi fəaliyyəti aralarında uyğunluq yaratmaq xüsusiyyəti xassdır. Insan bu və ya digər şəkildə bu uyğunluğu yaratmayana qədər arxayın ola bilməz. Lakin bu uyğunluq iki yolla, iki üsulla müəyyən edilir. Biri – odur ki, insan öz ağılı, dərrakəsi ilə müəyyən hərəkətin yaxud hərəkətlərin vacibliyini yaxud faydalığını müəyyən edir və artıq bundan sonra ona izah yaxud bəhanə düşünür.

Birinci üsul, yəni hərəkətlərin dərrakəyə uyğun edilməsi, hər hansı bir dinə etiqad edən və onun müddəaları əsasında hansı hərəkətin yaxşı yaxud pis olduğunu müəyyən edən insanlara xassdır. Ikinci üsul isə əsasən dinsiz, öz hərəkətlərinin dəyərini müəyyən etmək üçün ümumi əsasa, anlayışa malik olmayan insanlara xassdır. Bu insanlar hər zaman öz dərrakələri ilə hərəkətləri arasındakı uyğunluğu, hərəkətlərini dərrakələrinə tabe etməklə deyil, əksinə, hisslərinin təsiri altında hərəkət edərək, bundan sonra dərrakələrini öz hərəkətlərinə haqq qazandırmağa istifadə etməklə onlar arasında bu uyğunluğu yaradırlar.

Dindar insan, özünün və başqa insanların fəaliyyətində nəyin yaxşı yaxud pis olduğunu və nə üçün bir şeyin yaxşı digərinin isə pis olduğunu bilərək, öz dərrakəsinin tələbləri ilə özünün və başqa insanların əməlləri arasında ziddiyyət gördükdə, ağıl və dərrakəsinin bütün gücünü bu ziddiyyətləri həll etmək yolunu axtarıb tapmağa sərf edir, yəni öz hərəkətlərini dərrakəsinin tələbləri ilə uyğunlaşdırmağa, ən münasib yolla uyğunlaşdırmağa, çalışır(yəni çalışır ki, öz hərəkətlərini ən münasib yolla dərrakəsinin tələbləri ilə uyğunlaşdırsın). Dinsiz insan isə, öz hərəkətlərinin dəyərini, onların xoşluğundan asılı olmayaraq, müəyyən etmək biliyinə malik olmadığından, ən müxtəlif və əksər hallarda ziddiyyətli hisslərinin təsiri ilə hərəkət edir və özüdə istəmədən təzadlarla qarşılaşır; təzadlarla qarşılaşdıqda isə, onları bir qədər mürəkkəb və dərin fikirli, lakin hər zaman yalançı düşüncələrlə həll etməyə yaxud gizlətməyə çalışır. Ona görə dindar insanların düşüncələri hər zaman sadə, müxtəsər və düzgün olduğu halda, dinsiz insanların əqli fəaliyyəti olduqca incə, mürəkkəb və yalançı olur.

Ən adi bir misalı götürüm. Bir insan əxlaqsız həyat yaşayır, yəni ismətsizdir, həyat yoldaşına xəyanət edir yaxud evlənməyərək, əxlaqsızlıq edir. Əgər o dindardırsa onda bilir ki, bu pisdir və onun dərrakəsinin bütün fəaliyyəti bu əxlaqsızlıqdan qurtulmaq yolunu müəyyən etməyə yönələcək: əxlaqsız kişi və qadınlarla ünsiyyətdə olmamaq, əməyi artırmaq, öz həyatını ciddiləşdirmək, qadınlara şəhvət obyekti kimi baxmağa özünə icazə verməmək və s. bunlar hamısı olduqca asandır və hamıya atdındır. Lakin əgər əxlaqsız insan dindar deyilsə, o dərhal qadınları sevməyə haqq qazandıran bir çox izahlar tapacaq. Bu zaman ruhların qovuşması, gözəllik, sevgi azadlığı və s. haqda hər cür ən mürəkkəb və məharətli, incə mülahizələr başlanılır və uzandıqca əsas məsələni qarışdırır və lazım olan şeyi kölgədə qoyur.

Eyni şey dinsiz insanlar üçün fəaliyyət və düşüncənin bütün sahələrində baş verir. Daxili ziddiyyətləri gizlətmək üçün mürəkkəb, incə mülahizələr düşünülür və yığılır və insan, ağlını hər cür lazımsız cəfəngiyatla dolduraraq insanların diqqətini vacib və əhəmiyyətli şeylərdən yayındırır və bununla bizim dünyanın insanlarına, özləridə görmədən və hiss etmədən, yaşadıqları yalan içində boğulmaq üçün zəmin yaradır.

“İnsanlar qaranlığı işıqdan çox sevdilər, ona görə ki, onların əməlləri pis idi.” Çünki pislik edən hər bir kəs işığa nifrət edir və ona doğru getmir ki, əməlləri aşkara çıxarılmasın, çünki onlar pisdirlər.” Bu sözlər Yevangeliyada deyilib.

Buna görə bizim dünyanın insanları, dinin olmaması nəticəsində, özlərinə ən amansız, heyvani, əxlaqsız həyat quraraq, bu həyatın amansızlığını gizlədən ağlın mürəkkəb, incə, mənasız fəaliyyətini elə bir lazımsız mürəkkəbləşdirmə və dolaşıqlıq dərəcəsinə çatdırıblar ki, insanların əksəriyyəti yaxşı və pis, həqiqət və yalan arasında fərqi görmək qabiliyyətini təmamilə itirib.

Bizim dünyanın insanları üçün elə bir məsələ yoxdur ki, onlar ona düz və sadə yanaşa bilsinlər: bütün məsələlər – iqtisadi, dövlətdaxili və xarici, siyasi, diplomatik, elmi, hələ fəlsəfi və dini məsələləri demirəm, süni olaraq elə yanlış qoyulublar ki və buna görə elə bir mürəkkəb lazımsız düşüncələrlə, anlayışların incə təhrifləri ilə və sözlərlə, sofizmlərlə, mübahisələrlə elə bir qalın qaranlığa qərq olublar ki, bu məsələlərə dair bütün düşüncələr, heçnəyə toxunmayaraq bir yerdə fırlanırlar və ötürücü qayışı olmayan təkər kimi qarşılarına qoyduqları yeganə məqsəddən başqa, yəni icində yaşadıqları və özləri törətdikləri pisliyi, zülmü özü özlərindən və başqa insanlardan gizlətməkdən başqa, heç bir nəticəyə gətirmirlər.


XI
Bizim dövrün elm adlanan elminin bütün sahələrində - biliyin bütün əməyini boşa çıxardan, ümumi bir xüsusiyyət var. Bu xüsusiyyət ondan ibarətdir ki, müasir elmin bütün araşdırmaları ən əhəmiyyətli, həlli vacib olan məsələdən yan keşərək, ikincidərəcəli məsələləri araşdırırlar. Bu araşdırmalar isə nəinki heç bir nəticəyə gətirmirlər, əksinə uzandıqca, daha da dolaşırlar. Əslində bu heç başqa cür olada bilməz, çünki müasir elm öz tətqiqat obyektlərini nəyin əvvəl nəyin isə sonra və nəyin və nə məqsədlə öyrənilməsinin vacib olduğunu müəyyən edən dini dünya görüşünün tələblərinə əsasən deyil, təsadüf nəticəsində seçir. Məsələn, indi dəbdə olan sosiologiya yaxud siyasi iqtisadiyyat elmlərində düşünmək olar ki, yalnız bir sual var: nəyə görə və nə üçün insanların bir qismi hecnə etmir, başqaları isə onlara işləyir? (Əgər başqa sual varsa, yəni nə üçün insanlar. Biri-birinə mane olaraq, ayrı-ayrılıqda işləyirlər, halbuki bir yerdə, birgə işləmək daha sərfəlidir, belə sual varsa, onda o birinci sualın tərkibindədir. Bərabərsizlik olmasa, mübarizədə olmaz.). Düşünmək olar ki, yalnız bu sual mövcuddur, lakin müasir elm bu sualı qoymağa və ona cavab verməyə heç düşünmürdə, əksinə öz düşüncələrini uzaqdan başlayır və onları elə bir səpkidə aparır ki, onların nəticələri heç bir halda əsas məsələni nə həll edə bilməz, nədə ki bu həllə kömək edə bilməz. Əvvəllər mövcud olmuş və indi mövcud olanlar haqda düşüncələr başlanır və bu mövcud olmuş və mövcud olanlar göy cismlərin hərəkəti qədər, dəyişilməz bir şey kimi müzakirə edilir, dəyər, kapital, gəlir, faiz kimi mücərrəd anlayışlar uydurulur və öz aralarında mübarizə edən insanların artıq yüz il davam edən mürəkkəb ağıl oyunu meydana çıxır. Əslində isə məsələnin həlli çox asan və sadədir.

Məsələnin həlli ondadır ki, bütün insanlar biri-biri ilə qardaş olduqları üçün və öz aralarında bərabər olduqları üçün, hər bir kəs özünə qarşı arzuladığı münasibəti başqalarına qarşı göstərməlidir və buna görə bütün məsələ yalançı dini qanunun ləğvində və həqiqi qanunun qaytarılmasındadır. Lakin xristian dünyasının qabaqcıl adamları nəinki bu həlli qəbul etmirlər, əksinə, belə həllin mümkünlüyünü insanlardan gizlətməyə çalışırlar və bunun üçün elm adlandırdıqları mənasız üqəlalığaqapılırlar(üz tuturlar).

Eyni hall hüquq sahəsində də baş verir. Düşünmək olar ki, yalnız bir vacib məsələ var – nəyə görə başqa insanlara qarşı zorakılıq etməyi, onları talan etməyi, qapamağı, özdürməyi, müharibəyə göndərməyi və çoxlu sayda başqa zorakılıqları etməyi özlərinə rəva görən insanlar var. Bu sualın həlli olduqca sadədir, əgər ona yeganə, dini suala uyğun nöqteyi nəzərdən yanaşsaq. Dini nöqteyi nəzərdən insan başqa insanlara qarşı zorakılıq edə bilməz və etməməlidir və buna görə bu məsələnin həlli üçün bir şey lazımdır: zorakılığa icazə verən bütün sofizm və hurufatları yox etmək və zorakılığın mümkünlüyünü istisna edən dini əsasları insanlara aydın şəkildətəlqin etmək.

Lakin bizim dövrün qabaqcıl adamları nəinki bunu etmirlər, əksinə ağıllarının bütün bacarığını bu həllin mümkünlüyünü və vacibliyini insanlardan gizlətməyə sərf edirlər. Onlar müxtəlif hüquqlar haqda – vətandaş, cinayət, siyasi, kilsə, maliyə və s. hüquqlar haqda – çoxlu sayda kitablar yazırlar, bu mövzulara dair şərhlər verir və mübahisələr edirlər və təmamilə əmindirlər ki, nəinki faydalı, hətta çox vacib iş görürlər. O ki qaldı əsas suala, yəni nəyə görə insanlar, əslində bərabər olduqları halda, bir qismi başqalarını mühakimə edə bilər, zor, talan, öldürə bilər sualına – nəinki cavab vermirlər, hətta bu sualın mövcud olduğunui qəbul etmirlər. Onların təlimlərinə görə bütün bu zorakılıqları insdanlar yox, dövlət adlanan nə isə mücərrəd bir şey edir.

Eyni ilə, müasir dövrün elm adamları biliyin bütün sahələrində mühüm məsələlərdən yan keçirlər, onlara toxunmurlar və daxili ziddiyyətləri ört basdır edirlər. Tarixi biliklərdə bir mühüm sual mövcuddur: zəhmətkeş xalq, yəni bəşəriyyətin 999/1000 necə yaşayıb? Busuala cavaba bənzər heçnə yoxdur, bu sual heş mövcudda deyil və əvəzinə bir cərəyanın tarixçiləri XIci Lyudovikin qarnının necə ağrıması (haqda), ingiltərəli Yelizavetanın və IVcü İoanın rəzalətli əməlləri, nazirlərin kim olması haqda və bu kralların və onların məşuqələrinin və nazirlərin əylənmələri üçün ədəbiyyatçılar hansı şeyirlər və komediyalar yazdıqları haqda çoxlu sayda kitablar yazılır. Digər cərəyanın tarixçiləri isə xalqlar yaşadıqları ərazi, onların nə ilə qidalanmaları və nə ilə ticarət etmələri, necə geyinmələri, ümumiyyətlə, xalqın həyatına təsir edə bilməyən və onun dininin nəticəsi olan bütün şeylər haqda yazırlar. Xalqın dinini isə onlar onun istifadə etdiyi qida və geyiminin nəticəsi kimi qiymətləndirirlər.

Halbu ki, zəhmətkeş xalqın qədimdə necə yaşaması haqda suala cavabı yalnız dinin xalq həyatının zəruri şərti kimi qəbul edilməsi verə bilər və buna görə cavab – xalqlar etiqad etdikləri və onları olduqları vəziyyətə gətirən bu dinlərin öyrənilməsindədir.

Düşünmək olar ki, təbiyət tarixinə aid biliklərdə insanların sağlam düşüncəsini qarışdırmağa elə də ehtiyac yox idi; lakin burada da müasir elm adət etdiyidüşüncə tərzi nəticəsində canlı varlıqların, bitkilərin və heyvanların dünyası nədir və necə bölünür sualına ən təbii cavablar əvəzinə – əsasən, İncildə yer almış dünyanın yaranma tarixinə qarşı yönəlmiş, orqanizmlərin yaranmasına dair mənasız, dumanlı və təmamilə faydasız boşboğazlıq edilir ona baxmayaraq ki, bu heç kimə lazım deyil və bunu heç bilməkdə mümkün deyil, çünki bu yaranma, biz onu özümüzə necə izah ediriksə edək hər zaman bizim üçün sonsuz olan zaman vəməkanda gizlənəcək. Bu mövzulara aid milyonlarla kitablardan ibarət nəzəriyyələr və etirazlar və nəzəriyyələrə əlavələr düşünülüb tapılıb və bütün bunlardan bir gözlənilməz nəticə çıxarılıb: mövcud olmaq uğrunda mübarizə - həyatın qanunudur və insan bu qanuna tabe olmalıdır.

Buda azmış, texnologiya, tibb elmi kimi tətbiqi elmlərdə yol göstərən(rəhbər vəzifəsi daşıyan) dini əsaslar olmadığından öz məntiqi, səmərəli vəzifələrindən istəmədən yayınaraq səhv istiqamətlər alırlar. Belə ki, bütün texnologiya xalqın əməyini asanlaşdırmağa deyil, bütövlüklə dövlətli siniflərə lazım olan və varlıları yoxsullardan, ağaları qullardan daha da ayıran təkmilləşdirmələrə yönəlib. əgər ixtiralar və təkmilləşdirmələrdən əldə edilən faydaların bir qismi, onların zərrəcikləri xalq kütlələrinə çatırlarsa, bu heç cür ona görə baş vermir ki, onlar qabaqcadan xalq üçün nəzərdə tutulublar bu yalnız ona görə baş verir ki, onlar öz xüsusiyyətlərinə görə xalqdan gizlədilə bilməzlər.

Eyni hall tibb elmilə də baş verir, çünki tutduğu yanlış istiqamət nəticəsində o elə bir hala gəlib ki, onun nailiyyətlərindən yalnız varlı siniflərin nümayəndələri bəhrələnə bilər; xalq kütlələri isə, öz həyat tərzləri və yoxsulluqlarına görə və yoxsul təbəqənin həyatının yaxşılışdırılmasına dair əsas məsələlərə olan biganəlik və etinadsızlığa görə, tibb elminin köməyindən elə miqyasda və elə şəraitdə istifadə edirlər ki, bu yardım tibb elminin öz vəzifəsindən nə qədər yayındığını yalnız daha aydın şəkildə nümayiş edir.


Yüklə 186,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin