M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix25.11.2022
ölçüsü0,68 Mb.
#119915
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
M.A.ƏHMƏDOV A.C.HÜSEYN İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ƏSASLARI Metodik vəsait BAKI - 2011

Proqressiv vergiqoymada gəliri az olan əhali daha aşağı vergi 
verməyə, gəliri yuxarı olan əhali isə daha yüksək vergi ödəməyə 
məruz qalır. Belə vergiqoyma məşğulluq problemi olan dövlətlərdə 
tətbiq olunur. Yəni 3 iş yerində fəaliyyət göstərən bir şəxs bir əmək-
haqqını vergi şəklində dövlətə ödəməyə məcbur olur. Ona görə də o, 
bu iş yerindən çıxaraq iki və yaxud bir iş yerində işləmək istəyini 
göstərir. Beləliklə, artıq tutulmuş iş yerlərinin azad olunması və 
işsizlərin sayının azadılması tendesiyası müşahidə olunur. 
Bazar iqtisadiyyatı şəraitində vergi dərəcələrinin optimal 
səviyyəsinin seçilməsi üçün ölkədə məşğulluq, investisiya qoyuluş-
ları, inflyasiya, işgüzarlıq fəaliyyətinin səviyyəsi və s. göstəricilər 
nəzərə alınmalıdır. Çünki vergilərin səviyyəsinin aşağı və yaxud yu-
xarı olması dolayı yolla stimullaşdırma və məhdudlaşdırma funk-
siyası rolunu oynayır. 
 
Mövzu 8. Dövlətin pul-kredit siyasəti 
 
Plan: 
 
1. Pul-kredit siyasətinin mahiyyəti, məqsəd və vəzifələri. 
2. Pul-kredit siyasətinin alətləri, onların təsiri mexanizmi. 
 
1. İqtisadiyyatda lazımı pul kütləsini təmin etmək və tənzim-
ləmək üçün dövlət pul-kredit siyasətindən istifadə edir. Onun əsas 
vəzifələrinə aşağıdakılar aiddir: 
1) İqtisadi konyukturanı və dövriyyədə olan pul kütləsini 
tənzimləmək, inflyasiya ilə mübarizə aparmaq. 
64
2) Milli valyutanın məzənnəsini aparıcı dövlətlərin dönərli 
valyutalarına nisbətən tənzimləmək. 
3) Ölkənin müsbət tədiyə balansına nail olmaq. 
Dövlət tərəfindən həyata keçirilən pul-kredit siyasətini real-
laşdırmaq üçün onun aşağıdakı istiqamətləri seçilir: 
1) İqtisadi sabitliyə nail olmaq üçün dövlət pul-kredit siyasətinin 
müəyyən vaxt üçün zəruri olan metodları seçir və tətbiq edir. 
2) Dövlət cari və gələcək dövr üçün pul-kredit siyasəti sahəsində 
strategiyanın müəyyənləşdirir. 
3) Hər il üçün pul-kredit siyasətində tətbiq edilən tədbirlərin 
istiqamətlərini və müddətini dövlətin idarəedici hakimiyyət orqanları 
tərəfindən təsdiqləyir. 
Pul-krеdit siyasəti ilə iqtisadi siyasəti həyata kеçirən zaman 
aşağıdakı sоn və aralıq məqsədələr qarşıya qоyulur: 
Sоn məqsədlərə ÜDM tеz zamanda artımını, işsizliyin aşağı 
salınmasını, sabit qiymətlərin, dayanıqlı tədiyyə balansının təmin 
edilməsini göstərmək оlar. 
Aralıq məqsədlərə isə pul kütləsi, faiz dərəcəsi və mübadilə 
məzənnəsinin təyini və tənzimlənməsi aid edilə bilər. Qərb iqtisadi 
ə
dəbiyyatında bu aralıq məqsədlərinin nə Mərkəzi Bankın pul-krеdit 
siyasətinin alətlərinə, nə də оnun pul-krеdit siyasətinin rеal məqsəd-
lərinə aid еtmirlər və belə hеsab еdirlər ki, оnlar Mərkəzi Bankın 
alətləri ilə məqsədlərini birləşdirən bir mехanizmdir. 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin