75
liberallaşdırılması əmtəə bazarlarının total inhisarı şəraitində də
mümkündür, lakin bu, inflyasiyanın (iqtisadi agentlərin müvafiq
gözləmələri ilə) kəskin surətləndirilməsini labüd surətdə tələb edə-
cəkdir. Ona görə də bazar mexanizmlərinin möhkəmləndirilməsi
rəqabət mühitinin formalaşmasını və bu, yaxud digər şirkətlərin
inhisarçı davranışı faktlarının tamamilə aradan qaldırılmasını zəru-
rətə çevirir.
Dövlət tərəfindən dəqiq irəli sürülən inflyasiya tempi və onun
təminatını zəiflətmək cəhdləri zamanı qiymət dinamikasının stabil-
ləşməsi məqsədi bütün digərləri üzərində üstün olur, ev təsərrüfatı
və şirkətləri öz iqtisadi davranışını qəfil dəyişir. Onlar əmanətlərin
artırılması haqqında ciddi fikirləşməyə başlayaraq öz istehlak
potensialını tədricən müəyyənləşdirir.
Hər bir hökumətin əsas vəzifəsi - onun tərəfindən keçirilən an-
tiinflyasiya kursu və inflyasiya gözləməsinin stabilliyinin dəyişil-
məzliyinə əhalini inandırmaqdır. Əgər bu həll edilərsə və etibar bər-
pa olunarsa, onda hakimiyyət ictimai fikirləri idarə edərək vacib
antiinflyasiya məqsədlərinə hətta bunun üçün zəruri resursların ki-
fayət qələr olmadığı şəraitdə nail olmağın real imkanlarını əldə edir.
Dostları ilə paylaş: