M əqsədimiz, fəaliyyətimiz ehtiyaclı insanlara dəstəkdir!!



Yüklə 6,92 Mb.
səhifə6/21
tarix10.01.2022
ölçüsü6,92 Mb.
#106267
1   2   3   4   5   6   7   8   9   ...   21
Sağlamlıq və qayğı


MƏQSƏD

Səhiyyə maarifi və səhiyyə xidmətləri vasitəsilə insanların sağlam və təhlükəsiz həyat yaşaması naminə bilik və bacarıqlarını artırmaq.

FƏALİYYƏT

NƏTİCƏ

1.

27-28 yanvar tarixlərində AzQAC-ın əməkdaşları Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə “Vərəmlə mübarizə” (TB-REP) layihəsi çərçivəsində “Sağlamlığa Xidmət” İctimai Birliyi və “YES Event Management” MMC təşkilatları tərəfindən “Vərəmlə mübarizədə ictimai vəkillik” mövzusunda təşkil olunmuş təlimdə iştirak etmişlər.

Təlimdə ““Milli Vəkillik Strateji Planı”nın ilkin forması hazırlanmış, dövlət və qeyri-dövlət orqanları ilə vərəmli xəstələrə vəkilliketmə üsulları öyrənilmişdir. Təlim əsasında 28 nəfər maarifləndirilmişdir.

2.

1 fevral tarixində AzQAC-ın təşəbbüsü ilə Respublika Xəstəxanasının doğum şöbəsində hamilə qadınlar və analar üçün “Ana və uşaqların sağlamlığı”na dair görüş təşkil olunmuş və mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılmışdır.

Təşkil olunan görüşdən 27 nəfər faydalanmışdır.

3.

28 fevral tarixində AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində 2 saylı Baza Tibb Kollecində tibb bacısı ixtisası üzrə təhsil alan tələbələr arasında seminar təşkil edilmişdir. Seminar zamanı iştirakçılara ölkədə AzQAC tərəfindən həyata keçirilən sağlamlıq üzrə fəaliyyət istiqamətləri, dövlət qurumları ilə əməkdaşlıq və əldə olunan nəticələrə dair geniş məlumatlar təqdim edilmişdir.

Seminarda 117 nəfər iştirak etmiş, nəticədə bir neçə tələbə AzQAC-da könüllü üzv olmaq arzusunu bildirmişdir.

4.

Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin