98
Çünki B kompaniyasının divident siyasəti təkcə mənfəətə nisbətən dividend
səviyyəsinin əsl faizindən başqa dividendlərin ödənilmə qaydasını da nəzərə alır.
Mənfəət normasının artması ilə dividendləri artırmaq əvəzinə, B kompaniyası yalnız
öz üzərinə götürdüyü öhdəçiliklərin yerinə yetirilməsinə əmin olduqda dividendləri
artırır.
İnvestorlar sabit dividendlər üzrə mükafatı
dividendlərin məlumat
xüsusiyyətləri, investorların cari gəlirə tələbatı olmadıqda və müəyyən məhkəmə
proseduraları aparıldıqda verə bilərlər.
Mənfəət aşağı düşdükdə, kompaniya dividend ödənişlərini azaltmırsa, fond bazarı
onun səhmlərinə daha çox inanır. Dividendlərin sabitliyi, kompaniya rəhbərliyinin onun
gələcəyinə daha çox ümid etdiyini əks edir. Beləliklə, rəhbərlik investorlara
dividendlərin məlumat məzmunundan istifadə edərək təsir edə bilər.
Lakin rəhbərlik
həmişə bazarı aldada bilməz. Əgər mənfəətin azalması uzunmüddətli olarsa, sabit
dividendlər sabitlik vəziyyətini əks edə bilməzlər.
Dividendlərin sabitliyinə kömək edən daha bir amil vardır. Dövri olaraq gəlir
almaq istəyən investorlar sabit dividendi olan kompaniyaya üstünlük verəcəklər: hətta
hər iki kompaniya mənfəətin inkişafına eyni istiqamətdə
gedirsə və uzunmüddətli
dövrdə eyni dividend səviyyəsi göstəricisinə malik olsa da. Baxmayaraq ki, investorlar
gəlir əldə etməkdən ötrü öz səhmlərinin bir hissəsini sata bilərlər, onlar öz kapitallarının
dağılmasının tərəfdarı olmurlar. Kompaniya dividendi azaltdıqda, mənfəət o qədər də
yüksək olmur və səhmlərin bazar dəyəri də azalır. Beləliklə, investorlar bir neçə səhmi
satıb gəlir əldə etmək imkanına malik olsalar da, dividend sabitliyinə daha çox üstünlük
verirlər.
Bəzi investorlar üçün, səhmlərin alınmasına icazə almaqdan ötrü hüquqi nöqteyi-
nəzərdən dividend sabitliyi əsas ola bilər. Müxtəlif dövlət təşkilatları qiymətli
kağızların
reyestrini təşkil edirlər ki, onlara təqaüd fondları, əmanət bankları, sığorta
kompaniyaları, inanılmış şəxslər vəsaitlərini investisiya edə bilərlər. Kompaniyaların
qiymətli kağızlarının bu siyahıya düşməsindən ötrü onun səhmləri fasiləsiz dividend
gətirməlidir. Ödənişlərin saxlanması və ya məbləğin kəskin azalması kompaniyanın
rəsmi siyahıdan çıxarılmasına səbəb ola bilər.
Dividendlərin sabitliyinin səhmlərin bazar dəyərinə təsiri o qədər də dərindən
öyrənilməyib. Böyük miqdarda səhmlər portfeli əsasında dividendlərin sabitliyi ilə
səhmlərin dəyər qiymətləndirilməsi arasındakı asılılıq öyrənilməyib. Buna baxmayaraq,
kompaniyaların çoxu dividend ödənişinin sabitliyinə çalışırlar.
Bu da dividend
sabitliyinin firmanın dəyərinə müsbət təsirini bir növ təsdiq etmiş olur.
99
Bir çox kompaniyalar uzunmüddətli dövr üçün dividend səviyyəsinin plan
göstəricilərinin müəyyən edilməsi siyasətini aparırlar. Djon Lintner təsdiq edir ki,
dividendlər mənfəətin dəyişilməsinə müəyyən lağla reaksiya verirlər. Belə ki, mənfəət
artıb müəyyən yeni səviyyəyə çatdıqda, həmin mənfəət artımının saxlanılması mümkün
olduqda, kompaniya dividendi artırır. Kompaniya,
həmçinin nağd dividend
ödənilməsinin mütləq həcmini də azaltmağa çalışmır. Bu amillər isə mənfəətin
dəyişilməsi ilə dividendlərin dəyişilməsi arasında müəyyən lağın olmasını əks etdirir.
Bu lağ iqtisadi yüksəliş mərhələsində daha çox gözə çarpır, bu zaman xalis mənfəət
artımı dividendlərə nisbətən çox olur. İşçi aktivliyi aşağı düşdükdə xalis mənfəətin
səviyyəsi dividendlərə nisbətən azalır.
Dostları ilə paylaş: