28
Fiksə edilmiş gəlir səviyyəsi olan qiymətli kağızlar, investora həmin kağızlar
emitent-kompaniya tərəfindən ödəndikcə, əvvəlcədən müəyyən
edilmiş məbləği təmin
edir. Bu maliyyə alətinin əsas xarakteristikalarından biri onun nominal dəyərinin
müəyyən edilməsidir.
Nominal dəyər, aktivin əvvəlcədən müəyyən edilmiş dəyəridir.
Belə kağızlara istiqrazlar, səhmlər və s. aid edilir. İstiqraz vərəqləri müəyyən ödənmə
müddətinə malik olduqlarından, həmin müddət qurtardıqdan sonra kompaniya vərəq
sahibinə nominal dəyəri ödəməlidir. Digər tərəfdən imtiyazlı səhmlər, adi səhmlər kimi
ödənmə müddətinə malik deyil. Eyni zamanda nominal faiz gəliri müəyyən edilir ki, o
da hər il ödənməlidir.
Nominal faiz gəliri, maliyyə bazarı aləti üzrə qoyulmuş faiz
stavkasıdır. Əgər faiz stavkası 12% və istiqrazın nominal dəyəri 1000
manat olarsa,
ödənilmə müddəti qurtarana qədər kompaniya, istiqraz sahibinə 120 manat ödəməlidir.
Fiksə edilmiş gəlir səviyyəsinə malik olan qiymətli kağızın xarakteristikası ilkin
emissiya vaxtında müəyyən edilir və dəyişdirilə bilməz.
Bir
halda ki, istiqrazlar müəyyən müddət qurtardıqdan sonra nominal dəyərləri
ödənilən öhdəçiliklərdir,
bu alətin dəyərinə, pul ödənişləri axınının cari dəyəri kimi
baxıla bilər. Faiz gəliri ilin axırında ödənilən və nominal dəyəri 1000
manat olan
istiqrazın qiymətləndirilməsi bərabərliyi belə ola bilər:
n
n
2
)
K
1
(
m
1000
)
K
Dostları ilə paylaş: