Psixologiya elmində liderlərin aşağıdakı təsnifatı vardır:
ruhlandıran lider;
universal lider;
situasiyaya görə lider;
işgüzar lider.
Liderlərin fərqi:
formal lider — o situasiyaya turduğu vəzifəyə görə təsir edir;
qeyri-formal lider — o situasiyaya qabiliyyətinə, məlumatlılığına və ya hansısa xüsusiyyətinə görə təsir edir.
Liderlərin fəaliyyət stili aşağıdakı kimi olur:
1. avtoritar - ciddi intizam tətbiq edilir, dəqiq vəzifə bölgüsü olur, onunla mübahisə edilmir, qrupun rəyinə qulaq asılmır, hamı onun qərarına tabe olmalıdır;
2. demokratik - qrup üzvləri ilə məsləhətləşmələr aparılır, qrupun rəyi əsas götürülür, səlahiyyətin bir hissəsi qrupun digər üzvlərinə verilir;
3. anarxik - qrupda intizam yoxdur, qərarlar xaotik qəbul olunur, liderlər tez-tez dəyişir, hər hansı qərar icrasına nəzarət yoxdur.