379. Məhsul vahidinə hər hansı materialdan konkret texniki parametrləri (tip-ölçüsü, markası, çeşidi, növü və s.) göstərilməklə hesablanmış normalar belə adlanır:
A) müfəssəl məsrəf normaları;
B) fərdi məsrəf normaları;
C) iriləşdirilmiş məsrəf normaları;
D) prespektiv normalar;
E) illik məsrəf normaları.
380. İstehlak olunan materialların istehsal edilən məhsula daxil olan hissəsi necə adlanır:
A) məhsulların faydalı məsrəfi;
B) qrup məsrəf normaları;
C) prespektiv normalar;
D) məhsulların faydasız məsrəfi;
E) xüsusi məsrəflər.
381. İstehsalın təşkili və idarə edilməsinin müasir logistik prinsiplərinə aid olmayan variantı seçin:
A) “Yaman gün” üçün maksimum ehtiyat yaradılır;
B) məhsulgöndərənlərə tərəfdaş kimi baxılır;
C) zay məhsul istehsalına yol verilmir;
D) artıq ehtiyatdan imtina edilir;
E) sifarişlərlə təsdiq edilməyən məhsullar istehsal edilmir.
382. İstehsalın təşkili və idarə edilməsinin ənənəvi logistik prinsiplərinə aid olmayan variantı seçin:
A) əgər zay məhsul istehsalı iqtisadi səmərəliliyin azaldılmasına səbəb olursa, ona yol verilmir.
B) hazırlanan məhsul nomenklaturası minimumdur;
C) maksimum iri partiyalarla məhsul istehsal edilir;
D) texnoloji cəhətdən əsaslandırılmış səviyyədə zay məhsul istehsalına yol verilir;
E) “Yaman gün” üçün maksimum ehtiyat yaradılır;
Dostları ilə paylaş: |