60
kreditin maksimum həcmi göstərilir. Adətən, müqavilə 1 illik bağlanılır və 1 ildən
sonra təzələnə bilər. Əgər bank auditor tərəfindən imzalanmış kompaniyanın fəaliyyəti
üzrə hesabatı alarsa və bu fəaliyyəti öyrənmək imkanına malik olarsa, kredit xətti
təzələnə bilər. Əgər dövrün qurtarması 31 dekabra təsadüf edərsə, bank bu müddəti
marta qədər artıra bilər. Martda bank və borclu görüşərək, gələcək il üçün firmanın
kredit tələbatını keçən ilin fəaliyyətinin nəticələrinə görə müəyyənləşdirir. Kreditin
həcmi, borclunun kredit qabiliyyətinin bank tərəfindən qiymətləndirilməsi və onun
vəsaitlərə olan tələbatı əsasında müəyyənləşir. Bu şərtlərin dəyişilməsi ilə kredit xətti
də dəyişilə bilər.
Aydındır ki, nağd vəsaitin olması haqqında smeta, borclunun qısamüddətli
kreditləşməyə olan tələbatı haqqında dəqiq məlumat verir. Əgər bank razılıq verərsə,
firma qısamüddətli ssudanı, adətən, 90 gün üçün götürə bilər. Bəzi banklar
kreditləşmənin bu növünə mövsümi və ya müvəqqəti maliyyələşmə kimi baxırlar və
onlar tələb edə bilərlər ki, borclu bir müddət bu vəsaitdən istifadə etməsin. Çox vaxt
borcludan borcun müəyyən müddətdə, yəni 1-2 ay ərzində ödənməsini də tələb edə
bilərlər. Belə ödəniş isə, ssudanın doğrudan da mövsümi xarakter daşıdığını təsdiq edir.
Borclu üçün bir çox üstünlüklərinə baxmayaraq, kredit xətti bankın kredit
verməsinin formal öhdəçiliyi olmur. Borcluya çox vaxt xəbərdarlıq edilir ki, bank
yalnız müəyyən məbləği kredit verə bilər. Əgər il ərzində müəssisənin maliyyə
vəziyyəti pisləşərsə, kredit verilməsi dayandırıla bilər.
Dostları ilə paylaş: