51
- maliyyə-krеdit inhisarçılığ;
- bazar subyеktlərinin üfüqi və şaquli sazişləri nəticəsində
yaranan inhisarçılıq;
- təbii inhisarçılıq;
- patеnt-lisеnziya inhisarçılığı.
Ə
gər hər bir sahibkarın öz gəlirini artırmaq marağı onun
fəaliyyətinin inhisara çevrilməsinə təkan verirsə, bu zaman rəqabətin
təmin edilməsi onun maraq və vəzifəsinə çevrilməlidir. Bu baxım-
dan bazar iqtisadiyyatında inhisar və təbii inhisarı bir-birindən fərq-
ləndirmək lazımdır. Çünki onların mövcudluğu fərqli tələb, zərurət
və şəraitdən irəli gəlir. Əgər inhisarçılıq iqtisadiyyatda müəyyən
maneələr, problemlər yaradırsa, təbii inhisarlar birincisi, məhsulun
və xidmətin istehsalı və reallaşdırılması, habelə cəmiyyət üçün
onların strateji xarakter daşıması, çox zaman məhsul istehsalının
həcminin artması onun xərclərinin azalmasına gətirib çıxardığından
iqtisadi inkişaf üçün müsbət rol oynayır. Bu baxımdan, dövlət ölkədə
qiymətlərin səviyyəsinə təsir göstərməklə özünün iqtisadi funksiya-
larını səmərəli yerinə yetirmək üçün bir çox hallarda strateji məhsul
və xidmət sahələrini əhatə edən təbii inhisarları öz əlində saxlayır.
Təbii inhisarların məhsulları və göstərdikləri xidmət digər sahələrin
məhsullarının istehsalında xammal kimi çıxış etdiyindən, bu sahədə
qiymətlərin yüksəldilməsi bütünlükdə iqtisadiyyatda zəncirvari
olaraq digər sahələrin məhsullarının qiymətlərinin artmasına səbəb
olur. Təbii inhisardan fərqli olaraq təkrar istehsal prosesində bazarda
yaranan inhisarlar müxtəlif sövdələşmələrin, birləşmələrin nəticə-
sində yaranmaqla ümumən milli iqtisadiyyatın inkişafına rəqabət-
qabiliyyətliliyə təsir göstərir.
Dostları ilə paylaş: