Siyasi şüur - siyasi münasibətlərin və siyasi institutların fəaliyyətinin, cəmiyyətin bütün siyasi həyatının adamların şüurundakı inikasıdır.
Siyasi ideologiyanın məzmununu təşkil edən nəzəri siyasi şüur öz formasına görə elmi baxışlar sistemi kimi çıxış edir: o müəyyən siyasi konsepsiyaiara əsaslanır və bu və ya digər ictimai qrupların siyasi marağını əks etdirir. Bu baxımdan mühafızəkar, radikal, liberal, demokratik, islahatçı və başqa siyasi şüur formalarını da ayırmaq olar.
İdeologiya - cəmiyyətin böyük əksəriyyətinin qəbul etdiyi mülkiyyətə, hüquqa və digər münasibətlərə baxışlar sistemidir. İdeologiyaya dini, milli və s. don geyindirmək olar. İctimai qrupların xarakteriərindən asılı olaraq ideologiya irticaçı, faşist yönümlü, ekstremist və s. ola bilər.
«İdeologiya» termini XVIII əsrin sonu - XIX əsrin əvvəllərində yaranmasına baxmayaraq mürəkkəb mənəvi hadisə kimi, gerçəkiiyin sadə və yüngülvari deyil, mürəkkəb, qrup maraqları vasitəsi ilə dərk olunması forması kimi qədim dövrlərdə yaranmışdır.
İdeologiyanın xarakteri və ictimai istiqaməti, ilk növbədə, orada öz iradəsini tapan qrup və partiya maraqlarından asıiıdır. Buna görə də ideologiyanın əsas xüsusiyyətlərini - elmi, partiyalı, sinfi, utopik, ritorik, emosional, subyektiv və s. xüsusiyyətlərini – fılosoflar müxtəlif formada şərh edirlər.
Deideologiyalaşdırma problemi XX əsrin 60-cı illərindən başlamışdır. Bu ilk növbədə elmi-texniki inqilabın güclü inkişafı ilə bağlı idi. Deideologiyalaşdırma konsepsiyasının tərəfdarları qeyd edirlər ki, cəmiyyətin inkişafının bu mərhələsi üçün ideologiyaya ehtiyac yoxdur, ona görə ki, hər şey sürətlə dəyişir və ümumi sxemlə əhatə oluna bilməz. Bu konsepsiyanın fəal müdafiəçilərindən olan Zbiqnev Bjezinski qeyd edirdi ki, güclü elmi dəyişikliklər, təhsil və kommunikasiya sahələrindəki kütləvi partlayışlar dəyişkən inamlar yaradır və belə şərait yaranır ki, subyektiv hisslər kollektiv öhdəliklərə nisbətən daha mühüm olur. Deideologiyalaşdırmanın zəruriliyi həm də qlobal problemlərin həllinin vacibliyi ilə izah olunurdu. Bjezinski yazırdı ki, «ideologiya haqqında qayğılar öz yerini ekologiya haqqında qayğılara verir».
Şübhəsiz ki, miili ideologiyanı süni şəkildə yüxarıda hazıriamaq lazım deyildir: bu ideologiya xalqın əksəriyyəti tərəfindən qəbul olunmuş, çoxillik dövlət idarəçiliyi nəticəsində yaranmış ideologiya olmalıdır. Son illərdə Azərbaycanda yaranan ideyalar kompleksi, ictimai-siyasi qurum və mədəni istiqamət milli problemlərə baxışlar sisteminin formalaşmasına kömək edə bilər.