Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 200,49 Kb.
səhifə4/9
tarix05.01.2022
ölçüsü200,49 Kb.
#111882
1   2   3   4   5   6   7   8   9
Tuti Bikə Fətəli xanın həyat yoldaşıdır. O, sədaqətli qadın, fədakar ana, cəsarətli döyüşçüdür. Leyla xanım qəhrəmanını məhz bu keyfiyyətləri ilə bizə təqdim edir və yadda qalır.

Məşhur «Koroğlu» xalq dastanının eyniadlı variantı olan kino dastanında L.Bədirbəyli Koroğlunun sevgilisi, Həsən xanın qızı Nigarın surətini yaradıb. Nigar xan qızı olsa da, Rövşəni həqiqi bir məhəbbətlə sevir. Atasının zülmkar əməlləri onu bərk narahat edir. Buna görə o, əzab çəkir, saray mühiti onu sıxır. Nəhayət, Nigar imkan tapan kimi qaçıb Çənlibelə, Koroğlunun yanına gedir. Aktrisa Nigarın keçirdiyi iztirabları, həyəcanları, daxili gərginliyini bacarıqla göstərə bilib. Lakin filmin özü bütövlükdə zəif alındığına görə bu, aktyor oyunlarına da öz təsirini göstərib.

«Onun böyük ürəyi» filmindəki Xalidə rolunu qeyd etmək istəyirəm. Burada aktrisa böyük psixoloji həssaslıqla insan xarakterinin pərakəndəliyini və inamsızlıq hissini açıb göstərə bilib. Xalidə və Rəcəb bir-birilərini sevirlər. Böyük Vətən müharibəsi başlanandan sonra Rəcəb cəbhəyə gedir. Xalidə onun qayıdacağına inanmır. Öz həyatını yaşamağa başlayır. Rəcəb döyüşlərin birində ağır yaralanır, gözləri tutulur. Rəcəbi bu vəziyyətdə görən Xalidə birdəfəlik ondan uzaqlaşır. Xalidədə əziz adama olan inam hissi yox olur. Xalidə obrazı aktrisa L.Bədirbəylinin xarakterinə, təbiətinə uyğun olmasa da, bu rolun öhdəsindən bacarıqla gəlib.

-9-


Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan söhbət açan «Görüş» kinokomediyasında məhəbbət mövzusu ilə bağlı bir neçə süjet xətti var. Bunlardan biri Bilqeyis - Musa xəttidir. Filmdə gənc pambıqçı Bilqeyisin obrazını L.Bədirbəyli yaradıb. Bilqeyis qabaqcıl pambıqçı olmaqla yanaşı, həm də qayğıkeş bacıdır. Qardaşı Kamilin avaraçılığına göz yummayan bacı onu hər cür cidd-cəhdlə düz yola qaytarmağa çalışır. Leyla xanımın ifasında Bilqeyis ismətli, həyalı, mehriban, işgüzar müasir Azərbaycan qızlarının ümumiləşdirilmiş obrazıdır. Biz bunu Bilqeyisin sevgilisi Musaya olan münasibətində də aydın görürük.

L.Bədirbəyli müxtəlif illərdə çəkilmiş «Kölgələr sürünür» filmində Leyla, «İntizar»da Ana, «Sevil» film-operasında Tafta, «Gilas ağacı»nda nənə, «Bizim küçənin oğlanları»nda Leyla, «Çarvadarların izi ilə»də Məfruzə, «Vulkana doğru»da Gülsum, «Kişi sözü»ndə Ana, «Dərviş Parisi partladır»da Şəhrəbanu xanım, «Asif, Vasif, Ağasif»də nənə, «O dünyadan salam»da Kəblə Fatma və başqa filmlərdə maraqlı surətlər yaradıb.

Bundan başqa aktrisa “Səbuhi” filmində Mirzə Fətəli Axunzadənin səmimi və mehriban həyat yoldaşı Tubu xanım , “Fətəli xan” və “Koroğlu” filmlərində Tuti Bikə və Nigar,  “Görüş” kinokomediyasında Bilqeyis, “Dəli Kür” filmində Zərnigar, “Kişi sözü”ndə Ana, “Dərviş Parisi partladır”da Şəhrəbanu xanım, “Asif, Vasif, Ağasif”də Nənə, “O, dünyadan salam” filmində Kəblə Fatma

və başqa filmlərdə maraqlı surətlər yaradıb. Leyla Bədirbəyli bu filmlərdə gənc qadın, ana, nənə rollarının hamısında məlahətlidir, gözəldir. İstər bisavad Kəblə Fatma, Şəhrəbanu xanım olsun, istərsə də müasir nənələr, hərəsinin öz xarakteri, öz həyat tərzi var.

Unudulmaz sənət korifeyimiz “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsində işləyərkən istedadlı gənclərin yetişib- formalaşması üçün çalışır, onlara dəyərli məsləhətlərini verirdi. Aktrisa öz sadə, mehriban davranışı, nəzakəti ilə hamının dərin rəğbətini qazanmışdı. Aktyorları, rejissorları ailəsinin doğma üzvləri hesab edirdi. Leyla Bədirbəyli üçün rolun böyük-kiçiyi yox
-10-

idi. O, öz qəhrəmanlarını diqqətlə öyrənir, həvəslə, sevə-sevə oynayıırdı. Leyla xanım yalnız doğma vətənində deyil bütün sovetlər ittifaqında tanınan, sevilən aktrisa idi. Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində bu sevgi daha qabarıq şəkildə özünü göstərirdi. Azərbaycanın Gülçöhrəsini hər yerdə, hər görüşdə gül-çiçəklə qarşılayır, hərarətlə alqışlayırdılar.


Yüklə 200,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin