M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix25.11.2022
ölçüsü0,68 Mb.
#119915
1   ...   25   26   27   28   29   30   31   32   ...   37
M.A.ƏHMƏDOV A.C.HÜSEYN İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ƏSASLARI Metodik vəsait BAKI - 2011

Elmi texniki tərəqqinin nailiyyətlərinin iqtisadiyyata tətbiq 
edilməsi dövlət qarşısında duran əsas vəzifələrdən biridir. Ona görə 
də bazar iqtisadiyyatında elmi-texniki tədqiqatların həyata keçi-
rilməsi, elmi-tədqiqat institutlarının fəaliyyətinin saxlanması və 
88
genişləndirilməsi dövlətin maraq dairəsində saxlanılır. Bu baxımdan, 
dövlət elmi-texniki siyasəti və onun əsas istiqamətlərini işləyib 
hazırlayaraq formalaşdırır. Bu istiqamətlərə aşağıdakılar aiddir: 
1) Fundamental elmlərin inkişaf etdirilməsi və onların prespektiv 
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi. 
2) Elmi tədqiqatların maliyyələşdirilməsi. 
3) Elmi araşdırmalar, tədqiqatlar mərkəzinin yaradılması və 
dövlət müəssisəsi kimi saxlanması. 
4) Beynəlxalq əməkdaşlığın aparılması. 
5) Müəllif hüquqlarının qorunması və elmi kadrların 
sığortalanması. 
6) Kadrların hazırlanması və təkmilləşdirilməsi. 
Bütün bu istiqamətləri reallaşdırmaq üçün dövlət elmi-texniki 
siyasət sahəsində, ilk növbədə, müvafiq qanunlar qəbul edir. Hər bir 
dövlət milli maraqlarından çıxış edərək özünün elmi-texniki 
siyasətini müəyyənləşdirir və reallaşdırır. 
Elmi-tədqiqatların nəticələri çox zaman gözlənilən nəticəni 
vermir. Ona görə də özəl bölmə əsaslı əsaslı elmi-tədqiqatlara in-
vestisiya qoymağa o qədər də can atmır. ETT-nin bütünlükdə ölkə 
iqtisadiyyatı, dünyada onun mövqeyinin möhkəmləndirilməsi üçün 
ə
həmiyyətinin həlledici olduğunu nəzərə alaraq, dövlət bu sahənin 
inkişaf etdirilməsi məsələlərini öz üzərinə götürür. Bununla belə 
ETT-nin nəticələrinin məhsulun istehsal xərclərinin azaldılmasına, 
texnika və texnologiyanın yeniləşdirilməsinə, keyfiyyətin və rəqabət 
qabiliyyətliliyinin artırılmasına səbəb olduğundan, bir çox hallarda 
özəl bölməyə özəl qrumlarda onun nəticələrin tədqiqində maraqlı 
olur.
Döblətin elmi-texniki siyasəti əməli cəhətdən ölkədə innova-
siyalı inkişaf modelinə keçidin təmin edilməsi yolu ilə reallaşdırıla 
bilər.
Dövlətin innovasiya siyasətini həyata keçirmək üçün aşağıdakı 
metodlardan istifadə edir: 
1) İnzibati metodlara aiddir: dövlət büdcəsindən büdcə təyinatlı 
elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi, xüsusi tədqiqatlar üçün 
dövlət sifarişlərinin həyata keçirilməsi, xüsusi dövlət proqramlarının 


89
işlənib hazırlanaraq qəbul edilməsi, elmi laboratoriyaların, təhsil 
strukturlarının, tədqiqat institutlarının saxlanması və maliyyələşdiril-
məsi, kadrların hazırlanması və s. 
2) İqtisadi metodlara aiddir: özəl bəlmədə elmi tədqiqatları həyata 
keçirən və maliyyələşdirən sahibkarlara vergi güzəştlərinin tətbiq 
edilməsi, elmi-tədqiqatların nəticələrindən istifadə edən sahibkarlara 
gömrük tariflərində güzəştlər etməklə aşağı faizli kreditlərin 
verilməsi və s. 
3. Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq iqtisadiyyatın 
ə
sas istiqamətlərinin müəyyənləşdirilməsi və ehtiyat (resurs) qə-
naəti,yüksək texnologiyanın tətbiqi və ekoloji cəhətdən təhlükəsiz 
istehsalın tətbiqi nöqteyi-nəzərindən struktur siyasətin həyata ke-
çirilməsi vacib sayılır. İqtisadiyyatın mövcud sturukturu bir sıra 
neqativ problemlərlə xarakterizə olunur. Onlara misal kimi, emal 
sahələrinin istehsalının aşağı düşməsini və istifadə olunan texnologi-
yanın keyfiyyətinin aşağı olmasını göstərmək olar. Ona görə də 
müasir keçid mərhələsində dövlət iqtisadiyyatın sturukturunda 
dəyişikliklər etməklə istehsalın sabitləşdirilməsi və onun artırılması 
üçün bir sıra tədbirlər görür. Bu tədbirlər kimi ölkə iqtisadiyyatının 
maliyyə təminatı və sabitliyinin xalq təsərrüfatının müxtəlif sahələri 
arasında dispraporsiyaların aradan qaldırılması və daxili istehsalın 
inkişafı üçün lazımı iqtisadi mühitin yaradılması, investisiya qoyu-
luşlarının edilməsini göstərmək olar. İqtisadiyyatın strukturunun 
növlərinə aid edilir: siyasi-iqtisadi struktur; təşkilatı-funksional

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin