Lev Tolstoy



Yüklə 186,99 Kb.
səhifə5/5
tarix20.01.2017
ölçüsü186,99 Kb.
#833
1   2   3   4   5

İnsan həyatının qanunu belədir ki, onun yaxşılaşdırılması, istər ayrı bir insan üçün, istərsə də insan cəmiyyəti üçün, yalnız daxili, mənəvi mükəmməlləşmə nəticəsində mümkündür. Insanların öz həyatlarını biri birinə xarici zor işlədərək yaxşılaşdırmaq cəhdləri isə, ədavətin ən bariz nümunəsi və təbliğidir və buna görə bu cür əməllər nəinki həyatı yaxşılaşdırmırlar, əksinə ədavəti daha da artırırlar və o, qar topası kimi getdikcə böyüyür və insanları öz həyatlarını həqiqətən yaxşılaşdırmaq üçün mövcud olan yeganə imkandan daha da uzaqlaşdırır.

Nizam-intizam və əxlaq keşiyində duran insanlar tərəfindən qanun adı altında törədilən və ədavət şəkli almış zor və cinayətlər artdıqca və qəddarlaşdıqca və gün bə gün artan və din kimi qələmə verilən yalanın təlqini ilə bəraət qazandıqca, insanlar belə bir fikirdə daha da möhkəmləşirlər ki, onların həyatlarının qanunu məhəbbət və biri birinə xidmət deyil, əksinə, mübarizə və biri birini məhv etmək və qanını içməkdir.

Buna görə, nə qədər insanlar onları heyvan səviyyəsinə emdirən bu fikirdə möhkəmləşirlərsə, o qədərdə düşdükləri gipnoz halından ayılmaq və bizim dövrün həqiqi, büyün bəşəriyyətə ümumi olan dinini həyatlarının əsası kimi qəbul etmək çətin olur.

Çıxılmaz bir vəziyyət alınır: dinsizlik, zorakılıq üzərində qurulan heyvani həyat törədir; zorakılıq üzərində qurulan heyvani həyat isə, gipnozdan azad olmağı və həqiqi dini mənimsəməyi gün bə gün çətinləşdirir və mümkünsüz edir. Nəticədə, insanlar bizim dövrdə ən təbii, mümkün və zəruri olan şeyi, yəni din bənzərinin yalanını ifşa edərək həqiqi dini mənimsəmir və təbliq etmirlər.

XVI
Bu çıxılmaz vəziyyətdən çıxış mümkündürmü, və əgər mümkündürsə, onda o nədədir?

Əvvəlcə elə gəlir ki, insanları bu çıxılmaz vəziyyətdən, xalqın rifahı üçün onun həyatını idarə etmək vəzifəsini öz üzərinə götürmüş hökumət dairələri çıxartmalıdır.

Zorakılıq üzərində qurulmuş həyat quruluşunu, mənalı və qarşılıqlı xidmət və məhəbbət üzərində qurulmuş həyat quruluşu ilə əvəz etməyi cəhd edən insanlar hər zaman belə düşünüblər. Xristian reformatorları da, avropa kommunizminin müxtəlif nəzəriyyələrinin baniləri də bu cür düşünüblər, məşhur çin reformatoru Mi-Ti də belə düşünürdü və xalqın rifahı üçün, uşaqları məktəbdə hərbi elmə və hərbi təlimə deyil, əksinə, uşaqları və böyükləri hörmət və məhəbbət qaydalarına öyrətməyi və böyükləri hərbi qəhramanlıqlara görə deyil, əksinə, məhəbbət qəhramanlıqlarına görə mükafatlandırmağı hökumətə təklif edirdi. əvvəllər və indi tanıdığım xalqın içindən çıxmış bir çox rus din reformatorları da – Syutayevdən başlayaraq və, yalançı dini ləğv etmək və həqiqi xristianlığı təbliğ etmək əmrini verməyə xahiş edərək, padşaha artıq 5 dəfə ərizə göndərmiş bir qoca ilə qurtararaq – belə düşünürdülər və düşünürlər.

Təbii ki, insanlara elə gəlir ki, xalqın rifahının qayğısına qalmaqla özlərin müvcud olmalarına haqq qazandıran hakimiyyətdə olan insanlar bu rifahın mühkəmləndirilməsi üçün, heç bir halda xalq üçün ziyanlı ola bilməyən, əksinə, yalnız ən xeyirli nətiçələrə gətirə bilən bu yeganə vasitədən istifadə etməyi arzulamalıdırlar. Lakin hakimiyyətdə olan insanlar nəinki heç vaxt və heç zaman bu vəzifəni öz üzərililərinə götürmürdülər, əksinə, hər zaman və hər yerdə mövcud olan yanlış, dövrünü sürmüş və mənasını itirmiş dini təlimi çox böyük çalışqanlıqla müdafiyə edir, xalqa həqiqi dinin əsaslarını çatdırmağa cəhd edənləri(edən insanları) isə, bütün vasitələrlə sıxışdırırdılar. Əslində bu başqa cür heç olada bilməz: hakimiyyətdə olan insanlara mövcud dinin yalalını ifşa etmək(aşkara çıxartmaq) və həqiqi dini təbliq etmək, insanın, üstündə oturduğu budağı kəsməyə bənzəyir.

Lakin əgər bunu hakimiyyətdə olan insanlar etmirlərsə, onda, tam yəqinliklə düşünmək olar ki, bunu, yalançı dinin yalanından azad olaraq, özləri dediyi kimi, onları tərbiyyə etmiş xalqa xidmət etməyi arzulayan, elm adamları etməlidirlər. Lakin bu nsanlarda, elə hakimiyyətdə olan insanlar kimi, bunu etmirlər: birincisi ona görə ki, onlar, hakimiyyət tərəfindən müdafiyə olunan və onların fikrincə gün bə gün məhvə doğru gedən yalanın ifşa edilməsinə görə özlərini hakimiyyət tərəfindən xoşagölməz vəziyyətə və təqib olunmaq təhlükəsinə uğratmağı faydasız hesab edirlər, ikincisi isə, ona görə ki, hər bir dini ömrünü sürmüş bir səhv, yalan hesab edərək, bu yalanı məhv etdikləri halda, onun əvəzinə xalqa təklif etməyə heçnələri yoxdur.

Nəhayət, kilsə və hakimiyyət yalanının gipnozu təsirində olan və buna görə onlara təlqin edilmiş bu din bənzərini yeganə, həqiqi din olduğunu və başqa heç bir dinin mövcud olmadığını və ola bilməyəcəyini hesab edən, böyük, savadsız insan kütlələri qalır. Bu insan kütlələri daimi güclü gipnoz təsiri altındad olduqlarından, nəsil bə nəsil, ruhanilər və hakimiyyət onları saxladığı bu küt vəziyyətdə doğulur, yaşayır və ölürlər və əgər bu vəziyyətdən azad olurlarsa belə, o zaman mütləq dini inkar edən alimlər məktəbinə keçirlər və belə halda onların da təsiri, ustadlarının təsiri kimi, faydasız və ziyanlı olur.

Belə ki, bəzilərinə bu ziyan gətirir, digərləri isə bunu etməyə qadir deyillər.
XVII
Ilk baxışdan elə gəlir ki, bu vəziyyətdən heç bir çıxış yoxdur.

Həqiqətəndə, mömin olmayan insanlar üçün bu vəziyyətdən heç bir çıxış yoxdur və ola da bilməz: yuxarı, hakim siniflərə mənsub insanlar, özlərini xalq kütlələrinin qayğısına qaldıqlarını yalandan göstərsələrdə, xalq kütlələri məruz qaldığı kütlük və əsarətə hüç vaxt ciddi şəkildə son qoymazlar (dünyəvi məqsədləri rəhbər tutaraq, onlar bunu heç edə də bilməzlər), çünki xalqın kütlüyü və əsarət altında yaşamağı onlara xalqa hökmranlıq etməyə imkan verir. Eynilə, əsarət altında olan insanlar da, (həmçinin), dünyəvi məqsədləri rəhbər tutaraq, yalançı dini təlimin ifşa edilməsi və həqiqi təlimin təbliğ edilməsi uğrunda yuxarı siniflərlə mübarizə apararaq, özlərinin onsuzda ağır vəziyyətlərini ağırlaşdırmaq istəməzlər.

Nə birincilərə, nədə ikincilərə bunu etməyə heç bir ehtiyac yoxdur və əgər onlar ağıllı insanlardırsa – onlar bunu heç vaxt etməzlər.

Lakin mömin insanlar üçün bu belə deyil. Onlar, cəmiyyət nə qədər əxlaqsız olursa olsun, öz həyatları ilə dinin müqəddəs alovunu hər zaman qoruyub yaşadırlar, o alovu ki, onsuz bəşəriyyətin həyatı mövcud ola bilməzdi. Elə dövrlər olur ki(bizim dövr onlardandır), bu insanlar görünmürlər və hamı tərəfindən nifrət olunaraq və alçaldılaraq, bizdəki kimi, öz həyatlarını xəbər-ətərsiz – sürgündə, həbsxanalarda, cəza batalyonlarında keçırırlər; lakin onlar mövcuddurlar və bəşəriyyətin mənalı həyatı onların sayəsində mümkündür. Yalnız bu mömin insanlar, nə qədər az olsalarda, insanları zəncirləyən bu tilsimi qıra bilərlər və qıracaqlar. Bu insanlar bunu etməyə qadirdirlər, çünki dünyəvi insana mövcud həyat quruluşuna garşı getməyə mane olan bütün ziyan və təhlükələr, nəinki mümin insan üçün mövcud deyillər, əksinə, yalanla mübarizədə və ilahi həqiqət hesab etdiyi həqiqətə sözlə və əməllə etiqad etməkdə onun əzmini gücləndirirlər. Əgər o hakim siniflərə mənsubdursa, o nəinki öz mənfəəti və imtiyazlarına görə həqiqəti gizlətmək istəməyəcək, əksinə, bu mənfəət və imtiyazlara nifrət edərək, qəlbinin bütün gücünü bu imtiyazlardan azad olmağa və həqiqəti təbliğ etməyə sərf edəcək, çünki onun həyatda Allaha xidmət etməkdən başqa məqsədi olmayacaq. Yox əgər o əsarət altına alınmış insanların sinfinə mənsubdursa, onda belə insanın eynilə onun vəziyyətində olan insanlara ümumi olan öz cismani həyat şəraitini yaxşılaşdırmaq arzusundan imtina edərək, yalanı ifşa etməklə və həqiqəti təbliğ etməklə Allahın iradəsini yerinə yetirmək məqsədindən başqa məqsədi olmayacaq və heç bir əzab-əziyyətlər, iztirablar və təhlükələr onu artıq həyatının yeganə mənası kimi qəbul etdiyi mənaya zidd yaşamağa məcbur edə bilməzlər. Mömin insan hər iki halda təbii olaraq bu cür hərəkət edəcək, necə ki dünyəvi insan məhrumiyyətlərə sinə gələrək var-dövlət əldə etməyə yaxud ona xeyir verə biləcək hökm sahibini razı salmağa calışır. Hər bir mömin insan bu cür hərəkət edir, çünki dini həqiqətlə maariflənmiş can, dinsiz insanlar kimi, tək bu dünyanın həyatı ilə deyil, əbədi, sonsuz həyatla yaşayır və tarla əkən kədli üçün əllərinin qabarları və bədən üzvlərinin yorğunluğu əhəmiyyətsiz olduğu kimi, belə həyat sürən insan üçün də həyat iztirabları və hətta ölümün özü əhəmiyyətsiz bir şeyə çevrilir.



Həmin bu insanlar, bəşəriyyət indi düşdüyü bu tilsimi qıracaqlar. Belə insanlar nə qədər az olsalar da, onların ictimayi mövqeləri nə qədər aşağı olsa da, onlar savad yahud ağıl cəhətdən nə qədər zəif olsalarda alov susuz düzü yandırdığı kimi, bu insanlarda bütün dünyanı yandıracaqlar və uzun sürən dinsiz həyat nəticəsində susamış və yeniləşmə həsrətində olan bütün insan qəlblərini alovlandıracaqlar. Din guya nə vaxtsa baş vermiş fövqəl-təbii hadisələrə və müəyyən dua və ayinlərin zəruriliyinə həmişəlik təsbit edilmişinam deyil; o, həmçinin, alimlər düşündüyü kimi, bizim dövrdə mənasını itirmiş və həyata tədbiq edilə bilməyən, qədim cəhalət hurufatlarının qalıqları da deyil; din – məntiq, dərrakə və müasir biliklərə uyğun olan, insanın əbədi həyata və Allaha münasibətinin qurulmasıdır və yalnız o bəşəriyyəti irəli, ona təyin edilmiş məqsədə aparır.

Müdrük yahudi kəlamı deyir: “İnsan ruhu Tanrı çırağıdır.” İnsan, o vaxta qədər ki, onun qəlbində Tanrı işığı yanmır zəif, bədbəxt bir heyvandır. Lakin bu işıq yandıqda (o isə yalnız din həqiqətləri ilə maariflənmiş qəlbdə yanır), insan dünyanın ən qüdrətli varlığına çevrilir. Bu heç başqa çür olada bilməz, çünki bu zaman onun daxilində artıq onun deyil, Tanrı gücü fəaliyyət göstərir.
Yüklə 186,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin