M.F.Axundovun anadan olmasının 200 illiyi münasibətilə kitabxana planşetinin hazırlanması
Artıq qeyd edtdiyimiz kimi, 2012-ci il Azərbaycanın böyük dramaturqu, materialist-filosofu, mütəfəkkiri, publisisti M.F.Axundovun anadan olmasının 200 illiyi tamam olur. Bu əlamətdar hadisə ilə əlaqədar olaraq kitabxanaların da üzərinə böyük vəzifələr düşür. Bu vacib məsələnin öhdəsindən layiqincə gəlmək üçün onlar geniş iş aparmalı, kütləvi tədbirlərin bütün formalarından səmərəli istifadə etməlidirlər. Yubiley ilində kitabxanalar dahi dramaturqun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, oxucu konfransları, söhbət-məruzələr,bədii qiraət, tematik gecələr, görüş gecələri keçirə, əsərlərindən səhnəciklər hazırlaya bilərlər.
Yubiley gecəsini Mərkəzi kitabxana özünü yerləşdiyi binada və ya yaxınlıqda yerləşən mədəniyyət evində keçirə bilər. Gecənin keçirildiyi yerin vestibülündə və ya dəhlizində (əgər bura geniş və işıqlıdırsa) M.F.Axundovun həyat və yaradıcılığına həsr edilmiş illüstrasiyalı kitab sərgisi və ya foto-stendlər yerləşdirilə bilər. Bunların vasitəsilə tədbirin qonaqları və iştirakçıları görkəmli mütəfəkkirlə bağlı şəkil və sənədlərlə rənglərin və fotoların vasitəsilə əyani şəkildə tanış olacaqlar.
Sərgilər bir neçə (15-16) planşetdə hazırlanır. Onlar üçün müxtəlif adlar seçilir. Birinci planşetdə sərginin adı verilir: Məsələn, “Böyük mütəfəkkir”, “Zamanı qabaqlayan insan” və s. Burada həmçinin M.F.Axundovun anadan olduğu il və vəfatı tatixi, həmçinin yubiley ili göstərilməlidir.
Mirz
Sxemin 2-ci planşetində M.F.Axundovun portretlərindən biri göstərilir.
3-cü planşetdə tanınmış yazıçı və şairlərin, sənət adamlarının, elm xadimlərindən birinin və ya bir neçəsinin Mirzə Fətəli haqqında fikirləri sitat kimi verilir.
4-cü planşetdə M.F.Axundovun həyat və yaradıcılığının əsas tarixləri göstərilir. Bu xronoloji məlumat oxuculara qısa və tam məlumat verir. Məsələn,
5-6-7-8-9-10-cu planşetlərdə M.F.Axundov komediyalarından səhnələr və ayrı-ayrı tiplərin portretləri və ona uyğun dialoqlardan parçalar verilir.
11-ci planşetdə “Aldanmış kəvakib” povesti haqqında məlumat vermək mümkündür.
12-ci planşetdə rus ədəbiyyatının sönməz günəşi hesab olunan A.S.Puşkininin ölümünə yazdığı Şərq poemasından bir-neçə sətiri vermək olar. Misraların yanında və ya yuxarı hissəsində A.S.Puşkinin şəkili yerləşdirilir.
Planşetlər M.F.Axundovun həyat və yaradıcılığı haqqında əyani şəkildə məlumat verən mühüm təbliğat vasitəsidir.
Dostları ilə paylaş: |