163. İstehsalçı müəssisələrdən bir sifarişlə bir ünvana çatdırılacaq məhsulun minimum miqdarı:
A) tranzit norma.
B)aylıq norma;
C)ixrac norma;
D)idxal norma;
E) gündəlik norma;
164. Material axınlarının yaranma mənbəyindən təyinat məntəqəsinə qədər çatdırılmasını həyata keçirən müxtəlif subyektlər çoxluğunu göstərən variantı seçin:
A) bölgü kanalı;
B) təchizat kanalı;
C)satış kanalı;
D) tədarükat kanalı;
E)suvarma kanalı.
165. Məhsulların birbaşa bölgüsünü həyata keçirən formaları göstərin:
A)françayzinq, poçt;
B) topdansatış;
C) agent, broker;
D)distribyutor;
E)pərakəndə.
166. İki səviyyəli logistik bölgü kanalı olan variantı seçin:
A) birbaşa bölgü kanalı;
B)istehsalçı, topdan satıcı, istehlakçı;
C)istehsalçı, topdan satıcı, pərakəndə satıcı, istehlakçı;
D) istehsalçı, istehlakçı;
E) üfüqi, çevik.
167. Məhsulların mümkün qədər dükandan satışını həyata keçirən bölgü kanalı necə adlanır:
A) intensiv bölgü;
B)eksklüziv bölgü;
C)adi bölgü;
D)şaquli bölgü;
E) selektiv bölgü.
168. Tələb və təklifi birləşdirən, əlaqələndirən vasitəçilik fəaliyyəti qeyd olunan variantı seçin:
A)ticarət mübadiləsi;
B)material mübadiləsi;
C)xammal mübadiləsi;
D)ehtiyatların mübadiləsi;
E)informasiya mübadiləsi.
169. Öz adından və öz hesabına fəaliyyət göstərən vasitəçi:
A) diler;
B) broker;
C)agent;
D) distribyutor;
E)kommissioner.
170. Başqasının adından və öz hesabına fəaliyyət göstərən vasitəçi:
A) distribyutor;
B) agent;
C) diler;
D)broker;
E) kommissioner.
171. Başqasının adından və başqasının hesabına fəaliyyət göstərən vasitəçi:
A) agent, broker;
B)distribyutor;
C)pərakəndə satıcı;
D) kommissioner;
E)eksklüziv diler.
172. Öz adından başqasının hesabına fəaliyyət göstərən vasitəçi:
A) kommissioner.
B)distribyutor;
C)agent;
D)broker;
E) diler;
173. Fiziki bölüşdürmə əməliyyatlarına aid olunan funksiyanı göstərin:
A) cavabların hamısı düzgündür.
B)taralaşdırma;
C)daşınma və saxlanma;
D)sortlaşdırma vəkomplektləşdirmə;
E) yükləmə-bölüşdürmə;
174. Məhsul və taraların uçot-müqavilə vahidlərinə aid variantı seçin:
A)istehlakçı, qablaşdırma, konteynerlər;
B)avtomobil, dəmir yolu, intermodal daşınmalar;
C)göndərmə, saxlama, ehtiyatların bərpası;
D)sifarişlərin qəbulu, maliyyə axınları, informasiya təminatı;
E)qarışıq daşıma, sortlaşdırma, risklərin sığortalaşdırılması.
175. Dünyada nəqliyyatın sərt dövlət tənzimlənməsindən qeyri-tarif tənzimlənməsinə keçid dövrü:
A) 1970-cı illər;
B) 1960-cı illər;
C)1980-cı illər;
D)1990-cı illər;
E)2000-cı illər.
176. ABŞ-da avtomobil və dəmir yolu nəqliyyatı neçənci ildə qeyri-tarif tənzimlənməsinə keçmişdir:
A) 1980-cı ildə;
B)1970-cı ildə;
C) 1967-cı ildə;
D)1985-cı ildə;
E)1990-cı ildə.
177. Vaqonun yükgötürmə qabiliyyətindən istifadə əmsalını (Əy.g) təyin edin:
(cavab: Vaqonda olan yük kütləsinin (Yk) vaqonun yükgötürmə qabiliyyətinə (Yg.q) nisbətidir.
Əy.g =
178. Vaqonun tutum əmsalını (Ət) hesablayın:
(cavab: Vaqonda olan yüklərin həcminin (Yh) vaqonun tutumuna olan (Vt) nisbətidir.
Ət=
179. Ən çevik nəqliyyat növünü göstərin:
A) avtomobil;
B)su;
C)dəmir yolu;
D) hava;
E)boru kəməri.
180. Avtomobil nəqliyyatında birinci qrup texniki-istismar göstəriciləri:
A) texniki hazırlıq əmsalı, nəqliyyat vasitələrindən istifadə əmsalı, yükgötürmə qabiliyyətindən istifadə əmsalı.
B)texniki-istismar sürəti, yürüşlərin sayı;
C)texniki hazırlıq əmsalları, ümumi yükdaşıma yükdaşıma məsafəsi;
D)yüklə avtomobillərin orta yürüş məsafəsi, yürüşlərin sayı, yükdaşımaların orta məsafəsi;
E) yürüşlərin sayı, yükdaşımaların həcmi;
181. Bir nəqliyyat növü ilə həyata keçirilən nəqletmə:
A)unimodal;
B)qarışıq;
C)kombinələşdirilmiş;
D)multimodal;
E)intermodal.
182. Daşınan yükləri və ya yedəyə alınan gəmiləri təyinat məntəqələrinə qədər bütün yol boyu müşahidə edən hüquqi sənəd:
A) qaimə;
B) sərəncam;
C)məktub;
D)order;
E)müqavilə.
183. Neft məhsullarının daşınması üçün hansı qaimədən istifadə olunur:
A) QU-9;
B)QU-3;
C) QU-1;
D)QU-7;
E)QU-5.
184. “İnkoterms - 2000” xarakterizə edir:
A) məhsulgöndərmə şərtlərini;
B)təchizat şərtlərini;
C)saxlanma şərtlərini;
D) satış şərtlərini;
E)istehsal şərtlərini.
185. Məhsulların növlərinə görə anbarların logistik təsnifat əlamətlərini seçin:
A) hazır məhsul, bitməmiş istehsal, material resursları, tara;
B) təchizat, istehsal, bölüşdürmə;
C)saxlayıcı, ehtiyat, xüsusi, geniş çeşidli;
D)şərikli, bələdiyyə, dövlət, xüsusi anbarlar;
E)dar ixtisaslaşma, bölüşdürmə, yük emalı, logistik vasitəçinin anbarları.
186. Məhsulun qabla birlikdə ümumi çəkisi (brutto) ilə xalis çəkisi (netto) arasındakı fərqi ifadə edən sənaye məhsulu:
A)tara;
B)liter;
C)hazır məhsul;
D)klirinq;
E)veksel.
187. İstifadə şərtlərinə görə taraların təsnifat əlamətlərini göstərin:
A) inventar, anbar;
B) yüngül, açıq;
C)kiçik və iri qabaritli;
D)istehsal, istehlak;
E)ağac, metal, şüşə.
188. “Palletlər” termininə uyğun olan variantı seçin:
A) malaltlıqları;
B)traylerlər;
C) konteynerlər;
D)brezent örtüklər;
E)platforma.
189. Tara baxımından dəmir yol nəqliyyatı üçün səmərəli yüklərə aiddir:
A) konteynerlər;
B)yeşiklər;
C)karton;
D) paketlər;
E)qutu və kisələr.
190. İnformasiya özünün tarixi inkişafı baxımından aid olduğu mərhələ:
A) cavabların hamısı düzgündür;
B) yazışma;
C)elektrik aparatlarının tətbiqi;
D)vahid informasiya məkanının yaradılması;
E) kitab çapı.
191. Logistik informasiya sistemləri neçə əsas prinsip üzərində qurulur:
A)6;
B)2;
C)4;
D)5;
E)8.
192. Avropa kodlaşdırma sistemi necə adlanır:
A) EAN;
B) Code 16 k;
C)Code 1;
D)UN/EDİFACT;
E) TDK/EDİA.
193. Azərbaycanın EAN kodunu göstərin:
A) 476;
B) 486;
C) 00-13;
D)460-469;
E) 94.
194. Logistik informasiya sistemlərinin tətbiq edilməsinin iqtisadi səmərəliliyini əks etdirən variantı seçin:
A) cavabların hamısı düzgündür.
B) logistik proseslərin keyfiyyətinin yüksəldilməsi;
C) kağızsız texnologiyaların tətbiqinə daha geniş imkanların açılması;
D)informasiyaların işlənməsində yol veriləcək səhvlərin xətaların azaldılması və tamamilə aradan qaldırılması;
E) logistik əməliyyat və funksiyaların yerinə yetirilməsi müddətinin qısaldılması;
195. Logistik informasiya sistemlərinin elementlərini göstərin:
A) cavabların hamısı düzgündür.
B)informasiya axınlarını ötürən texniki vasitələr;
C)məlumatların formal təsviri vasitələri;
D)funksional məsələlərin həlli üzrə metodlar;
E) informasiya axınlarını emal edən texniki vasitələr;
196.Logistik informasiya sisteminin prinsiplərinə aid olmayan variantı seçin:
A) məhsulgöndərmələrin həyata keçirilməsi zamanı logistik proseslərin idarə olunması;
B) informasiyaların istifadəçilər üçün tam və yararlı olması;
C)məlumatların yararlı formatı;
D)dəqiqlik, istiqamətlilik;
E)çeviklik, vaxtı-vaxtında olma.
197. Yük sənədlərinə aid olan variantı seçin:
A) hesab-faktura;
B)avtomobilin texniki sənədləri;
C) qeydiyyat haqqında əsasnamə;
D)firmanın bağladığı müqavilə;
E)valyuta hesabı haqqında arayış.
198. Logistikanın bir elm sahəsi kimi praktiki fəaliyyət sahəsinə çevrildiyi tarix:
A) 1970-ci illər;
B) 1950-ci illər;
C) 1960-cı illər;
D) 1990-cı illər;
E) 1980-ci illər.
199. Müasir dövrdə müəssisələrin qarşısında ən vacib problem məsələ:
A) variantların hamısı düzgündür.
B) məhsulların tədavül kanallarında ləngimədən növbəti mərhələyə keçidinin təmin edilməsi;
C)məhsul çeşidinin artırılması;
D)istehlakçı sifarişlərinə dolgun cavab verilməsi;
E) məhsulların keyfiyyətinin yüksəldilməsi;
200. Logistikanın bir elm kimi tətbiqini zəruri edən amillərə aid deyil:
A) qiymət təyin edilməsinə təsir edən xarici amil;
B) bazar münasibətləri sisteminin mürəkkəbliyi;
C)çevik istehsal sistemlərinin yaradılması;
D) məhsulların bölgüsü prosesinə keyfiyyətcə yüksək tələbkarlıq;
E)tədarükat prosesinin təşkili mexanizmi.
201. Material axınlarının idarə edilməsi sahəsində yeni istiqamət:
A) məhsulların fiziki bölüşdürülməsinin idarə edilməsi;
B) marketinqin idarə edilməsi;
C) istehsal sahələrinin təkmilləşdirilməsi;
D) marketinq səylərinin idarə edilməsi;
E)məhsulgöndərənlərin seçilməsi.
202. Fiziki bölüşdürmə prosesinə aiddir:
A) a, b və c variantları düzgündür.
B)satış zamanı material və hazır məhsulların yerdəyişməsi;
C) ehtiyatların səviyyəsinə nəzarət;
D) a və c variantları düzgündür;
E) nəqletmə;
203. Fiziki bölüşdürmə prosesinə aid deyil:
A) məhsulların mükəmməlləşdirilməsi;
B)istehsal güclərinin yerləşdirilməsi;
C) sifarişlərinin uçotu və yerinə yetirilməsi;
D)anbarların yerləşdirilməsi;
E)ehtiyatların səviyyəsinə nəzarət.
204. Logistikanın təyinatını təsnif edən istiqamətlər:
A) a, b və c variantları düzgündür.
B)istehsalçı, istehlakçı və rəqib bazarlarının tədqiqi;
C) məhsul və xidmətlər bazarında tələblə təklifin əlaqələndirilməsi;
D) a variantı düzgündür;
E) material resurslarının hərəkətinə funksional yanaşma;
205. Logistika məfhumuna aid olmayan variantı seçin:
A) kommersiya səylərinin gücləndirilməsi vasitəsi;
B) məhsulların fiziki bölüşdürülməsinin idarə edilməsi forması;
C)hazır məhsulların istehlak yerlərinə səmərəli hərəkəti;
D) material axınlarının hərəkətində yeni istiqamət;
E)istehsalın və bölgünün səmərəli təşkili haqqında elm.
206. Praktikada “logistik” termininin sinonimlərinə aid deyil:
A) marketinq menecmenti.
B) material menecmenti;
C)inteqrativ distribyusiya;
D)marketinq logistikası;
E) fiziki bölüşdürmə;
207. 1960-cı illərə təsadüf edilən logistikanın tarixi inkişaf mərhələsi belə adlandırılır:
A) bərpa;
B) inkişaf;
C)fraqmentarizasiya (hissələrə ayırmA);
D)inteqrasiya;
E)adaptasiya.
208. Logistikanın inkişaf mərhələsinə aid olunur:
A) biznes logistikası;
B)istehsal menecmenti;
C) material menecmenti;
D)informasiya kommunikasiya texnologiyası;
E)sifarişlərin idarə edilməsi.
209. Məhsulların fiziki bölüşdürülməsinə ehtiyacın yaranması ilə xarakterizə edilən logistikanın tarixi inkişaf mərhələsini göstərin:
A) ikinci mərhələ;
B) üçüncü mərhələ;
C)dördüncü mərhələ;
D) birinci mərhələ;
E)variantların heç biri düzgün deyil.
210. Logistikanın ikinci tarixi inkişaf mərhələsində onun unkişafını şərtləndirən amillərə aid olmayan variantı seçin:
A) kənar müştərilərə və təchizatçılarala ədalətli davranmaq.
B) oliqopolist bazarların inkişafı;
C) məsrəf amillərinin istehsala təzyiqinin artması;
D) ehtiyatların formalaşması strategiyasındakı dəyişikliklər;
E) istehlakçı tələbinə münasibətlərin dəyişməsi;
211. “İdarəetmə, ticarət və nəqliyyat sahəsində məlumatların elektron mübadiləsi” standartını göstərin:
A) EDİFAST;
B) EDİ;
C) SWİT;
D) UNSTAD;
E) TACİS.
212. Məhsulların anbarlaşdırılması və ehtiyatların idarə edilməsinə çəkilən xərclərin azaldılmasına təsir edən amil:
A) məhsuldaşımalara çəkilən xərclərin artırılması;
B) bazarda tələb və təklifin uyğunlaşdırılması;
C) məhsulların həyat dövrünün mərhələləri;
D) məhsul istehsalının həcminin artırılması;
E) b və c variantları düzgündür.
213. İstehsal, təchizat, satış və istehlak proseslərinə kompleks yanaşmanı nəzərdə tutan logistikanın mərhələsi:
A) dördüncü mərhələ;
B) ikinci mərhələ;
C) birinci mərhələ;
D) üçüncü mərhələ;
E) a və d variantları düzgündür.
214. İntermodal yükdaşımalarda konteynerlərdən istifadəyə və məhsulların fiziki bölüşdürülməsi üzrə beynəlxalq logistik mərkəzlərin yaradılmasını nəzərdə tutan “Collomodul” proqramı nə vaxt hazırlanmışdır:
A) 1992-ci ildə;
B) 1998-ci ildə;
C) 1977-ci ildə;
D) 1981-ci ildə;
E) 1984-ci ildə.
215. 1960-ci illərdə tətbiq edilən əsas konsepsiya:
A) bazar.
B) satış;
C) məhsul;
D) resurs;
E) istehsal;
216. “Nə istehsal edilirsə onu satmaq deyil, nə satılırsa o, istehsal edilməsidir” – bazar konsepsiyası neçənci illərə təsadüf edilir:
A) XX əsrin 60-cı illərinə;
B) XX əsrin 30-cı illərinə;
C) XX əsrin 40-cı illərinə;
D) XX əsrin 90-cı illərinə;
E) XX əsrin 20-cı illərinə.
217. Logistikada rəqabət qabiliyyətinin yüksəldilməsinə təsir göstərən amillər:
A) d və e variantları düzgündür.
B) istehsal xərclərinin sabit saxlanılması;
C) xidmətlərin səviyyəsinin yüksəldilməsi;
D) məhsulun maya dəyərinin aşağı salınması;
E) məhsulgöndərənlərlə işgüzar münasibət;
218. Müəssisənin rəqabət üstünlüyünü şərtləndirən amillərə aid olmayan variantı seçin:
A) müəssisənin əmək haqqı fondunun yüksəldilməsi;
B) müəssisənin bazar seqmentlərinin dəyişdirilməsi qabiliyyəti;
C) müəssisənin iqtisadi vəziyyətin dəyişməsinə uyğunlaşa bilməsi;
D) tədarükat sferasında manevr imkanlarının olması;
E) bölüşdürmə siyasətində manevr imkanlarının olması.
219. Cəmiyyət və müəssisə arasındakı qarşılıqlı əlaqə nəyi xarakterizə edir:
A) müəssisənin xarici faktorlarla idarə edilməsini;
B) təbiətin müəssisəyə münasibətlərini;
C) insanların müəssisəyə münasibətlərini;
D) müəssisənin daxili faktorlarla idarə edilməsini;
E) b və d variantları düzgündür.
220. Respublikamızın iqtisadiyyatında logistikanın rolunu müəyyənləşdirən təşkilati-iqtisadi amil:
A) logistik proseslərin yerinə yetirilməsində istehsalçı müəssisələrin, istehlakçıların, vasitəçi strukturların, anbar və nəqliyyat strukturlarının əlaqələndirilməsi;
B) iqtisadi subyektlər arasında informasiya əlaqələrinin inkişafı;
C) idarəetmənin avtomatlaşdırılması və kompyuterləşdirilməsi;
D) istehsal məsrəflərinin və tədavül xərclərinin azaldılması;
E) logistik yanaşmalardan təkcə mikro səviyyədə deyil, həm də makrosəviyyədə istifadə olunması.
221. Texniki paradiqmadan istifadəyə nümunə kimi göstərmək olar:
A) cavabların hamısı düzgündür;
B) firma daxili planlaşdırma;
C) material resurslarının tədarükatı;
D) “resurslara tələbatın planlaşdırılması” sistemi;
E) ehtiyatların idarə edilməsi.
222. Marketinq paradiqmasının əsasını təşkil edən iqtisadi və sosial yönümlü fənlərə aid olunmur:
A) ehtimal nəzəriyyəsi;
B) istehsalın iqtisadiyyatı və təşkili;
C) əməli menecment;
D) sosial psixologiya;
E) məhsulun keyfiyyətinin idarə edilməsi.
223. İstehsal dövrünün azaldılmnasına təsir göstərən amil:
A) istehsalın dar çərçivədə ixtisaslaşması;
B) istehsalın genişləndirilməsi
C) logistik vasitəçilərdən imtina edilməsi
D) paylama kanallarının səviyyəsinin yüksəldilməsi;
E) c və d variantları düzgündür.
224. Müasir inteqrativ logistikada “istehsal dövrünün uzunluğu menecmenti və logistikası” terminlərinin meydana gəlməsinə səbəb olmuş amil:
A) zaman;
B) sürət;
C) məkan;
D) marketinq;
E) menecment.
225. Logistikada inteqrativ əlaqələrin etibarlılığı və uzun müddətliliyi təsir edir:
A) cavabların hamısı doğrudur.
B) resursların mübadilə sferasından tez ötüb keçməsinə;
C) istehsalın fasiləsizliyinə;
D) istehsalçı, istehlakçı və logistik vasitəçilərin maliyyə vəsaitlərinin dondurulması hallarının aradan qaldırılmasına;
E) material resurslarının dövr sürətinin yüksəldilməsinə;
226. Spesifik xüsusiyyəti həll ediləcək logistik problemlərin məxsusi cəhətlərini əks etdirən mürəkkəb iqtisadi-riyazi modellərin qurulması olan paradiqma:
A) analitik;
B) texnoloji (informasiyA);
C) marketinq;
D) inteqrativ;
E) cavabların hamısı səhvdir.
227. Konseptual baxımdan logistikanın müasir nəzəriyyəsi bu metodlara əsaslanır: (səhv variantı seçin):
A) dioqnostik təhlil;
B) sistemli təhlil;
C) əməliyyatların tədqiqi;
D) iqtisadi-riyazi modelləşdirmə;
E) kibernetik yanaşma.
228. Analitik modellərin ən böyük üstünlüyü:
A) b bə c variantları doğrudur.
B) onların ümumiləşdirmə qabiliyyəti;
C) onların təkrar istifadə olunması qabiliyyəti;
D) a və b variantları doğrudur;
E) onların mürəkkəbliyi;
229. Analitik və imitasiya modellərinin istifadə obyekti:
A) riyazi modelləşdirmə;
B) işarə sistemli modellər;
C) dil sistemli modellər;
D) maddi modellər;
E) a və c variantları doğrudur.
230. İdarəetmənin aktual paradiqması:
A) strateji menecment;
B) strateji planlaşdırma;
C) əməli menecment;
D) istehsal və bölgü;
E) fiziki bölüşdürmə.
231. Logistikanın konseptual ideyası:
A) minimum xərclərlə müəssisənin bazarda baş verən dəyişikliklərə uyğunlaşdırılması və bazar seqmentlərinin artırılması;
B) məhsulların fiziki bölüşdürülməsi strategiyası və texnolofiyasının müəyyənləşdirilməsi;
C) yüksək keyfiyyətli məhsulgöndərənləri təmin edən bütün axınların funksional menecmentinin səmərəli sistemini yaratmaq;
D) istehsalın ehtiyatlarının idarə edilməsi prosesinin optimallaşdırılması;
E) a və b variantları düzgündür.
232. Logistik prinsiplərə aid olmayan variantı seçin:
A) oxşarlıq;
B) konkretlilik;
C) etibarlıq;
D) komplektlilik;
E) çeviklik.
233. Logistikada “axın”istrifadəsinin mahiyyəti:
A) ehtiyatların dəyişilməsi prosesi;
B) materialların yığılması prosesi;
C) maliyyə vəsaitlərinin köçürülməsi;
D) işçilərin müəssisədən kənarlaşması;
E) variantların hamısı düzgündür.
234. Axınları xarakterizə edən parametrlərə aid olmayan variantı seçin:
A) b və d variantları doğrudur.
B) kadrların işdən azad olması;
C) ilkin və sonuncu axın məntəqələri;
D) kadr axını;
E) hərəkətin sürəti və vaxtı;
235. Material axınlarının ölçü vahidləri:
A) b, c və e variantları doğrudur.
B) nəqliyyat yolu;
C) nəqliyyat vaxtı;
D) a və c variantları doğrudur;
E) nəqliyyat kütləsi;
236. Boşaltma sahəsinə daxil olan yüklər saxlama zonasına ötürülür (səhv variantı seçin):
A) dolayı üsulla;
B) qəbul ekspedisiyası vasitəsilə;
C) qəbul sahələri vasitəsilə;
D) birbaşa;
E) variantların hamısı düzgündür.
237. Məlumatların işlənməsi və ötürülməsini həyata keçirən zaman informasiyaların ölçü vahidi:
A) bayt;
B) lot;
C) fut;
D) yard;
E) vatt.
238. Simvolik adlarla təchiz edilmiş və informasiya sistemlərində onu birmənalı təyin edən informasiya massivləri:
A) fayl;
B) qaimə;
C) rekvizit;
D) bod;
E) bayt.
239. Material axınlarından bilavasitə asılı olan informasiyalara aid olan variantı seçin:
A) korrelyasiya xarakterli informasiya axınları;
B) kommersiya xarakterli informasiya axınları;
C) bağlı informasiya axınları;
D) konfidensial informasiya axınları;
E)adi informasiya axınları.
240. Material axınlarına olan münasibətinə görə informasiya axınlarının növləri:
A) variantların hamısı doğrudur.
B) axın vaxtları eyni olan axın növləri;
C)axın vaxtları fərqli olan axın növləri;
D) sonradan gedə bilən axın növləri;
E) ötüb keçən axın növləri;
241. Bazis logistik funksiyalara aiddir:
A) təchizat, istehsal, satış;
B) tədarükatın idarə olunması;
C) məhsulların fiziki bölüşdürülməsi;
D) istehsalın idarə edilməsi;
E) qiymətin əmələ gəlməsi.
242. Açar logistik funksiyalara aiddir:
A) tədarükat və bölgünün idarə olunması;
B) məhsulların anabarlaşdırılması;
C) nəql ediləcək yüklərin emal olunması;
D) servis xidmətinin göstərilməsi;
E) c və d variantları düzgündür.
243. Təminedici logistik funksiyalara aid deyil:
A) istehsalın idarə edilməsi;
B) yararsız məhsulların geri qaytarılması;
C) informasiya-kompüter təminatı;
D) məhsulların anbarlaşdırılması;
E) yüklərin qablaşdırılması.
244. Mikrosəviyyədə logistik funksiyaların strukturuna aid olunmur:
A) nəqletmə marşrutlarının seçilməsi;
B) giriş ehtiyatlarının idarə edilməsi;
C) giriş ehtiyatlarının səviyyəsi;
D) anbar nəqliyyat işləri;
E) aralıq ehtiyatlarının idarə edilməsi.
245. Əlaqələndirici logistik funksiyalara aiddir:
A) xammal və materiallara tələbat;
B) hazır məhsulların hərəkəti;
C) hazır məhsul axını;
D) yarımfabrikatların hərəkəti;
E) cavabların hamısı düzgündür.
246. İstehsal, marketinq və logistika arasında fəaliyyət sferasını bölmək və qarşılıqlı əlaqəni təsvir etmək üçün istifadə olunan anlayışlar:
A) b və c variantları düzgündür.
B) faydalılıq;
C) mənfəətlilik;
D) məhsuldarlıq;
E) məsrəf norması;
247. İstehsal-bölgü neçə kateqoriyaya bölünür:
A) 3;
B) 9;
C) 5;
D) 6;
E) 4.
248. İqtisadiyyatda nəqliyyatın roluna aid deyil:
A) məhsul satışı həcmini maksimumlaşdırır;
B) məhsulların dəyərinin formalaşmasında bilavasitə iştirak edir;
C) iqtisadiyyatda nəqletmə prosesini həyata keçirir;
D) nəqliyyat məhsulların istehsalı prosesinin davam etdirir;
E) məhsulların istehsalı prosesini davam etdirir və onu tədavül prosesi çərçivəsində başa çatdırır.
249. Nəqliyyatı başqa maddi istehsal sahələrindən fərqləndirən xüsusiyyətlərə aid deyil:
A) nəqliyyat texnoloji marşrutların seçilməsində üstünlük təşkil edir;
B) nəqletmədə məhsulun xassə və forması dəyişmir;
C) nəqliyyatdan istifadə prosesində yeni məhsul yaranmır;
D) nəqliyyatda istehsal və istehlak prosesi eyni anda baş verir;
E) nəqliyyat loğistikanın funksional sahələri arasında əlaqələndirici rol oynayır.
Dostları ilə paylaş: |