81
4)Kənd təsərrüfatında satınalma qiymətləri dövlət tərə-
findən təyin edilə bilər və çox zaman belə qiymətlərin yuxarı və aşa-
ğ
ı həddləri müəyyənləşdirilir. Qiymətlərin yuxarı həddinin təyini is-
tehlakçıların, alıcıların maraqlarını qorumaq, aşağı həddi təyin
edilərsə, istehsalçıların maraqlarını qorumaq nəzərdə tutulur.
5)Kontrakt (müqavilə) qiymətləri 2 tərəf arasında tələb və
təklifin təyin edilməsi əsasında müəyyənləşdirilən qiymətdir.
Bazar iqtisadiyyatında dövlət inhisar, təbii inhisar və inhisar
mövqeli məhsulların qiymətlərini aşağıdakı metodlarla tənzimləyə
bilər:
1) Onları özü sabit şəkildə təyin edə bilər.
2) Müəssisə tərəfindən verilən qiymətləri bəyannamə (deklara-
siya) tətbiq etməklə təhlil etdikdən sonra təsdiqləyə bilər.
3) Qiymətlərin dondurulması, yəni fövqəladə hallarda dövlət qiy-
mətlərin qalxmasına icazə verməmək üçün bir çox vacib məhsulların
qiymətini müvəqqəti olaraq dondurur.
4) Dövlət bölməsində rentabellilik səviyyəsini müəyyən edir.
5) Vergi, gömrük dərəcələrini müəyyənləşdirir və bununla qiy-
mətlərə təsir göstərir.
6) Dövlət kredit dərəcəsini tənzimləməklə ölkədə sahibkarlıq
investisiya mühitinə, son nəticədə istehsal olunan məhsulun
qiymətinə təsir göstərir.
Dostları ilə paylaş: