M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə134/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   130   131   132   133   134   135   136   137   ...   154
felsefe

İncəsənətbu peşəkar fəaliyyət sahəsidir, burada estetik şüur yanaşı gedən ünsürdən əsas məqsədə çevrilir. Fəaliyyətdə iştirak edən estetik məqam nə qədər güclü olsa da tədqiqatın əsasını o müəyyən etmir. İncəsənətdə estetik şüur əsas olur. İctimai şüurun bu formasında incəsənətin yerini və rolunu nəzərə alaraq mühazirədə incəsənətin fəlsəfəsini xüsusi təhlil etmək məqsədə­uyğundur. İnsan fəaliyyətinin bütün sahələrində özünü göstərən gerçəkliyə estetik münasibət müstəqil bir fəaliyyətin predmetinə çevrilməyə bilməzdi. Estetikliyin bədiilikdə təcəssüm olunduğu, eyni zamanda həm məzmun, həm vasitə, həm də məqsəd daşıdığı insan fəaliyyətinin bu xüsusi növü incəsənətdir; o heç vaxt insanı tək qoymamış, həmişə onun tələbatına və ideyalarına cavab vermişdir.
Fəlsəfədən, elmdən, dindən və etikadan fərqli olaraq incəsənət oradan başlanır ki, estetik fəaliyyətin məqsədi, dünyanı dərk etmək və dəyişdirmək, etik norma sistemini və dini əqidələri şərh etmək yox, bədii fəaliyyətin özü uydurulmuş aləmi yaratmağa imkan verir və hər şey insanın estetik yaradıcılığının məhsulu olur. İki cəhət onun əsasını təşkil edir: birincisi, bu aləm təmiz uydurmanın məhsulu deyil və gerçək aləmlə əlaqəsi olmayan bir dünya deyildir. Müəllifin son dərəcə güclü fantaziyası olsa da bu özünəməxsus real aləmdir. İkincisi, dünyanın bədii mənzərəsi adlanan bu reallıq yalnız həyatın az və ya çox dərəcədə həqiqətə uyğun təsviridir, həyatın özü deyildir.
İnsan incəsənətə öz nailiyyətlərinin ölməməzlik vasitəsi kimi baxır. İncəsənətin sintezləşdirilmiş missiyası həm ayrıca şəxslər səviyyəsində-onun bütün mənəvi gücünü bir yerə bərkitməklə, həm də ictimai inkişafın müəyyən mərhələsi səviyyəsində-xalqların özlərini bütöv göstərməsini təmin etməklə, həm də nəsillərin tarixi əlaqələri səviyyəsində-mədəniyyətin yüksələn tərəqqisinin vəhdətini ifadə etməklə təzahür edir.
Elmi şüur. İctimai şüurun başqa formalarında gerçəkliyin səmərəli dərk olunması, onun nizama salınması və sistemləşdirilmiş inikası yanaşı gedən məqsəddirsə də, elmdə dünyanın səmərəli dərk olunmasının meyarı əsas yer tutur, deməli yuxarıda təhlil etdiyimiz Həqiqət, Xeyir və Gözəllik triadasında üstünlük təşkil edən dəyər kimi öz-özlüyündə götürülmüş Həqiqətin birbaşa olmayan etik və ya estetik qiymətləndirilməsi dayanır. Elm-insan fəaliyyətinin tarixən yaranan formasıdır, obyektiv gerçəkliyin dərk olunmasına və yenidən qurulmasına istiqamətlənmişdir; bu mənəvi istehsalın məqsədyönlü seçilmiş və sistemləşdirilmiş faktların nəticələri, məntiqi cəhətdən yoxlanılmış hipotezi, eyni zamanda tədqiqat metodu var. Elm-bu eyni zamanda həm bilik sistemi, həm mənəvi istehsal, həm də onun əsasında praktiki fəaliyyətidir.
Tarixin müxtəlif dövrlərində elmin rolu eyni olmamışdır, lakin artıq antik dövrdə onun əhəmiyyətini başa düşmüşdülər. Antik dövrdə elm fiziki və əqli əməyin bölünməsi nəticəsi kimi mövcud olmuşdur. İctimai şüurun müstəqil forması kimi elm ellinizm dövründən fəaliyyət göstərməyə başlamışdır. Elmin bilik forması kimi fəlsəfədən, dindən ayrılmasını Aristotelin adı ilə bağlayırlar. Lakin onda elmi biliyin ünsürləri istehsala olduqca zəif təsir göstərirdi; istehsal qullar tərəfindən əsrlərlə işlənmiş vərdişlərə əsaslanan empirik biliyə söykənən əl alətləri vasitəsi ilə həyata keçirilirdi. Feodalizm şəraitində natural təsərrüfat əl alətləri ilə keçinir və ustaların fərdi bacarıq və təcrübəsi ilə məhdudlaşırdı. Lakin artıq bu vaxt biliyin inkişafı prosesi başlanır; gizli formada olsa da, məsələn, kimya əlkimya formasında inkişaf edirdi. Kapitalizm elə praktiki problemlər qarşıya qoydu ki, bunu yalnız elm vasitəsi ilə həll etmək olardı. Elm daha çox məhsuldar qüvvələrin mənəvi məzmununa çevrildi. Tarixin sonrakı gedişi istehsalın daha çox “elmləşməsi” ilə özünü göstərdi. Təbii elmlərlə yanaşı humanitar fənlər də inkişaf edirdi. Yalnız maddi aləmə deyil, həm də mənəvi dünyanın qanunauyğunluqlarına yüksək maraq yarandı.
Elmin funksiyaları: dərketmə, izahetmə, praktiki – fəaliyyət, proqnozlaşdırma, dünyagörünüşü, ictimai yaddaş və s. – haqqında qısa məlumat vermək məqsə­dəuyğundur. Tarixin 2,5 min illik dövrü ərzində elm inkişaf etmiş, zaman keçdikcə keyfiyyətcə dəyişmişdir. Elm daim öz həcmini genişləndirir, daha da mürəkkəbləşir. XX əsrin 60-cı illərindən Amerikalı elm tarixçisi və filosofu Tomas Kunun elmin inkişafı konsepsiyası daha çox tərəfdar toplamışdır. Kunun elmi biliklərini təkamülü ilə bağlı düşüncələrinin əsasını belə bir fakt təşkil edirdi ki, ictimaiyyatcı-alimlər əsaslı məsələlərlə, ictimai nəzəriy­yələrin başlanğıc əsasları ilə bağlı fikirlər ayrılığına görə şöhrətlənirlər: təbiətşünaslar isə bu məsələ ilə bağlı az mübahisə edirlər. Adi vaxtlarda isə onlar sakitcə işləyir və sanki yazılmamış razılaşmanı müdafiə edirlər: nə qədər ki, hamının olduğu elm məbədi silkələnmir onun özülünün keyfiyyəti də müzakirə olunmur. Kun elmi metodo­logiyaya “paradiqma” anlayışının gətirdi ki, bu sözün də hərfi mənası nümunə deməkdir. Burada biliyin təşkilinin xüsusi üsulu qeydə alınır; dünyaya yeni baxışı müəyyən edən, deməli həm də tədqiqatlara təsir edən göstəriş verilir. Burada konkret problemlərin həllinin hamı tərəfindən qəbul olunmuş nümunələri verilir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin