“LOGİSTİKA”fənni üzrə test tapşırıqları
Müəllim Bayramov T.B.
Düzgün cavablar “A” bəndindədir
1. Bazar iqtisadi sistemində material, əmək, maliyyə və informasiya axınlarının hərəkəti prosesinin planlaşdırılması, təşkili, idarə edilməsi və nəsarəti ilə bağlı fəaliyyət sahəsi:
A) loqistika;
B) marketinq tədqiqatları;
C)menecment;
D) marketinq;
E) makroiqtisadiyyat.
2. Fransız dilində “logistika”termininin mənası:
A) təchiz etmək, yerbəyer etmək;
B) anbar, saxlanma;
C) nəqletmə, təchizat;
D) müasir riyazi məntiq;
E) hesablama aparmaq bacarığı.
3. Qədim Romada “logistiklərə” həvalə olunan vəzifələr:
A) legionerləri yemək və yaşayış yerləri ilə təmin etmək;
B) məsul işçilərin maliyyə hesabatlarını aparmaq;
C) silahlı qüvvələri material resursları ilə təmin etmək;
D) ordunu hərbi avadanlıq və sursatla təchiz etmək;
E) arxa və ön cəbhə arasında əlaqələr yaratmaq.
Dostları ilə paylaş: |