42
Dövriyyə vəsaitləri haqqında həllərin qəbulu üzrə əsas nəticə qaytarılma riskinin
vəziyyətinin dəyişilməsidir.
Firmanın cari aktivlərinin vəziyyəti, dövriyyə vəsaitləri və qısamüddətli kreditor
borclarının lazım olan səviyyəsindən asılıdır ki, bu da aktivlərin likvidliyi və borcların
qaytarılma növbəliyi üzrə həllərin qəbulunu tələb edir. Bu həllərə isə öz növbəsində
mənfəətliklə risk arasındakı seçim təsir edir. Firma aktivlərinin likvidliyinə təsir edən
amillərə pul vəsaitlərinin, qiymətli kağızlarının idarə edilməsi kredit siyasəti və onun
aparılması üsulları, əmtəə-material qiymətlilərinin əsas vəsaitlərin idarə edilməsi aid
edilir.
Dövriyyə vəsaitlərinin ümumi məbləğində likvid aktivlərin payı azaldıqca, bütün
qoyuluşlardan alınan mənfəət yüksək olur. Firmanın mənfəətliliyi, müxtəlif
maliyyələşmə üsullarında məsrəflərdəki müxtəlifliklə və mənfəətin həcmi ilə
əlaqədardır. Qısamüddətli maliyyələşmə xərcləri ortamüddətli və uzunmüddətli
maliyyələşmə xərclərindən azdır. Odur ki, borcların ümumi məbləğində qısamüddətli
öhdəçiliklərin payı çox olduqca firmanın mənfəəti çox olur.
Bir qayda olaraq, qısamüddətli faiz stavkaları uzunmüddətli stavkadan yüksəkdir,
baxmayaraq ki, bəzən əksinə də olur. Adətən, uzunmüddətli dövr ərzində uzunmüddətli
kreditlər üzrə qısamüddətliyi nisbətən böyük faizlər verilir. Qısamüddətli kreditlərin
müddəti qurtardıqda onları daima yenidən almaq olar. Bu ssudaların üstün cəhəti
yüksək mənfəətin alınmasıdır, çünki borc qaytarıldıqda artıq bu vəsaitlərə ehtiyac
qalmır.
Mənfəətlilik haqqında fikirləşdikdə, fərz etmək olar ki, dövriyyə vəsaitlərinin
məbləğinin aktivlərin ümumi məbləğindəki payı azdır, qısamüddətli kreditlərin isə
dövriyyə vəsaitlərindəki payı çoxdur. Belə strategiyanın nəticəsi kimi, işçi kapitalının
səviyyəsinin aşağı, hətta mənfi səviyyədə olmasıdır. Belə strategiyanın mənfəətliliyinin
müəyyən edilməsi firma üçün riskdir. Burada risk-ödəniş qabiliyyətinin olmaması
ehtimalıdır. Fəaliyyətdə olan qanunçuluğa görə firma aktivləri kreditor borclarından az
olduqda ödəniş qabiliyyəti olmur, yəni vəsaitlərin dəyəri ilə borc arasındakı fərq mənfi
olur. Digər tərəfdən firma öz pul öhdəçiliklərini ödəmədikdə ödəniş qabiliyyəti mənfi
olur.
Dostları ilə paylaş: