341. Satış zamanı göstərilən xidmət növlərinə aid olmayan variantı seçin:
A) ehtiyat hissələrlə təminat və zəmanətli xidmət;
B) məhsulların satış və istismara hazırlanması;
C) məhsulların çeşidlərə ayrılması;
D) alıcılara məsləhətlərin verilməsi;
E) göndəriləcək məhsulların keyfiyyətinin tam yoxlanılması.
342. Satışdan sonrakı xidmət növlərinə aid deyil:
A) sortlaşdırma və qablaşdırma;
B) ehtiyat hissələrlə təminat;
C) zəmanətli xidmət;
D) qüsur aşkar edilən məhsulların dəyişdirilməsi;
E) cavabların hamısı düzgündür.
343. Anbar sahiblərinin göstərdikləri logistik xidmətlərə aiddir:
A) cavabların hamısı düzgündür.
B) yüklərin müxtəlif nəqliyyat vasitəçilərinə yüklənməsi və boşaldılması;
C) yükgöndərmələrin məntəqələr üzrə bölüşdürülməsi;
D) kreditləşmə haqqında informasiya məlumatlarının verilməsi;
E) yük vahidlərinin emalı, saxlanması, qablaşdırılması və bölüşdürülməsi;
344. Anbar şəbəkələrinin yerləşdirilməsində istifadə olunan qeyri-mərkəzləşdirilmiş variantının mahiyyətini göstərin:
A) müxtəlif satış regionlarında bir neçə anbara əsaslanmaq;
B) şəxsi anbar şəbəkələrinin formalaşdırılması;
C) bir regionda iri anbara əsaslanmaq;
D) müəyyən ərazidə anbarların rasional yerləşdirilməsi;
E) anbarlarda informasiya xidmətinin olmaması.
345. Anbarların yerləşdirilməsinə təsir göstərən amillər göstərin:
A) cavabların hamısı düzgündür.
B)təbii resurslar;
C) vergi və subsidiyalar;
D) enerji təchizatı;
E) bazar;
346. Anbarların yerləşdirilməsinə təsir göstərməyən amili göstərin:
A) tibbi xidmətin səviyyəsi.
B)nəqliyyat xidməti;
C)əmtəəlik axinların həcmi;
D)işçi qüvvəsi;
E) əhali;
347. Məhsulgöndərmələrlə əlaqədar xərclərə aid deyil:
A) ehtiyatların saxlanması üçün zəruri olan və maddiləşmiş əmək məsrəfləşmiş əmək məsrəfləri;
B) loqistik vasitələrin anbarlarına daxil olan yüklərin boşaldılması ilə əlaqədar xərclər;
C) məhsulların loqistik dövrənin iştirakçılarının anbarlarına gətirilməsi üçün ödənilmiş bütün tarif və fraxtlar ;
D) a və b variantları doğrudur;
E) variantların hec biri dügün deyil.
348. İstehlakçı sifarişlərinin yerinə yetirilməsi ilə bağlı xərclərə aiddir:
A) məhsul kütləsinin miqdarca azalması və məhsulun keyfiyyətinin xarab olması nəticəsində yaranan itkilər;
B) ucot əməliyyatlarının aparılması və anbar işçilərinin əmək haqqı ilə bağlı olan xərclər;
C) istehsalçıların bazar tədqiqatlarının aparılması üçün sərf etdiyi xərclər;
D)cari təmir və iadrə aparatı işçilərinin saxlanması üzrə xərclər;
E) a və b variantları doğrudur.
349. Faydalı anbar sahəsini müəyyən edin:
(Cavab: Ffaydalı =
burda: Ffaydalı – bir kvadrat metrə düşən anbar yük vahidi;
Qeht – anbarda uyğun materiallar üzrə ehtiyyatların müəyyənləşdirilən kəmiyyəti, tonla;
P – bir kvadrat metr sahəyə düşən təzyiq ton/m2)
350. Anbarlarda qaldırıcı-nəqliyyat avadanlıqlarına tələbatı hesablayın:
(Cavab: A = ,
burda: E – anbar daxilində yerdəyişməyə məruz qalan yüklərin kəmiyyəti, tonla;
Əq.b – yüklərin qeyri-bərabər daxil olması əmsalı;
P – avadanlıqların məhsuldarlığı, tonlA)
351. Məhsulun qabla birlikdə ümumi çəkisi ilə xalis çəkisi arasındakı fərq belə adlanır:
A) tara;
B) etket;
C) marka;
D) emblema;
E) flakon.
352. Çörək tabaqları, butulka üçün istifadə olunan gözləri olan yeşiklər belə adlanır:
A) inventar taraları;
B) çox dövriyyəli taralar;
C) bir dövriyyəli taralar;
D) universal taralar;
E) a və b variantları.
353. Loqistika informasiya sisteminin əsas tərkib elementlərinə aid olmayan variantı seçin:
A) sosial təminat;
B) texniki təminat;
C) informasiya təminat;
D) riyazi təminat;
E) a və b variantları düzgündür.
354. Loqistik informasiya sisteminin prinsipinə aid olmayan variantı seçin:
A) dəqiqlik;
B) vasitəçilik;
C) istiqamətlilik;
D) informasiyaların istifadəçilər üçün tam və ya yararlı olması;
E) vaxtlı-vaxtında olması.
355. Loqistik informasiya sistemlərinin idarəetmə obyektinə aiddir:
A) b, c və e variantları düzgündür.
B) təchizat, material resursları üzrə ehtiyyatlar haqqında informasiya axınları;
C) məhsulların ayrı-ayrı satış kanalları üzrə nəql edilməsi haqqında informasiya axınları;
D) b və c variantları düzgündür;
E) məqsəd bazarı və məhsulgöndərənlər haqqında informasiya axınları;
356. Eksport təyinatlı yüklərin gömrük baxışına təqdim edilməsi zamanı tələb olunmur:
A) doğum haqqında şəhadətnamə;
B) qeydiyyat haqqında şəhadətnamə;
C) təhlükəsizliyi haqqında arayış;
D) firmanın bağladığı müqavilə;
E) veterinar arayış.
357. Yüklərin deklorasiyası zamanı tələb olunur:
A) məhsulların gömrük dəyərinin müəyyənləşdirilməsi;
B) nəqliyyat vasitələrinin balans dəyəri haqqında arayış;
C) manat vəö ya valyuta hesabı haqqında arayış;
D) yüksək hərəkəti haqqında informasiyaların banka göndərilməsi;
E) bütün cavablar düzgündür.
358. Gömrük baxışında nəqliyyat sənədlərinin rəsmiləşdirilməsi üçün tələb olunmur:
A) yük gömrük deklarasiyasının doldurulması;
B) nəqliyyat sənədlərinin sayının yoxlanılması;
C) nəqliyyat sənədlərinin hazırlanması;
D) nəqliyyat sənədlərində yük keçid sərhədlərinin qeydiyyatının yoxlanılması;
E) b və c variantları düzgündür.
359. Yük sənədlərinin hazırlanması üçün tələb olunur:
A) cavabların hamısı düzgündür.
B) sövdələşmələrin pasportu;
C) fotoarayış;
D) hesab-faktura;
E) veterinar arayış;
360. Logistik sistemdə material axınlarının idarə edilməsi zamanı istifadə olunan sənədlərin mürəkkəbliyi, sayının və həcminin çoxluğu uzaq və yaxın ölkələrdə hansı konsepsiyanın yaranmasına səbəb olmuşdur:
A) “Məlumatların elektron mübadiləsi”;
B) “Marketinq və Menecment”;
C) “Kommunikasiya kompleksi”;
D) “Ehtiyatların idarə edilməsi”;
E) “Kompyuterlərdən istifadə səviyyəsinin yüksəldilməsi”.
361. Material resurslarının nomenklaturası, hazır məhsulların çeşidi, çəki və ölçü xarakteristikaları, istehlak xassələri, tətbiq edilən tara və qablaşdırma növlərini əks etdirən vasitəni göstərin:
A) ştrixləşdirilmiş kod;
B) marka;
C) elektron kod;
D) etiket;
E) a və d variantları düzgündür.
362. EAN kodlaşdırma sisteminin ilk üç rəqəmi nəyi göstərir:
A) məlumatlar bankının nömrəsi olmaqla həm də istehsalçı ölkənin kodu;
B) məhsulun istehlak xüsusiyyətlərini;
C) məhsul istehsal edən şirkəti;
D) məhsulun keyfiyyətini və rəngini;
E) məhsulun tərtibatını və ölçülərini.
363. Hansı məhsullara EAN-8 kodu verilir:
A) böyük ölçüyə malik olmayan məhsullara;
B) sənaye təyinatlı məhsullara;
C) kənd təsərrüfatı təyinatlı məhsullara;
D) tez xarab məhsullara;
E) b və d variantları doğrudur.
364. Karton karobkaların divarlarına yapışdırılan ştrix kodu göstərin:
A) İTF-14;
B) EAN-8;
C) EAN-13;
D) a və b variantları düzgündür;
E) cavabların heç biri düz deyil.
365. Ştrixlənmiş kodların çap edilməsi üçün hansı üsuldan istifadə olunur:
A) cavabların hamısı düzgündür.
B) fleksoqrafik və ofset çapı;
C) lazer texnologiyası ilə çap;
D) fotokompozisiyalı çap;
E) termoçap;
366. Ştrixlənmiş kod nömrəsində ölkənin kodundan sonra gələn növbəti beş rəqəm nəyi ifadə edir:
A) istehsalçı müəssisəni;
B) məhsulun miqdarını;
C) məhsulun həcmini;
D) məhsulun istehlak xüsusiyyətlərini;
E) məhsulun rəngini.
367. Anbarlaşdırma əmliyyatlarından tətbiq edilən informasiya standartlarına aid olan variantı seçin:
A) WİNS (Warehouse İnformation Network Standards);
B) AİAG (Avtomative İndustry Action Group);
C) UCS (Uniform Communication Standards);
D) TDCC (Transportation Data Coordinatinq CommitteE);
E) cavabların heç biri düzgün deyil.
368. Ştrixlənmiş kodlaşdırma sistemi ilk dəfə tədbiq olunub:
A) 1970-ci illərin əvvəlində ABŞ-da;
B) 1950-ci ildə Yaponiyada;
C) 1960-cı illərdə Almaniyada;
D) 1980-ci illərdə Fransada;
E) 1970-ci ildə Böyük Britaniyada.
369. EAN kodlaşdırma sistemində on üçüncü rəqəm belə adlanır:
A) nəzarət rəqəmi;
B) keyfiyyət rəqəmi;
C) ölçü rəqəmi;
D) qiymət rəqəmi;
E) çəki rəqəmi.
370. EAN kodlaşdırma sistemində axırıncı beş rəqəmin ilk rəqəmi nəyi göstərir:
A) məhsulun sinfini;
B) məhsulun çeşidini;
C) məhsulun kəmiyyətini;
D) məhsulun qrupunu;
E) məhsulun keyfiyyətini.
371. EAN kodlaşdırma sistemində axırıncı beş rəqəmin sonuncu rəqəmi nəyi göstərir:
A) məhsulun çeşidini;
B) məhsulun növünü;
C) məhsulun qiymətini;
D) məhsulun sinfini;
E) cavabların heç biri düzgün deyil.
372. Çəkilib satılan məhsullar (yağ, qənd, pendir və s.) kodlaşdırılan zaman İTF koduna əlavə olunur:
A) məhsulların kütləsini əks etdirən altı rəqəmli ştrixləşdirilmiş kod;
B) məhsulların çəkisini əks etdirən üç rəqəmli ştrixləşdirilmiş kod;
C) məhsulların kütləsini əks etdirən iki rəqəmli ştrixləşdirilmiş kod;
D) məhsulların çəkisini əks etdirən bir rəqəmli ştrixləşdirilmiş kod;
E) a və b variantları düzgündür.
373. Ştrixləşdirilmiş kodları çap üsulundan əlavə qablaşdırılan məhsulların üzərinə necə yapışdırılır:
A) b və e variantları düzgündür.
B) yarlıq;
C) simvol;
D) varianrların heç biri düzgün deyil;
E) etiket şəklində;
374. LS8500İR tipli portativ lazer skaynerin fəaliyyət dairəsini göstərin:
A) ştrix kodları infraqırmızı diapazonda gizli oxuyur;
B) kodlarını yuxarıdan oxumağa imkan verir;
C) daşınan kompyuter-skaner;
D) ştrix kodları şüşə vasitəsilə oxuya bilir;
E) tipik simvolları 60 sm məsafədən oxuya bilir.
375. Minik avtomobillərinin oturacaqlarının müəyyən rəngli dəridən hazırlanması belə adlanır:
A) kastomizasiya;
B) kastomerizasiya;
C) diversifikasiya;
D) tələbdən artıq məhsul;
E) klirinq.
376. İşin fasiləsizliyini təmin etmək üçün işçi yerlərində yaradılan hissələr, qovşaqlar üzrə ehtiyatları belə adlandırırlar:
A) dövriyyə ehtiyyatı;
B) nəqliyyat ehtiyyatı;
C) texnoloji ehtiyyat;
D) a və c variantları düzgündür;
E) variantların heç biri düzgün deyil.
377. Kütləvi istehsal tipində həyata keçirilir:
A) müəssisə məhdud və daima təkrarlanan nomenklaturada məhsul istehsalı;
B) müəssisə nisbətən geniş nomenklaturada məhsul istehsal edir və müəyyən vaxtdan bir təkrarlanır;
C) geniş nomenklaturada və çeşiddə məhsullar istehsal edilir və onların hazırlanması əksər hallarda təkrarlanmır;
D) a və b variantları düzgündür;
E) b və c variantları düzgündür.
378. Hansı istehsal şəraitində müəssisə nisbətən geniş nomenklaturada məhsul istehsal edir və bu proses müəyyən vaxtdan bir təkrarlanır:
A) seriyalı istehsalda;
B) kütləvi istehsalda;
C) fərdi istehsalda;
D) ictimai istehsalda;
E) a və d variantları düzgündür.
379. Məhsul vahidinə hər hansı materialdan konkret texniki parametrləri (tip-ölçüsü, markası, çeşidi, növü və s.) göstərilməklə hesablanmış normalar belə adlanır:
A) müfəssəl məsrəf normaları;
B) fərdi məsrəf normaları;
C) iriləşdirilmiş məsrəf normaları;
D) prespektiv normalar;
E) illik məsrəf normaları.
380. İstehlak olunan materialların istehsal edilən məhsula daxil olan hissəsi necə adlanır:
A) məhsulların faydalı məsrəfi;
B) qrup məsrəf normaları;
C) prespektiv normalar;
D) məhsulların faydasız məsrəfi;
E) xüsusi məsrəflər.
381. İstehsalın təşkili və idarə edilməsinin müasir logistik prinsiplərinə aid olmayan variantı seçin:
A) “Yaman gün” üçün maksimum ehtiyat yaradılır;
B) məhsulgöndərənlərə tərəfdaş kimi baxılır;
C) zay məhsul istehsalına yol verilmir;
D) artıq ehtiyatdan imtina edilir;
E) sifarişlərlə təsdiq edilməyən məhsullar istehsal edilmir.
382. İstehsalın təşkili və idarə edilməsinin ənənəvi logistik prinsiplərinə aid olmayan variantı seçin:
A) əgər zay məhsul istehsalı iqtisadi səmərəliliyin azaldılmasına səbəb olursa, ona yol verilmir.
B) hazırlanan məhsul nomenklaturası minimumdur;
C) maksimum iri partiyalarla məhsul istehsal edilir;
D) texnoloji cəhətdən əsaslandırılmış səviyyədə zay məhsul istehsalına yol verilir;
E) “Yaman gün” üçün maksimum ehtiyat yaradılır;
383. Satıcılara tətbiq olunan həvəsləndirici metod:
A) mükafatlar;
B) qiymət güzəştləri;
C) təkrar güzəştlər;
D) lotoreyaların verilməsi;
E) xərclərin ödənilməsi.
384. Təkrar güzəştlər nəzərdə tutulur:
A) dilerlər üçün;
B) satıcılar üçün;
C) istehlakçılar üçün;
D) rəhbərlik üçün;
E) a və b variantları düzgündür.
385. Çevik istehsal-logistik sistemləri xarakterizə edən amillərə aid edilir:
A) b və c variantları düzgündür.
B) ixtiyari nomenklaturalı məhsul istehsalı üzrə proseslərin avtomatlaşdırma səviyyəsi;
C) istehsal xarakterli xidmətlərin göstərilməsi üzrə avtomatlaşdırma səviyyəsi;
D) anbarlarda yüklərin nəqlinin avtomatlaşdırma səviyyəsi;
E) çevik istehsal modulları;
386. Adlı avadanlıqların xüsusiyyətlərinə aid deyil:
A) texnoloji əməliyyatların intensivləşdirilməsinin zəruriliyi.
B) istehsalın ciddi formada müəyyən edilməsi məqsədi;
C) xüsusi hazırlanma texnologiyasının zəruriliyi;
D) quraşdırma işlərinin mürəkkəbliyi;
E) istehsalın fərdiliyi;
387. Çeşid çevikliyini xarakterizə edən ən mühüm göstərici:
A) məhsulun maksimum yeniləşməsi əmsalı;
B) avadanlıqların yeniləşməsi əmsalı;
C) texnoloji prosesdən istehsal-logistik sistemlərin rasional istifadə etməsi qabiliyyəti;
D) istehsal-logistik sistemlərin konstruktiv çeviklik qabiliyyəti;
E) yarımfabrikatların rasional hazırlanması üçün istehsal-logistik sistemlərin qabiliyyəti.
388. Cəmiyyətin konkret tələbatının ödənilməsi üçün əmək pedmetini bu və ya digər formaya salan element:
A) əmək vasitələri;
B) insan əməyi;
C) əmək predmeti;
D) istehsal və bölgü;
E) cavabların hamısı doğrudur.
389. Artıq ehtiyatların yaradılmasını şərtləndirən amilləri göstərin:
A) b, c və e variantları düzgündür.
B) qiymətlərin mövsümi dəyişkənliyi;
C) inflyasiya amilinin mövcudluğu;
D) a və c variantları düzgündür;
E) qiymətlərin bazar konyukturasından asılılığı;
390. Müasir iqtisadi şəraitdə məhsulgöndərənlərin seçilməsi metodunu göstərin:
A) b, c və e variantları düzgündür.
B) firmalar özləri məhsulu göndərir;
C) tədarükat bazarlarına üstünlük verilir;
D) a və b variantları düzgündür;
E) vasitəçi formalara üstünlük verilir;
391. Təchizatın müasir forması:
A) tədarükat mərkəzi;
B) paylama mərkəzi;
C) istehsal mərkəzi;
D) istehlak mərkəzi;
E) saxlama mərkəzi.
392. İstehsal yerlərinin material resursları ilə maddi-texniki təminatının əsas prinsipi:
A) ehtiyatların yaradılması;
B) məhsulgöndərənlərin seçilməsi;
C) ehtiyatların yaradılmaması;
D) məhsul çeşidinin azaldılması;
E) variantların hamısı doğrudur.
393. Tələbatın hesablanmasında işçi heyətinin təcrübəsinə əsaslanan metod belə adlanır:
A) evristik metod;
B) stoxastik metod;
C) induksiya metodu;
D) determinləşdirilmiş metod;
E) induksiya metodu.
394. Materiallara tələbatın hesablanması zamanı tətbiq edilən metodların seçilməsinə təsir göstərən amillər:
A) b və e variantları doğrudur.
B) sifarişçinin maliyyə və istehsal imkanları;
C) əməliyyatların çevikliyi;
D) b və c variantları doğrudur;
E) istehlakçı müəssisənin ixtisaslaşma dərəcəsi;
395. Material axınlarının bölgüsü və hərəkəti:
A) maddi-texniki təchizat;
B) məhsulların daşınması;
C) çevik istehsal sistemi;
D) a və b variantları doğrudur;
E) b və c variantları doğrudur.
396. Logistikanın inkişafını şərtləndirən amillər:
A) b, c və e variantları doğrudur.
B)kompyuter texnologiyalarının meydana gəlməsi;
C)məhsuldaşımalara çəkilən məsrəflərin artması;
D)b və c variantları doğrudur;
E) marketinq konsepsiyasının geniş tətbiqi;
397. Logistikanın inkişafını şərtləndirən amillər:
A) b, c və e variantları doğrudur.
B)kompyuterlərdən istifadə səviyyəsinin yüksəlməsi;
C)ehtiyatların idarə edilməsində dəyişikliklərin baş verməsi;
D)b və c variantları doğrudur;
E) istehsalın səmərəliliyinin ən yüksək həddə çatması;
398. Material resurslarının bölgüsü prosesinin keyfiyyət xarakteristikasına aid olunur:
A) variantların hamısı səhvdir;
B) yüksək tələbkarlıq;
C)istehsalın maddi-texniki təminatı;
D)hazır məhsul satışı;
E) çevik istehsal sisteminin yaradılması.
399. Material, əmtəə, yük, informasiya, pul anlayışları belə də adlanır:
A) axın;
B) məhsul vahidi;
C)logistik sistem;
D)maliyyə;
E)struktur.
400. İstehsalçı müəssisənin qarşısında duran ən vacib problemlərə aid olunmur:
A) iqtisadi mühit amillərinə təsir göstərmək;
B)məhsulların keyfiyyətinin yaxşılaşdırılması;
C)istehlakçı sifarişlərinə dolgun cavab vermək;
D) məhsulların tədavül kanallarından tez keçməsini təmin etmək;
E)maddi-məsrəfləri azaltmaq.
401. Material axınlarının ümumi vaxtında məhsulların müxtəlif bölgü kanallarında saxlanılmasına sərf olunan vaxtın xüsusi çəkisi:
A) 93%;
B) 32%;
C) 56%;
D)14%;
E)70%.
402. Material axınlarının ümumi vaxtında anbarlarda məhsulların xüsusi istehsalına sərf olunan vaxtın xüsusi çəkisi:
A) 2%;
B)6%;
C)17%;
D) 29%;
E)24%.
403. Material axınlarının ümumi vaxtında məhsulların nəql edilməsinə sərf olunan vaxtın xüsusi çəkisi:
A)5%;
B)3%;
C)8%;
D)16%;
E)32%.
404. Respublikamızın müstəqilliyi dövründə maddi-texniki təchizat sisteminin kəmiyyət və keyfiyyət dəyişikliklərinə məruz qalmasının əsas səbəbləri:
A) variantların hamısı döğrudur.
B)material resurslarının mübadiləsindəki mütləq hökmranlıq;
C)tələb və təklifə söykənən bazar iqtisadiyyatına keçid;
D)material axınlarının bölgüsü və hərəkətini tənzimləyən sistemin dağılması;
E) “yuxarıdan” sərt bölgü mexanizminin mövcudluğu;
405. Bazar iqtisadiyyatında istehsal-kommersiya fəaliyyətinin ağırlıq mərkəzi:
A)tədafül sferası;
B)inzibati-ərazi vahidi;
C)maliyyə sferası;
D)vergi sistemi;
E)məhsul çeşidinin artırılması.
406. Logistikanın bir elm kimi tətbiqini zəruri edən amillər:
A) b və e variantları doğrudur.
B)zəruri ehtiyatların yaradılması;
C)tədarükat prosesinin ləğv edilməsi;
D)məhsulların satışının stimullaşdırılması;
E) məhsulların daşınması və saxlanması;
407. Logistikanın bir elm kimi tətbiqini zəruri edən amillər:
A) istehsal xərclərinin azaldılması;
B) bazar seqmentinin genişləndirilməsi;
C)məhsulun keyfiyyətinin artırılması;
D)a və b variantları doğrudur;
E)b və c variantları doğrudur.
408. Elmi texniki fəaliyyət sferası hesab edilən logistikaya tələbat yaradır:
A) b və d variantları doğrudur;
B)material, maliyyə, informasiya, kadr və s. axınların idarə edilməsi;
C)məhsullara tələbatın formalaşdırılmasının idarə edilməsi;
D) tədafül sferasının səmərəli idarə edilməsi;
E)a, b və c variantları doğrudur.
409. Yunan dilində “logistika” termininin təyinatı:
A) b və c variantları doğrudur.
B)hesablamaq;
C)yadda saxlamaq;
D)təchiz etmək;
E) yerbəyer etmək;
410. “Logistika” terminin yunan dilində izahına aid olan variantı göstərin:
A)hesablama aparmaq;
B)riyazi məntiq;
C)ordunun material resursları ilə təmijnatı;
D)variantların hamısı doğrudur;
E)variantların hamısı səhvdir.
411. “Logistika” termininin yaranma mənbəyi:
A) b, c və e variantları doğrudur.
B)“laggia”;
C)“loger”;
D)b və c variantları doğrudur;
E) “laubja”;
412. “Logistika” sözünün fransız mənşəli kökü:
A)“loger”;
B)“loggia”;
C)“logizesthai”;
D)“laubja”;
E)“logismos”.
413. “Logistika” termininin italyan mənşəli kökü:
A) “loggia”;
B) “loger”;
C) “logizesthai”;
D) “laubja”;
E) “logismos”.
414. Sahibkarlıq firmaların məqsədləri:
A) b və d variantları doğrudur;
B)istehsal xərclərinin azaldılması;
C)korporativ gəlirləri azaldılması;
D) mənfəət həcminin artırılması;
E)b və c variantları doğrudur.
415. Antik dövrlərdə “logistika” termininin mahiyyəti:
A) b, c və e variantları doğrudur.
B)nəqletmə və yerbəyeretmə;
C)hesablama və ölçü alqoritmlərinin məcmusu;
D)a və b variantları doğrudur;
E) ərzaqla təchizat;
416. İlkin olaraq logistikanı hesablama aparmaq bacarığı kimi başa düşənlər:
A) Yunanlar;
B)Roma sakinləri;
C) Fransızlar;
D)İtalyanlar;
E)Almanlar.
417. “Logistika” termindən ilk dəfə istifadə edən ölkə:
A) Yunanstan;
B) İngiltərə;
C)Fransa;
D)Almaniya;
E)İtaliya.
418. IV əsrdə Arximedin əsərlərində göstərilən yunan logistiklərinin sayı:
A)10;
B)24;
C)7;
D)15;
E)33.
419. Hansı dövrdə bir sıra ölkələrin hərbi leksikonunda silahlı qüvvələrin material resursları ilə təminatı logistik fəaliyyət adlandırılmışdır:
A)bizim eranın I minilliyində;
B)bizim eranın III minilliyində;
C)bizim eranın II minilliyində;
D)bizim eranın IV minilliyində;
E)bizim eranın V minilliyində.
420. Tədarükat bazarı, təchizat prosesi, daxili material axınları, satış bazarı ümumilikdə belə adlanır:
A) istehsal və mübadilə sferasında logistik sistemlər;
B)idxal sferası;
C)istehsal sferası;
D) ixrac sferası;
E)mübadilə sferası.
421.Bizans imperatoru VI Leontos logistikanın təyinatını belə müəyyənləşdirmişdir:
A) hərb sənətinin üçüncü kateqoriyası;
B)hərb sənətinin strategiyası;
C) hərb sənətinin faktikası;
D)hərb sənətininbaşlanğıcı;
E)hərb sənətinin məharəti.
422. VI Leontos hansı əsərində logistikanın təyinatını konkret müəyyənləşdirmişdir:
A)“Müharibə bacarığının ümumi təhlili”;
B)“Müharibə bacarığının səmərəli istifadə”;
C)“Müharibə bacarığının üstünlükləri”;
D)“Müharibə bacarığının fərdi təhlili”;
E)Variantların hamısı səhvdir.
Dostları ilə paylaş: |