Lokal şəbəkələrdə təhlükəsizli sisteminin işlənilməsi” mövzusunda magistr dissertasiyasi


Nəticələrin praktiki əhəmiyyəti və tətbiq sahələri



Yüklə 21,72 Kb.
səhifə3/3
tarix07.09.2022
ölçüsü21,72 Kb.
#117712
1   2   3
Referat

Nəticələrin praktiki əhəmiyyəti və tətbiq sahələri. Kompüter sisteminə edilən hücum istənilən vaxt hər hansı bir yerdən baş verə bilər və bu səbəbdən bir şirkətin kompüterini və şəbəkə sisteminin təhlükəsizliyi təmin etmək mütləqdir. Bir şirkətin şəbəkə sistemində təhlükəsizlik qatının qurulması yüksək büdcən və uzun vədəli zaman müddətini əhatə edir, lakin təhlükəsizlik sisteminin qurulması meydana gələ biləcək itkilər və zərərləri nəzərə alsaq həmin büdcəyə və zamanı xərcləməyə dəyər. Şirkətin şəbəkə resurslarının qorunması, nəyin və kimdən qorunması lazım olduğuna qərar verən təhlükəsizlik planı və siyasətinin hazırlanmasını və zərərləri dayandırmaq üçün doğru təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edir. Şirkətin hər növ qaynaqlarını hədəf alan şəbəkə sisteminin daxilindən və xaricindən gələn təhdid və hücumlara görə sistemin davamlı olaraq izlənilməsinə ehtiyac vardır.
Bu araşdırma istənilən şirkətin şəbəkə sisteminin hücuma qarşı immunitetinin olmadığını, sistemin təhlükəsizlik zəifliyi, konfiqurasiya və texnologiya zəifliyi mənbələrinin gözlənilməz olduğunu və onlardan müdafiə olunma üsullarını əhatə edir. Kiçik şirkətlərin şəbəkə sistemində bu cür problemlərin baş verməməsi üçün əsas şəbəkə cihazları konfiqurasiyasının nümayişi, 2 və 3-cü səviyyə təhlükəsizlik xüsusiyyətlərinin tətbiqi, firewall yerləşdirilməsi, simsiz məlumat şifrələməsi, VPN bağlantısı vasitəsilə şirkət istifadəçiləri üçün təhlükəsiz simsiz giriş və uzaqdan qoşulan istifadəçilər üçün VPN bağlantısı tətbiqi test olunaraq lokal şəbəkədə yerləşdirilmişdir. Qurulmuş təhlükəsizlik sistemi kiçik bir şirkətin şəbəkə sistemini, qaynağını daxili və xarici hücumlardan qorumaq üçün çox yaxşı və təhlükəsiz işləməsini təmin edir.
Yüklə 21,72 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin