Lokal şəbəkələrdə təhlükəsizli sisteminin işlənilməsi” mövzusunda magistr dissertasiyasi



Yüklə 21,72 Kb.
səhifə2/3
tarix07.09.2022
ölçüsü21,72 Kb.
#117712
1   2   3
Referat

Tədqiqatın məqsəd və vəzifələri. Müasir kompüter şəbəkələrində təhlükəsizlik problemlərini, şəbəkələrdə informasiyanın perspektiv müdafiəsi metodlarını və üsullarını öyrənmək etmək dissertasiya işinin əsas məqsədidir. Kompüter şəbəkələrində informasiya mübadiləsinin təhlükəsiz şəkildə təmin edilməsi üçün bu cür metod və vasitələrdən istifadə, həmçinin onun real layihə üzərində tətbiqi də dissertasiya işinin vəzifəsidir.
Tədqiqatın obyekti və predmeti. Tədqiqat işinin obyekti lokal kompüter şəbəkələri, informasiya təhlükəsizliyi, kriptoqrafiya, şəbəkə təhlükəsizliyi sahələrini əhatə edir. Tədqiqat işinin predmeti isə lokal kompüter şəbəkələrində informasiya təhlükəsizliyini təmin etmək üçün istifadə olunan üsul və vasitələrdən, mexanizmlərdən bəhs edir.
Tədqiqat metodları. Dissertasiya işinin yazılmasında bir sıra tədqiqat metodlarından istifadə olunmuşdur. Belə ki, layihə hazırlanmazdan öncə elmi metoddan istifadə olunaraq tədqiqat mövzusu geniş araşdırılmışdır. Əhatə olunan elm sahələri tədqiq edilmiş lazım olan elmi məlumatlar ümumiləşdirilmişdir. Analiz və sintez üsulları tətbiq edilərək daha sonra formallaşdırma metodu ilə toplanan məlumatlar dissertasiya işinin strukturu yaradılmışdır. İnduksiya metodundan istifadə etməklə imitasiya olunan layihə reallaşdırılmış müxtəlif sınaq və eksperimentlər aparılmaqla layihə işlək vəziyyətə gətirilmişdir.
Tədqiqatın informasiya bazası kimi İngilis, Rus və Azərbaycan dillərində olan ədəbiyyatlardan istifadə olunmuşdur. Dünyada kompüter şəbəkələrinin işlənməsində yüksək nüfuza sahib Cisco şirkətinin texnologiyalarından istifadə olunmuş və bu istiqamətdə məqalələrin araşdırılmasına üstünlük verilmişdir.
Tədqiqatın elmi yeniliyi. Təqdim olunan dissertasiya işi müasir informasiya texnologiyalarından və sistemlərindən istifadə etməklə lokal kompüter şəbəkələrində təhlükəsizliyin tədqiqinə və kiçik bir müəssisə üçün imitasiya olunmuş real lokal kompüter şəbəkəsinin yaradılmasından bəhs edilən layihənin təsvir olundu həsr edilmiş ilk magistr dissertasiyasıdır. Dissertasiya işinin sonunda əldə edilmiş həm nəzəri, həm də praktik əhəmiyyətə malik olan təkliflər və nəticələr təqdim edilmiş və onların əhəmiyyətindən bəhs edilmişdir.

Yüklə 21,72 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin