102. Logistik miksin elementlərini tam əks etdirən variantı seçin:
A) məhsul, kəmiyyət, keyfiyyət, yer, zaman, istehlakçı, məsrəf;
B)məhsul, paylama, təchizat, yer, zaman, kəmiyyət, müştəri;
C)məhsul, məmnunluq, təchizat, yer, zaman, istehlakçı, məsrəf;
D) məhsul, kəmiyyət, keyfiyyət, yer, zaman, istehlakçı, gəlir;
E)məhsul, kəmiyyət, keyfiyyət, zaman, istehlakçı, məsrəf, mühit.
103. Marketinq miksin elementləri:
A) məhsul, qiymət, yer, həvəsləndirmə.
B)məhsul, qiymət, məsrəf, yer;
C)məhsul, tədarükat, istehlakçı, həvəsləndirmə;
D)məhsul, paylama, satış, istehlakçı;
E) məhsul, qiymət, yer, zaman;
104. Vasitəçi strukturlarla hazır məhsul istehsalçıları arasında kooperasiya əlaqələrini əsas kimi qəbul edən strategiya:
A) “itələmə” strategiyası;
B) “dartma” strategiyası;
C)diversifikasiya;
D)“bazarın qaymağını yığmaq” strategiyası;
E)“bazarda mövqeyi möhkəmləndirmək” strategiyası.
105. Reklam, bölgü kanalları və istehlakçıları həvəsləndirmək prinsiplərinə istinad edən bazara çıxış strategiyası:
A) “dartma”;
B) “itələmə”;
C)“nüfuz etmə”;
D)“mövqeləşdirmə”;
E)“rəqabətüstünlüyü əldə etmək”.
106. “LEAN PRODUCTİON” istehsaldaxili logistik konsepsiyasına aid olmayan elementi əks etdirən variantı seçin:
A) qiymətin əmələ gəlməsi;
B)ehtiyatların minimum səviyyəsi;
C) yüksək keyfiyyət;
D)çevik istehsal texnologiyaları;
E)yüksək ixtisaslı işçi heyətini.
107. Kütləvi və kiçik seriyalı istehsalın bütün imkanlarını özündə birləşdirən logistik konsepsiya:
A) zəif istehsal;
B)fiziki bölüşdürmənin planlaşdırılması;
C)ehtiyatların planlaşdırılması;
D) təlabatın planlaşdırılması;
E)etibarlılığın təmin edilməsi.
Dostları ilə paylaş: |