43
ödəniş hesablarının məbləği, qısamüddətli öhdəçiliyə daxil edilən ayırmalara bu həllərdə
aktiv dəyişilən deyildir. Bu öhdəçiliklər təsadüfən əmələ gələn maliyyələşmədir, onların
hesabına firmanın dövriyyə vəsaitləri maliyyələşir.
Bir halda ki, dövriyyə vəsaitlərinə investisiyalar artır, ödəniş hesabları üzrə
məbləğ və ayırmalarda, aktivlərin artmasının maliyyələşməsi qədər artır. Lakin
maraqlıdır ki, təsadüfi maliyyələşmə ilə əlaqədar olmayan aktivlərin vəziyyəti nə cür
olacağı maraq doğurur. Maliyyələşmədəki qalıq tələbat təsadüfi maliyyələşmə
qurtardıqdan sonra aktivlərə olan xalis investisiyalardan ibarətdir.
Əgər firma maliyyələşməyə sığorta olunma nöqteyi-nəzərindən yanaşırsa, aktivin
hər bir kateqoriyası hər hansı növ öhdəçiliyi kompensasiya etməlidir, bu şərtlə ki, onlar
eyni ödəniş müddətinə malik olsunlar. Vəsaitlərə olan qısamüddətli və ya mövsümi
tələbat qısamüddətli borclar hesabına maliyyələşməlidir. Dövriyyə vəsaitlərinin daimi
tərkibi isə uzunmüddətli kreditlər və ya adi səhmlərin buraxılışı hesabına
maliyyələşməlidir.
Əgər firmaya lazım olan vəsaitlər (şəkil 6.1) vaxta görə bölüşdürülübsə,
qısamüddətli borclarla yalnız qısamüddətli dəyişikliklərə məruz qalan tələbat
maliyyələşdiriləcək. Bu da şəklin yuxarı hissəsində göstərilib. Çünki, qısamüddətli
tələbatın uzunmüddətli kreditlə maliyyələşməsi, artıq kreditə ehtiyac olmadıqda
faizlərin ödənməsinə səbəb olacaqdır.
Bu hal qrafikdə göstərilmişdir: düz xətt mövsümi dəyişkənlər əyrisinə toxunur və
bu əyri uzunmüddətli borclar və xüsusi vəsaitlərin ümumi məbləğini göstərir. Aydındır
ki, maliyyələşmə mövsümi sakitlik vaxtında aparılacaq.
Dostları ilə paylaş: