M. C. AtakiŞİyev n. M.ŞIXƏLİyeva r. N. NurəLİyeva maliYYƏ menecmenti (Dərslik)


 Qiymətli kağızların imtiyazlı şərtlərlə alınması



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə44/55
tarix22.03.2023
ölçüsü0,96 Mb.
#124247
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   55
kitabyurdu org-maliyye-menecmenti

 
10.2 Qiymətli kağızların imtiyazlı şərtlərlə alınması 
İmtiyazlı abunə - firma tərəfindən qiymətli kağızların öz səhmdarlarına satılması 
olub, səhmlərin imtiyazlı şərtlərlə alınmasıdır.
Bir çox firmalar, qiymətli kağızlarını növbəti buraxılışını əvvəlcə öz 
səhmdarlarına imtiyazlı abunə vasitəsilə təklif edirlər. Çox vaxt korporasiyanın 
nizamnaməsində nəzərə alınır ki, adi səhmlərin yeni buraxılışı, əvvəlcə öz səhmdarlara
təklif olunsun. Buna həmçinin hüquq üstünlüyü də deyilir. Belə hüquqa əsasən 
kompaniya səhmdarları kompaniyanın dəyərində öz paylarını saxlamaq imkanları olur.
Əgər korporasiya adi səhmlərin əlavə buraxılışını aparırsa, səhmdarlara bu 
səhmlərə yazılmaqdan ötrü növbədənkənar hüquq verilir ki, bununla da onlar öz 
səhmlərinin nisbi mütənasibliyini saxlasınlar. 
Kompaniya səhmdarlara öz səhmlərini imtiyazlı abunə ilə təklif etdikdə, onlar hər 


80 
bir səhmə sertifikat göndərirlər. Əgər adi səhmlərin emissiyası gedirsə, bu sertifikatlar 
səhmdarlara əlavə səhmlərin alınması hüququnu onların yerləşməsi şərtlərinə uyğun 
olaraq verirlər. Bu şərtlər, bir yeni səhmə abunədən ötrü lazım olan sertifikatların sayını, 
abunənin dəyəri və təklifin qurtarması müddətini müəyyən edir. Sertifikat sahibinin, 
onlardan istifadə etmək üçün 3 alternativ üsulu vardır: 
1. öz imtiyazından istifadə edərək, yeni buraxılışın səhminə abunə olmaq; 
2. onları başqa şəxslərə vermək mümkün olduğundan, bu sertifikatları satmaq olar; 
3. heç bir fəaliyyət göstərmədən onların müddətinin qurtarmasını gözləmək. 
Axırıncı alternativin seçilməsinə səbəb, sertifikatın dəyərinin çox az olması, ya 
da səhmdardakı səhmləri sayını çox az olması ilə əlaqədardır. Yeni səhmləri almağa 
çalışan səhmdarın kifayət qədər şəhadətnaməsi olmazsa, o çatışmayan şəhadətnamələri 
satın ala bilər. Məs.: əgər hal-hazırda sizin 85 səhminiz varsa və 1 səhmin alınması 
üçün 10 şəhadətnamə tələb edilirsə, sizin 85 şəhadətnaməniz yalnız 8 yeni səhmin 
alınmasına imkan verər. 9 səhm almaqdan ötrü isə daha 5 şəhadətnamə almalı 
olacaqsınız. 
İmtiyazlı şərtlərlə səhmləri yerləşdirilməkdən ötrü kompaniyanın direktorlar 
şurası abunəçilərin qeydiyyatı üçün xüsusi gün təyin edir. Qeydiyyat tarixi çatana 
qədər səhmlər sertifikatla, sonra isə sertifikatsız satılır. 
Sertifikatların bazar dəyəri, səhmlərin cari bazar dəyəri, abunənin dəyəri və yeni 
səhmin alınması üçün lazım olan şəhadətnamələrin sayından asılıdır. İmtiyazlı abunə 
elan edildikdən sonra və direktorlar şurası tərəfindən qeydiyyatın müddəti qurtardıqdan 
sonra 1 şəhadətnamənin nəzəri bazar dəyəri 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin