Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 200,49 Kb.
səhifə2/9
tarix05.01.2022
ölçüsü200,49 Kb.
#111882
1   2   3   4   5   6   7   8   9
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2019-cu il.

-4-

Leyla Bədirbəyli öz gözəlliyi, mərdliyi, sədaqəti və əməksevərliyi ilə səciyyələnən Azərbaycan qadınının canlı təcəssümü kimi kino tariximizdə silinməz izlər qoymuşdur.



Ulu öndər Heydər Əliyev

Giriş

XX əsr Azərbaycanda aktyorluq sənətinin intibah dövrü kimi yaddaşlarda qalıb. Milli teatr sənətimizin inkişafı aktyorluq məktəbinin formalaşmasına da güclü təsir göstərib. Bu gün həmin sənəti yaradan və yaşadan insanları hörmətlə yad edirik. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Hökümə Qurbanova, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və adını çəkmədiyimiz onlarla sənətkar təkcə teatrımızın deyil, kino sənətimizin də inkişafında mühüm xidmətlər göstəriblər. Ötən əsrin 30-cu illərindən sənətə gələn və ömrünün 60 ildən çoxunu teatr və kinomuzun tərəqqisinə həsr edən Leyla Bədirbəylinin də sənət salnaməmizdə öz yeri, öz mövqeyi var. Bir məqamı xüsusilə qeyd edək ki, Leyla xanım sənətə elə bir vaxtda gəlmişdir ki, o illərdə qadınlarn bu sənətə yiyələnməsi o qədər də rəğbətlə qarşılanmırdı. Amma sənətə vurğunluğu onu bu yoldan ayrılmağa qoymur, çətin və şərəfli yolda böyük sənətin zirvələrinə ucala bilir. Yüksək istedadı, gözəl görkəmi və bacarığı ona böyük uğurlar qazandırır.

 Rəsmi titulları çox idi Leyla Bədribəylinin: Xalq artisti, dövlət mükafatları laureatı və s. qadınlar arasında birinci “İstiqlal” ordenini də məhz Leyla Bədirbəyli almışdı. Ancaq böyüyüb boya-başa çatdığı vətəni Azərbaycanda hamı onu “Azərbaycan gözəli” kimi tanıyırdı.

-5-



Yüklə 200,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin