9
qiymətləndirmədir. Bütün yuxarıda göstərilən amillər nəzərə alınır, səhmlərin kursu,
firma fəaliyyətinin səmərəlilik dərəcəsinin indikatoru kimi çıxış edir. Bununla da firma
rəhbərliyi həmişə nəzarətdə olur. Onların fəaliyyəti ilə razılaşmayan səhmdarlar, öz
səhmlərini sataraq, kapitalı başqa kompaniyaya investisiya edir. Əgər belə hərəkət çoxlu
səhmdarlar tərəfindən yerinə yetirilərsə, bu firmanın səhmlərinin kursunun aşağı
düşməsinə səbəb olacaqdır.
Səhm sahiblərinin rifahının yüksəlməsi, idarə heyətini sosial məsələlərin
həllindən azad etmir: istehlakçının maraqlarının müdafiəsi, əməyin təhlükəsiz şəraiti və
işə qəbul etmənin əlverişli şərtləri, təhsil proqramlarına kömək və ətraf mühitin
mühafizəsi. Lakin, sosial cavabdehlik kriteriyaları aydın müəyyən edilmədiyindən,
məqsədi dəqiq formalaşdırmaq mümkün deyildir.
Dostları ilə paylaş: