M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix25.11.2022
ölçüsü0,68 Mb.
#119915
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
M.A.ƏHMƏDOV A.C.HÜSEYN İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ƏSASLARI Metodik vəsait BAKI - 2011

İnflyasiya gözləmələrinin ləğv edilməsi siyasəti iqtisadi agent-
lərin tarixən formalaşan davranışının radikal syrətdə aradan qaldırıl-
masına yönəldilir və nağd pulun alıcılıq qabiliyyətinin itkisinə yol 
verməmək məqsədilə daha tez bazarlıq etmək tədbirlərini əhatə edir. 
Ə
halinin inflyasiya psixologiyasında həlledici dəyişikliyə nail olun-
ması inflyasiyanın özünün qabaqcadan qarşısının alınmasını tələb 
etmir. Bu məsələnin həlli ilkin şərti hesab olunmur. Bununla belə 
ə
halinin əksəriyyətinin etibarını qazanan hökumətin formalaşması və 
bazar mexanizmlərinin möhkəmləndirilməsi, hər şeydən əvvəl, möv-
cud inflyasiya gözləmələrinin ləğv edilməsinin birbaşa nəticəsinə 
çevrilir. 
İnflyasiya gözləmələrinin aradan qaldırılmasında qiymətlərin 
tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Əgər qiymətlərin müəy-
yənləşdirilməsi hakimiyyət orqanlarının sərəncamındadırsa, əmtəə 
defisiti və defisit (inflyasiya) gözləməsi qaçılmaz olcaq. Qiymətlərin 


75
liberallaşdırılması əmtəə bazarlarının total inhisarı şəraitində də 
mümkündür, lakin bu, inflyasiyanın (iqtisadi agentlərin müvafiq 
gözləmələri ilə) kəskin surətləndirilməsini labüd surətdə tələb edə-
cəkdir. Ona görə də bazar mexanizmlərinin möhkəmləndirilməsi 
rəqabət mühitinin formalaşmasını və bu, yaxud digər şirkətlərin
inhisarçı davranışı faktlarının tamamilə aradan qaldırılmasını zəru-
rətə çevirir. 
Dövlət tərəfindən dəqiq irəli sürülən inflyasiya tempi və onun 
təminatını zəiflətmək cəhdləri zamanı qiymət dinamikasının stabil-
ləşməsi məqsədi bütün digərləri üzərində üstün olur, ev təsərrüfatı 
və şirkətləri öz iqtisadi davranışını qəfil dəyişir. Onlar əmanətlərin 
artırılması haqqında ciddi fikirləşməyə başlayaraq öz istehlak 
potensialını tədricən müəyyənləşdirir. 
Hər bir hökumətin əsas vəzifəsi - onun tərəfindən keçirilən an-
tiinflyasiya kursu və inflyasiya gözləməsinin stabilliyinin dəyişil-
məzliyinə əhalini inandırmaqdır. Əgər bu həll edilərsə və etibar bər-
pa olunarsa, onda hakimiyyət ictimai fikirləri idarə edərək vacib 
antiinflyasiya məqsədlərinə hətta bunun üçün zəruri resursların ki-
fayət qələr olmadığı şəraitdə nail olmağın real imkanlarını əldə edir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin