M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə124/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   120   121   122   123   124   125   126   127   ...   154
felsefe

Mənəvi münasibətlər-cəmiyyətin mənəvi sahəsin­dəki ünsürlərin bir-birindən asılılığında, fərdlər, ictimai qruplar və birliklər arasında onların mənəvi həyat və fəaliyyəti prosesində yaranan çoxcəhətli əlamətlərdə ifadə olunan kateqoriyadır. Mənəvi münasibətlər həm insanın və ya bir qrup adamın intellektinin və hissinin bu və ya digər mənəvi münasibəti kimi(bu dəyəri o qəbul edir, yoxsa qəbul etmir), həm də bu dəyərlərə görə onun başqa adamlara münasibəti kimi - onun istehsalı, yayılması, istehlakı-mövcuddur. Mənəvi münasibətlərin əsas növləri kimi idrakı, əxlaqi, estetik, dini, eyni zamanda ustad və şagird arasında yaranan mənəvi münasibət çıxış edir.
Mənəvi ünsiyyət-adamlar arasındakı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətdir; bu vaxt cəmiyyət və şəxsiyyətin formalaşması və inkişafının zəruri və ümumi şərtlərindən olan ideyalar, dəyərlər, fəaliyyət və onun nəticələri, təcrübə, bacarıq, vərdiş mübadiləsi baş verir.
Cəmiyyətin mənəvi həyatının struktur ünsürü ictimai və fərdi şüurdur. Mühazirədə fərdi və ictimai şüur arasındakı münasibətin necə olması sualına cavab vermək lazımdır. Bəziləri belə hesab edir ki, ictimai şüurun real sahəsi, onun yeganə daşıyıcısı konkret fərddir. Başqaları əksinə, belə hesab edir ki, ictimai şüur nə isə şəxsdən üstündür və ona görə də onun şərhində ayrıca fərdə müraciət etmək vacib deyildir. Bu məsələyə aydınlıq gətirmək üçün qeyd edək ki, ictimai şüur yalnız öz yaranması və gedişi mexanizminə görə deyil, həm də öz varlığı və tarixi missiyası xarakterinə görə sosial şərtlənmiş fenomendir: o, cəmiyyətin atributudur. Real­lığın xüsusi növü kimi, ictimai şüuru cəmiyyətin varlığı ilə müqayisə etmək olar, onunla eyni “məkan sahəsindədir”. İctimai şüurdan danışarkən, biz ayrıca fərdin şüurunu deyil, ümumiyyətlə mənəvi həyatı, dildə və mədəniyyətin digər formalarında qeydə alınan ən ümumi mənəvi nailiyyətləri nəzərdə tuturuq.
Əgər yenidən sual qoysaq ki, ictimai şüur harada olur, onda cavab belə olar: ictimai şüur insan-fəaliyyət-ünsiyyət-cəmiyyət-tarix-dil mədəniyyət sistemində olur. Bütün bu fəaliyyət göstərir və inkişaf edir, yeni-yeni dünyaya gələn fərdlərin tarixi xəzinəsinə daim qoşulması prosesində olur. Fərdin beyni bəşəriyyətdən kənar, ümumdünya tarixindən kənar, yəni cəmiyyətdən kənar fikirləşə bilməz. İnsanlar artıq ictimai həyat şəraitində dünyanı dərk etməyi öyrənməyə başlayarkən bununla yanaşı onlar kommunikasiya (ünsiyyət) prosesində öz ideyalarını deməyi də öyrənirlər. Fərdi şüuru ictimai varlığıн səhnəsinə çıxaran dildə onu təsbit edirlər. Fərdi şüur insanın cismani varlığı, onun beyni ilə bilavasitə bağlı olduğu halda, ictimai şüur-tarixən formalaşmış işarələr, müxtəlif cür yazılar, bədii yaradıcılıq nümunələri və s. formada təsbit olunmuş tarixən təşəkkül tapmış maddi forma sistemi ilə bilavasitə bağlıdır. Şüurun bütün bu obyektivləşmiş formaları həm də şəxsdən kənar mövcuddur, ancaq hər dəfə real olaraq konkret canlı fərdin beyni və əqli vasitəsi ilə fəaliyyət göstərir. Fərd sonlu və məhduddur.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin