M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


İctimai şüurun adi-praktiki və nəzəri səviyyə­lərinə



Yüklə 0,71 Mb.
səhifə126/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   122   123   124   125   126   127   128   129   ...   154
felsefe

İctimai şüurun adi-praktiki və nəzəri səviyyə­lərinə tələbələrin diqqətini yönəltmək də məqsədə­uy­ğundur. Adi-praktiki və nəzəri səviyyələrə bölgü, terminlərin adından göründüyü kimi, onların bir-birinə qarşı qoyulmasına - bir tərəfdən, həyati praktiki, sistem­ləşdirilməmiş (ancaq heç də tam kortəbii yox) və bununla yanaşı məqsədli dünyagörüşünə, digər tərəfdən, yaradıcı şəkildə işlənilmiş və rasional sistemləşdirilmiş ideyalara (ya dəqiq elmlər, ya incəsənət, ya da fəlsəfə, ictimai-siyasi, etnik və digər doktrinalardan) - əsaslanır.
Müasir dövrün tələblərinə uyğun olaraq ictimai rəy və şayə (xəbər) məsələsinə də münasibət bildirmək zəruridir. İctimai rəy - kütlənin ictimai fəaliyyətinin subyektiv ilkin şərti, ictimai nəzarətin vasitələrindən biridir. Bu adamların ictimai həyat hadisələrinə açıq və gizli münasibəti, onların fikir və hisсlərini ifadə edən, ictimaiyyətin kompetensiyasına daxil olan hər hansı hadisənin məzəmmət olunması və ya bəyənilməsidir: Napoleonun dediyi kimi, son sözü ictimai rəy bildirir. İctimai rəyin hökmü məhkəmə hökmündən dəhşətlidir: nə şikayət etmək, nə günahını yumaq, nə də ona üz çevirmək olmaz.
Məlum ideyaya kütlənin münasibəti-onun həyatının səviyyəsi haqqında danışmaq üçün yeganə ölçüdür. Ümummilli səviyyədə ictimai rəy referendum vasitəsi ilə idarə olunur.
Referendum-xalqın iradəsini (arzusunu) əsaslı (onun sivil qaydada keçirilməsi şəraitində) üsuludur. Dövlətin bütün taleyüklü problemləri bu demokratik alətdən istifadə olunmaqla həll edilməlidir. Heç kəs refe­ren­dumda iştirak etmək hüququndan məhrum edilmə­məlidir: bu hüquq bütün vətəndaşlara şamil edilməlidir.
İctimai rəy həm bütövlükdə cəmiyyətə, həm də ayrıca bir ictimai qrupa aid ola bilər və müxtəlif səviyyələrdə - məktəb və ya elmi şüur səviyyələrində, eyni zamanda düz və ya yanlış - ola bilər. İctimai rəyin faktı yalnız ictimai şüurun faktı ola bilən fərdi rəy ola bilər. İctimai rəydə vahidlik vacib deyildir, faktiki olaraq həmişə müxtəlif rəylər olur.
İctimai rəyin mənbəyinə kütləvi kommunikasiyanın müxtəlif kanalları, ilk növbədə mətbuat, radio, televiziya eyni zamanda şayiələr ictimai informasiyanın bu və ya digər növlərində idarə olunan kollektiv və fərdi təcrübənin müxtəlif formaları xidmət edə bilər.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin