Liderlik əks təqdirdə müvəffəq olunmayacaq nəticəni qəsdən əldə etmək üçün digərlərinə rəhbərlik etmək sənətidir



Yüklə 28,16 Kb.
səhifə12/12
tarix31.12.2021
ölçüsü28,16 Kb.
#112583
1   ...   4   5   6   7   8   9   10   11   12
menecmentlider

6. Diqqətlə dinləmək

Liderlərin onları dinləyən insanlara ehtiyacı var. Ancaq bunun üçün əvvəlcə siz özünüz digər insanları dinləməlisiniz. Komandanızın sizin əmrlərinizdən başqa bir çox şeyə - dəstəyə, köməyə, geri bildirişə ehtiyacı olduğunu unutmayın. Bunları təmin etmək üçün əsas məsələ işçilərinizi diqqətlə dinləmək və anlamaqdır.

7. Məqsəddən yayınmamaq

Hər hansı bir şirkət uzunmüddətli hədəflərinin öhdəsindən müvəffəqiyyətlə gəlməklə öz əməkdaşlarına motivasiya verə bilər. Eyni zamanda, həmin hədəflərə çatmaq üçün işçilərin dəstəyini alması mütləqdir. Beləliklə, nə qədər yaxşı bir lider olmağınızdan asılı olmayaraq, işçiləriniz sizinlə eyni məqsədə sahib deyillərsə, uğur qazana bilməzsiniz.

8. Komanda mühitini yaratmaq

Uğurlu liderlər təkcə işçilərlə ünsiyyət qurmaqla kifayətlənmirlər. Onlar, eyni zamanda, komanda daxilində güclü əlaqələrin mövcudluğunu təmin etmək üçün çalışırlar. Beləliklə, liderlər olmasa belə, komanda öz işini görməyə davam edir.

Əgər işçiləriniz arasında komanda ruhu yarada bilmirsinizsə, sizə davamlı hesabat verən insan topluluğundan kənara çıxa bilməzsiniz. Komanda işi vacibdir; bu sayədə işçiləriniz fərdi məqsədlər əvəzinə şirkətin məqsədlərinə xidmət edəcəklər.

9. Vəzifələrdən qabaq insanlara dəyər vermək İnsanların hamısı eyni deyil. Buna görə də fərqli xarakterlərə malik insanlara fərqli yanaşmaq lazımdır. Hər hansı bir işi yerinə yetirmək istəyirsinizsə, ilk növbədə vəzifələrə fokuslanmayın. Diqqətinizi işi yerinə yetirəcək şəxsə və onu necə motivasiya etməyə cəmləyin.
Nəticə:

Liderlik icma üçü bir mayakdır!

Liderin rolu:

İcmanı mayaka doğru istiqamətləndirmək,

Vəzifəsi isə

Mayaka istinad edərək, icmanı inkişafa doğru aparmaqdır.
Yüklə 28,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin