80
bir səhmə sertifikat göndərirlər. Əgər adi səhmlərin emissiyası gedirsə, bu sertifikatlar
səhmdarlara əlavə səhmlərin alınması hüququnu onların yerləşməsi şərtlərinə uyğun
olaraq verirlər. Bu şərtlər, bir yeni səhmə abunədən ötrü lazım olan sertifikatların sayını,
abunənin dəyəri və təklifin qurtarması müddətini müəyyən edir. Sertifikat sahibinin,
onlardan istifadə etmək üçün 3 alternativ üsulu vardır:
1. öz imtiyazından istifadə edərək, yeni buraxılışın səhminə abunə olmaq;
2. onları başqa şəxslərə vermək mümkün olduğundan, bu sertifikatları satmaq olar;
3. heç bir fəaliyyət göstərmədən onların müddətinin qurtarmasını gözləmək.
Axırıncı alternativin seçilməsinə səbəb, sertifikatın dəyərinin çox az olması, ya
da səhmdardakı səhmləri sayını çox az olması ilə əlaqədardır. Yeni səhmləri almağa
çalışan səhmdarın kifayət qədər şəhadətnaməsi olmazsa, o çatışmayan şəhadətnamələri
satın ala bilər. Məs.: əgər hal-hazırda sizin 85 səhminiz varsa və 1 səhmin alınması
üçün 10 şəhadətnamə tələb edilirsə, sizin 85 şəhadətnaməniz yalnız 8 yeni səhmin
alınmasına imkan verər. 9 səhm almaqdan ötrü isə daha 5 şəhadətnamə almalı
olacaqsınız.
İmtiyazlı şərtlərlə səhmləri yerləşdirilməkdən ötrü kompaniyanın direktorlar
şurası abunəçilərin qeydiyyatı üçün xüsusi gün təyin edir. Qeydiyyat tarixi çatana
qədər səhmlər sertifikatla, sonra isə sertifikatsız satılır.
Sertifikatların bazar dəyəri, səhmlərin cari bazar dəyəri, abunənin dəyəri və yeni
səhmin alınması üçün lazım olan şəhadətnamələrin sayından asılıdır. İmtiyazlı abunə
elan edildikdən sonra və direktorlar şurası tərəfindən qeydiyyatın müddəti qurtardıqdan
sonra 1 şəhadətnamənin nəzəri bazar dəyəri
Dostları ilə paylaş: