85
ödənmə sxemi, adətən, borclu tərəfindən ssudanı ödəməkdən ötrü vəsaitin alınması
mümkünlüyü ilə əlaqədardır və bərabər dövri ölənişləri nəzərdə tutur. Lakin müntəzəm
olmayan qaydada və həmçinin bütün məbləğin ssudanın
ödənilməsi müddətində də
öhdəçilik yerinə yetirilə bilər.
Bank müddətli ssudalarının çoxunun ödənmə müddəti 3 ildən 5 ilə qədərdir. Bu
çox hallarda bank və kompaniya, ssuda ödənildikdən sonra onun yenidən təzələnməsini
gözləyir. Belə «həmişəyaşıl» ssudalar, adətən, kompaniyanın artım fazasına aid olur.
Növbəti ssuda ödənildikdən sonra daima yenidən maliyyələşmənin gözlənilməsinə
baxmayaraq, bank bunu etməyə də bilər.
Bir çox hallarda, eyni borclu üçün müddətli ssudaların faiz stavkası qısamüddətli
kreditlərə nisbətən yüksəkdir. Müddətli ssudalar üzrə faiz stavkası iki yolla müəyyən
edilir:
1. Əvvəlcədən müəyyən edilmiş stavka. O, bütün müddət ərzində
fəaliyyətdə olur;
2. Baza stavkasının dəyişilməsi ilə dəyişilə bilən stavka.
Faizlərin ödənilməsindən başqa, borclu, bank tərəfindən kredit müqavilələrinin
bağlanması ilə əlaqədar olan məsrəfləri də ödəməlidir. Bundan başqa, öhdəçiliyin
olduğu müddətdə
öhdəçilik üçün komission, kredit qurtarana qədər alına bilər. Adi
müddətli ssuda üçün bu əlavə xərclər, ssuda üzrə faizlərin ümumi məbləğinə görə çox
deyildir. Öhdəçiliklər üzrə komission ödənişi, kompaniyaya borc pulun verilməsi üçün
müqavilənin tərtibi üçün alınan ödənişdir. Bu ödəniş pulun götürülməyən hissəsi üçün
alınır. Adi ödəniş 0,25-dən 0,75 faizə qədər ola bilər. Əgər 1 mln.manatlıq öhdəçilik
üçün 0,005% komission müəyyən edilibsə və kompaniya, öhdəçilik veriləndən 3 ay
sonra bu ssudanı tam götürübsə, o, banka 1000000x0,005x3/12=1250 manat ödəməlidir.
Adi bank müddətli bank ssudasının əsas üstünlüyü, onun elastik olmasıdır. Borclu
birbaşa borcu verənlə
münasibətdə olur və ssuda, danışıqlar yolu ilə bilavasitə
borclunun tələbinə uyğunlaşa bilər. Bankın borclu ilə münasibətdə təcrübəsi vardır və
ona kompaniyanın vəziyyəti bəllidir. Kompaniyanın tələbatı dəyişilərsə, ssudanın
şərtləri və müddətinə yenidən baxıla bilər. Adətən, müddətli bank ssudaları kiçik
sahibkarlıq müəssisələrinə verilir. Çünki bu müəssisələrin kapital bazarına çıxışları
yoxdur və qiymətli kağızların buraxılışını orada yerləşdirə bilmirlər. Qiymətli
kağızların buraxılışının yerləşdirilməsi vaxt tələb edir və kapital bazarındakı şəraitdən
asılıdır. Belə halda müddətli ssuda daha əlverişli olur. Hətta iri kompaniyalar da, kapital
bazarına çıxışları olsa da, səhmlərin buraxılışının yerləşdirilməsindən də, müddətli bank
ssudalarına üstünlük verir.
Təkmilləşdirilmiş kredit – kompaniyaya,
müəyyən müddətə müəyyən pul
86
məbləğinin verilməsi üzrə bankın formal öhdəçiliyidir. Adətən, bu qısamüddətli əsasda,
yəni 90 gün üçün verilən kreditdir, lakin kompaniya öhdəçiliyi azaldaraq, onu
yeniləşdirə bilər və ya müəyyən maksimuma qədər əlavə vəsait ala bilər. Bu kredit üzrə
müqavilələrin çoxu 3 illik olur, lakin daha qısa müddət üçün də öhdəçilik almaq olar.
Həmin kredit üzrə faiz stavkası 0,25-0,50%-dir. Bank öz üzərinə təkmilləşdirilmiş
kredit üzrə öhdəçilik götürdükdə, sərbəst pul vəsaitinə malik olmalıdır ki,
kompaniya
işlədiyi vaxtda onu ala bilsin. Borclu isə belə bir imkan üçün komission, yəni borcun
məbləği ilə qoyulmuş maksimum arasındakı fərqdən ödəməlidir. Belə kredit
razılaşması, firma gələcəkdə pul vəsaitlərinə olan tələbatı dəqiqləşdirmədikdə, çox
əlverişlidir. Borclunun qeyri-müəyyənliyin bütün dövrü ərzində pul vəsaitlərindən
istifadə etmək imkanı olur və bu qeyri-müəyyənlik
həll olunduqda, daha dəqiq kredit
müqaviləsini bağlanır.
Banklardan başqa, müddətli olmaqla, pulları, həyatın sığortasını aparan
kompaniyalar və başqa investorlar da təqdim edə bilər. Bunlar bir-birindən ssudaların
ödənməsi müddətləri, faiz stavkaları üzrə fərqlənirlər. Sığorta kompaniyaları üçün
müddətli ssudalar investisiya sayılır və onlar bu ssudalar üzrə xərclər, risk,
ödəniş
müddəti və mənfəətin üstünlüyü ilə fərqlənən alternativ investisiyalara uyğun gəlir
gətirməlidirlər.
Sığorta kompaniyaları, pul fondlarının fasiləsiz işləmələrində maraqlı olduqlarına
görə, ssudanın vaxtından əvvəl ödənməsinə görə ödəniş verirlər. Belə hal banklarda
yoxdur. Sığorta kompaniyalarının müddətli ssudaları, bankların müddətli ssudaları ilə
rəqabət apara bilməzlər, onlar qarşılıqlı əvəzedilənlərdir,
çünki ödənmə müddətləri
müxtəlifdir.
Dostları ilə paylaş: