Lider üçün motivasiya. Liderlik əhəmiyyətinin fərqində olan təşkilatlar, yüksək səviyyəli rəhbərliyinin yeni mühitə uyğunlaşmasını təmin etmək, ya da liderlərini yetişdirmək üçün müxtəlif üsullara müraciət edərlər. Çünki, təcrübəli bir idarəçinin üst bir mövqeyə, ya da fərqli bir rola gətirərkən, yeni vəzifəsinə uyğun olması tələb olunur. Bu günün liderləri də davamlı dəyişmənin və rəqabətin qaçılmaz və zəruri olduğunu bilərək, iş dünyasında müvəffəqiyyətli olmaq üçün bir mütəxəssisə ehtiyac duyarlar. Elə bütün bu səbəblərdən ötrü liderlərə yol göstərən "qoç"larla çalışılar. Bu vəziyyət bizə liderlik mövqeyinə nə qədər əhəmiyyət verildiyini göstərən xüsusiyyətdir. Bir liderin motivasiyasını yüksək tuta bilmək üçün "qoç"la edilən işlər, yalnız iş həyatıyla məhdudlaşmamalı, həmçinin də ictimai həyatda, ailə münasibətlərində, ya da başqa ortaq işlərdə, həll axtarışlarında da öz əksini tapmalıdır. Olduqca müvəffəqiyyətli nəticələr əldə edilən vəziyyətdə belə, bu nəticələr hər zaman kifayət qədər təmin edici olmaya bilər. Bu, uğursuzluq hissi və bədbəxtlik gətirə bilər. Əslində isə buna ugursuzluq da demək olmaz.
Strateji Liderlər. Yaxşı bir strateji lider- gələcəyi doğru qiymətləndirib dəyərləndirərək şəkilləndirə bilən, bunun üçün lazımlı strateji rəhbərlik anlayışını meydana gətirən və bu istiqamətdə digər idarəçi və çalışanlara vəzifələr verərək, onları yenilikçi və yaradıcı olmağa yönləndirməyi bacarmalıdır . Strateji lider mürəkkəb qlobal rəqabət mühitində, lazım olduğunda sürətlə qərar ala bilməli və ardıcıl bir şəkildə strateji dəyişikliyi təmin edə bilməlidir. Bir quruluşu, təslim etdiyi nöqtədən alıb daha çox irəliyə apararsa,bu istiqamətdə insanlara qabaqcıl olmaqla cavabdehdir.
Strateji liderlərdə axtarılan bəlkə də ən əhəmiyyətli və özəl xüsusiyyət, insan qaynaqlarının səmərəli və faydalı bir şəkildə idarə edilməsidir. İntellektual sərmayə gələcəkdə bir qurumun, təşkilatın ən əhəmiyyətli qaynağı olacaq və bu da strateji liderlərin müvəffəqiyyətinə çox təsir edəcək.
Doğru davrana bilən bir strateji lider, işçilərinin motivasiyasını və bununla bağlı performansını yüksəltmək üçün uzaqgörənliyindən istifadə edər. Bu da sahib olunan görüntünün son dərəcə yenilikçi, açıq və təsirli olmasını tələb edir.
Strateji müvəffəqiyyətin təmin olunması üçün ilkin şərt strateji liderliyin güclü olmasıdırsa, o zaman, gələcəkdə təşkilatlar öz çevrələrində diqqətini strateji liderliyin inkişafına cəlb edəcəklər.
Qloballaşma və artan rəqabət, iş təşkilatlarında istər fərdi,istərsə də təşkilati səviyyədə fərqliləşmə tələb edir. Müvəffəqiyyəti özünə hədəf təyin edən və bu istiqamətdə irəliləməkdə olan çalışanlar və təşkilatlar, davamlı inkişaf və dəyişmə üçün hər zaman daha yaxşısını axtarmağa başladılar. Bəs bir çalışan daha yaxşını əldə etdiyi nöqtədə, lider mövqeyinə yüksəlincə bununla hər şey həll olunurmu? "Bundan yaxşısı irəlidə yox" deyib dayanırmı? Liderlər nə edərək müvəffəqiyyətlərini və motivasiyasını ayaqda tuta bilər, xidmət etdikləri təşkilatları necə müvəffəqiyyətə doğru apara bilər?
Yaxın keçmişə və bu günə nəzər yetirdikdə liderdən gözlənilənlərin olduqca fərqli olduğunu görə bilərik. Keçmişdə diqqətini məhsula, qiymət rəqabətinə yönəldən liderlik, hal-hazırda bu diqqəti qlobal iqtisadiyyat, internet iqtisadiyyatı kimi anlayışlar səbəbindən insana və yaradıcılığa yönəltmişdir. Bu gün əsl lider – yaxşı bir araşdırmaçı və əldə etdiyi məlumatları süzgəcdən keçirə bilən, nəticələri yaxşı qiymətləndirib, səbəb nəticə əlaqələrini rahatlıqla qura bilən, analitik, həlli anında inkişaf etdirən, yaradıcı, ünsiyyətə açıq və məlumatlarını paylaşmağı bilən, qərar mexanizmlərində qabaqcıl ola bilən adamdır. Buna əlavə oluna bilən mütləq bir çox meyar vardır, ancaq bizim saydıqlarımız xüsusiyətlərdən birini çıxarsaq, bu, əskilməyə səbəb ola bilər.
Lider, liderlik etdiyi təşkilatın davamlı inkişafını və daha yaxşıya getməsini təmin edərkən, bu inkişafın önünü açmaq üçün eyni zamanda, öz inkişafına da zaman ayırmalı və bunun üçün səy göstərməlidir.
Dostları ilə paylaş: |